Cümə günü, 20 noyabr 2026
     

Rəqib düşərgənin əks kampaniyası Trampı ABŞ prezidenti edə bilər

Image


Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə hələ müəyyən müddət qalsa da, indidən əsas namizədlər və onların təmsil etdiyi partiyalar arasında kəskin rəqabət müşahidə olunmaqdadır. Xüsusən də namizədlər və onların tərəfdarlarının bir-birinin ünvanına səsləndirdiyi fikirlər bu dəfə də seçkilərin gərgin mühitdə keçəcəyini göstərir. Xatırladaq ki, seçkilərdə Demokratlar Partiyasını sabiq dövlət katibi Hillari Klinton, Respublikaçılar Partiyasını isə milyarder Donald Tramp təmsil edəcək.
Bu arada ABŞ prezidenti Barak Obama Donald Trampın ünvanına ağır ifadələr səsləndirib. Obama onu faşistlər, kommunistlər və terrorçularla müqayisə edib":Bizim dəyərlərimizi hədələyən faşistlər, kommunistlər, cihadın tərəfdarları və ya yerli demaqoqlar sonda həmişə məğlub olublar". Obama amerikalıları Hillari Klintona səs verməyə çağırıb. O, keçmiş dövlət katibini sərt və ağıllı lider, Ali Baş Komandan postuna layiqli namizəd adlandırıb. Donald Tramp isə diqqəti ona yönəldib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Barak Obamaya hörmət etmir: "Putin Obamaya heç hörmət etmir. Əvvəla, Obama onun xoşuna gəlmir, ikincisi isə Putin Obamaya qətiyyən hörmət etmir. Düşünürəm ki, seçildiyim halda Putin mənə hörmətlə yanaşacaq". Tramp, həmçinin, bir sıra ABŞ KİV-lərinin onun Rusiyada biznesinin olduğu barədə yaydığı məlumatı təkzib edib: "Dəfələrlə demişəm, indi də təkrarlayıram - məni Rusiya ilə heç nə bağlamır".
Seçkilərə qədər belə qarşılıqlı ittihamların davam etməsi gözlənir. Amma məsələnin maraqlı tərəflərindən biri odur ki, bu qarşılıqlı tənqid və təhqirlərə baxmayaraq, rəqib partiyalar digər tərəfin namizədinin seçilməsində mühüm rol oynaya bilər. Bu da ABŞ seçki sisteminin qəribəliklərindən gələn hal kimi çıxış edir. Məlumat üçün qeyd edək ki, 1852-ci ildən başlayaraq ölkə prezidenti ya Respublikaçılardan, ya da Demokratlardan seçilir. Burada faktiki olaraq "üçüncü" partiyadan namizədin prezident seçilməsi mümkünsüzdür. ABŞ-da federal səviyyədə 38 partiya qeydiyyatdan keçsə də, yarışlar Respublikaçılar və Demokratlar arasında olur. Ümumiyyətlə, Respublikaçılar və Demokratlar partiyaları, şəhər tipli qəsəbə şuraları, bələdiyyə başçıları və ştat qubernatorları da daxil olmaqla, siyasi həyatın bütün səviyyələrində ictimai vəzifələrə yiyələnmək uğrunda yarışan əsas qüvvələrdir. Bu vəzifələrə rəsmi şəxslərin seçilməsi ikihissəli prosesdir: Birincisi, partiyada adın namizədliyə irəli sürülməsində qələbə qazanmaq, ikincisi, ümumi seçkilərdə rəqib partiyanın namizədini məğlub etmək. Hər hansı vəzifə üçün ümumi seçkilərdə iştirak etmək istəyən şəxsin namizədliyini bu və ya digər siyasi partiya dəstəkləməsə belə, o öz namizədliyini irəli sürə bilər. Bu şəxs müstəqil bir namizəd kimi seçkilərdə iştirak etmək üçün onun namizədliyini müdafiə edən seçicilərin müəyyən olunmuş sayda imzalarını daşıyan bir xahişnaməsini təqdim etməlidir. Başqa bir yol isə namizədin adının seçki bülleteninə yazılması yoludur. Bülletenə düşməmiş namizədin adını seçicilər səsvermə zamanı bu məqsəd üçün bülletendə boş buraxılmış yerə yaza bilərlər.
Konkret prezidentliyə namizdin irəli sürülməsinə gəlincə, bunun üçün müəyyən prosedurlardan keçilməlidir. Belə ki, amerikalılar kimin prezident olması barədə qərar verməzdən əvvəl prezidentliyə kimin namizəd olmasına qərar verməlidirlər. Bu proses partiya yığıncaqları və praymeriz seçkiləri ilə başlanır. Praymerizlər və ya partiya yığıncaqları hər bir ştatda və xarici ərazilərdə aparılan erkən seçkilərdir. Praymerizləri ştatın hökuməti təşkil edir. Özü də praymerizlərin müxtəlif qaydaları olan növləri var: 1. "Açıq" praymerizlərdə bir ştatda səsvermə hüququ olan bütün vətəndaşlar iştirak edə bilər. Başqa sözlə, bu seçkilərdə Respublikaçılar Demokratların və ya əksinə, Demokratlar Respublikaçıların praymerizlərində səs verə bilər. 2."Yarıqapalı" praymerizlərdə səsvermə rəqib partiyanın seçiciləri üçün qadağandır. Lakin müstəqil seçicilər burada səs vermək hüququna malikdir. 3. "Qapalı" praymerizlərdə yalnız hər bir partiyanın həmin ştatdakı üzvləri səs verə bilər.
Praymerizlərlə yanaşı, namizəd partiya yığıncaqlarında da müəyyən oluna bilər. Qapalı olan belə partiya iclaslarını yalnız partiya üzvlərinin özləri çağırır. Qapalı iclas prosedurları ayrı-ayrı ştatların qanunlarına uyğun aparılır. Demokratların qapalı yığıncaqlarında adətən seçicilər manqalara bölünür və ştatın müxtəlif yerlərində öz namizədləri üçün dəstək toplayırlar. Respublikaçıların qapalı yığıncaqlarında isə namizəd nümayəndələrinin seçkisi adətən gizli səsvermə ilə həyata keçirilir. Daha bir qəribəlik də odur ki, praymeriz və qapalı iclaslarda prezidentliyə namizədlər birbaşa seçilmir. Praymeriz və qapalı iclaslarda prezidentliyə sadəcə namizədliyi irəli sürülə biləcək şəxslərin adı müəyyən olunur. Onların namizəd ola bilməsi isə özlərinə topladıqları nümayəndələrdən asılıdır. Məhz həmin nümayəndələr partiya konventində yenidən səs verərək seçilmiş şəxsin namizəd olub-olmayacağını müəyyən edir. Bəzən elə ola bilər ki, namizəd partiya nominasiyasını qazanmaq üçün kifayət qədər nümayəndəyə malik olmasın. Belə konventlərə "brokerlənmiş" konvent deyilir. Bu o deməkdir ki, son qərar nümayəndələr arasında keçirilən silsilə danışıqlarda və ya səsvermələrdə qəbul olunacaq. Bütün bunlar nəticəsində hər partiyadan sonda prezident postu uğrunda yarışacaq bir neçə namizəd müəyyən olunur.
Onu da qeyd edək ki, iclaslar və praymerizlər yayadək davam edir və bundan sonra partiyaların prezidentliyə namizədləri iyulda keçirilən ümumölkə konventində rəsmən seçilirlər. Ştatlar öz ölçülərinə və seçici siyahılarına uyğun müxtəlif sayda nümayəndə göndərirlər. Hər bir namizəd partiya nominasiyasını əldə etmək üçün ümumi çoxluqla, yəni ən azı nümayəndələrin yarısı, üstəgəl bir nisbəti ilə qalib gəlməlidir. Namizədlərin nümayəndəlrinin səs verməsi ştatlar üzrə keçirilir və sonda partiyada nümayəndələrin səsverməsi ilə əsas namizəd müəyyən olunur. Vahid namizəd olmaq üçün Respublikaçı namizədin 1236 səs qazanmağa ehtiyacı var, demokrat namizəd isə 2383 səs toplamalıdır. Bu prosedurları keçən və qeyd olunan sayda səsləri toplayanlar əsas namizədə çevrilir.
Amma bu vahid namizədlərin də prezident olması heç də xalqın səsverməsi ilə müəyyən olunmur. Yəni namizədin daha çox seçici səsi toplaması hələ onun prezident seçilməsi demək deyil. Burada son mərhələdə Seçicilər Kollegiyası adlanan sistem nəticəsində prezident müəyyən edilir. Hər ştatdan bu kollegiyada bir neçə nümayəndə təmsil olunur. Bunlara seçənlər deyirlər. Hər ştatdan seçənlərin sayı onun nümayəndələrini senatorların sayına əlavə etməklə müəyyən edilir. Məsələn, Kaliforniyanın 53 nümayəndəsi və 2 senatoru var. Beləliklə, Kaliforniyanın 55 seçki kollegiya səsi var. Ayova ştatının 5 nümayəndəsi və 2 senatoru var. Deməli, Ayovanın 7 seçki kollegiya səsi var. Vaşinqtonun yerləşdiyi Kolumbiya bölgəsinin nə nümayəndəsi, nə də senatorları var. Amma ona 3 seçki səsi verilib. Ümumilikdə Seçicilər Kollegiyasının 538 səsi var. Bu isə o deməkdir ki, namizəd qalib gəlmək üçün Seçicilər Kollegiyasının səs çoxluğuna nail olmalıdır. Bu isə təxminən 270 səs edir. Namizədin Seçicilər Kollegiyasında səs çoxluğuna və prezidentliyə səslərin sayından asılı olmadan seçilməsi də mümkündür. Beləliklə, 320 milyon əhalisi olan ABŞ-da xalq deyil, 538 nəfər Seçicilər Kollegiyası olkənin növbəti prezidentinin kimliyini müəyyən edir. Özü də Seçicilər Kollegiyasında bəzən nümaynədələr mənsub olduğu partiyanın deyil, rəqib partiyanın namizədinə də səs verə bilir. Bu da o deməkdir ki, ABŞ-da seçkilərdə ölkə miqyasında daha az xalqın səsini toplayan namizəd Seçicilər Kollegiyasının daha çox səsini ala və prezident seçilə bilər. Belə hal ABŞ-da 3 dəfə qeydə alınıb: 1876-cı ildə Respublikaçılar Partiyasının namizədi Raterford Heyz 185 Seçicilər Kollegiyasının üzvünün səsini qazanmaqla və 47,95% seçici səsi toplamaqla prezident seçilib. Onun rəqibi Samyuel Tilden isə Seçicilər Kollegiyasının cəmi 1 səs az səsini qazanmışdı. Halbuki, ölkə miqyasında o, 50,97% seçici səsi toplamışdı. 1888-ci ildə Respublikaçı Bencamin Harrison Seçicilər Kollegiyasının 233 səsini və 47,82% seçici səsi əldə etməklə prezident seçilib. Rəqibi Qrover Klivlend Seçicilər Kollegiyasının 168 səsini toplasa da, ölkə miqyasında daha çox seçici səsinə, yəni 48,62% seçici səsinə malik olmasına baxmayaraq, seçki sistemi səbəbindən məğlub statusu ilə barışmalı olub. Nəhayət, eyni aqibətin növbəti nümunəsi 2000-ci ildə Demokratlardan olan Albert Qorun başına gəlib. O, ölkə miqyasında daha çox seçici səsi (50 992 335) toplamasına baxmayaraq, Seçicilər Kollegiyasının 266 səsinə malik olduğundan, daha az seçici səsi toplamış (50 455 156) Corc Buş Seçicilər Kollegiyasının 271 səsi hesabına prezident seçilib. Bu ədalətsizliyin baş verməsinin səbəbi isə çox sadədir və ştatları təmsil edən Seçicilər Kollegiyasının üzvlərinin fərqli elektorat sayı ilə seçilməsilə bağlıdır. Məsələn, kiçik Vayominq ştatında təxminən 430 min nəfər seçici var və 1 nəfər Seçicilər Kollegiyasına düşən seçicisinin sayı 143 min nəfər təşkil edir. Böyük Nyu-York ştatında 15 milyondan çox seçici var. Amma burada 1 nəfər Seçicilər Kollegiyasına düşən seçicilərin sayı 520 min nəfərə bərabərdir. Fərq göz qabağındadır. Deməli, 1 Seçicilər Kollegiyasına malik olmaq üçün ştatlar kifayət qədər fərqli sayda elektorata malik olmalıdırlar. Bu vəziyyət yuxarıda göstərilən seçici səsi ilə Seçicilər Kollegiyası arasındakı məlum ziddiyyəti şərtləndirir və nəticədə bəzən daha çox seçici səsi toplayan şəxs qıraqda qalır. Onu da bildirək ki, prezidentliyə namizədlərdən heç biri Seçicilər Kollegiyasında lazım olan qədər səs toplamasa, bu halda Nümayəndələr Palatası müqayisədə ən çox səs toplayan iddiaçını prezident elan edir.
Nəhayət, ən son mərəhələ olaraq, məğlub olan rəqib qalibə təslim zəngi vurmalı və onu qələbə münasibətilə təbrik etməlidir. Sırf etik baxımdan belə bir zəng gəlməyincə, seçki bitmiş hesab olunmur. 2000-ci ildə Albert Qorla Corc Buş arasında uzun çəkən seçki mübahisəsi məhz belə zənglə bitmişdi. Onu da bildirək ki, ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır və çoxsaylı məhdudiyyətlərlə müşahidə olunur. Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştalarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilib. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümümi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar. Bu da seçkilərin gedişini dəqiq izləməyə imkan verir. Qeyd edək ki, səsvermə prosesi Birləşmiş Ştatlar prezidentinin dördillik müddətə seçilməsi ilə nəticələnir.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ