Cümə günü, 20 noyabr 2026
     

Azərbaycan-Rusiya-İran iqtisadi ittifaqının bölgəni dəyişmək gücü...

Image


Gələn ay Azərbaycan, İran və Rusiya prezidentlərinin nəzərdə tutulan görüşünə maraq beynəlxalq miqyasda da kifayət qədər böyükdür. Qeyd edək ki, bu görüşdə bir sıra mühüm məsələlər, məsələn, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması, enerji sahəsində əməkdaşlıq və digər mühüm məqamlar əsas müzakirə predmetinə çevriləcək.
Energetika naziri Natiq Əliyev də bildirir ki, prezidentlərin görüşü ölkələr arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı platforma olacaq: "Avqust ayında keçiriləcək görüş regionda müstəqil enerji siyasəti yürüdən Azərbaycan, İran və Rusiyanın maraqlarının əlaqələndirilməsi sayəsində enerji əməkdaşlığına təkan vermək üçün yaxşı platformaya çevrilə bilər". Nazir qeyd edir ki, üç ölkənin birgə reallaşdırdığı layihələrdə Azərbaycan, İran və Rusiyanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi layihələri və Rusiya, həmçinin digər Xəzəryanı ölkələrdən qaz nəqli üçün dəhlizlərin yaradılması mühüm yer tutur: "Üç ölkə liderinin qəti mövqeyi sayəsində Bakı göüşündə bu layihələrin icrası sürətləndirilə bilər". Onun sözlərinə görə, İran üzərindən sanksiyalar götürüldükdən sonra üç ölkə arasında qurulan yeni qarşılıqlı əlaqələr enerji sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin yaranmasına imkan verir. Bununla yanaşı, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin prezidentlərin görüşündə xüsusi diqqət mərkəzində olacağı gözlənir və bu hal bölgənin iqtisadi müstəvisində tamamilə yeni bir vəziyyətin yaranması deməkdir. Bunu MDB ölkələrinin öyrənilməsi mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev də təsdiqləyir. O qeyd edir ki, bu layihənin Azərbaycan üçün mühüm əhəmiyyəti var: "Azərbaycan Rusiya və İranı birləşdirəcək "Şimal-Cənub" layihəsindən ən çox qazanan tərəf ola bilər. Belə ki, ölkədə nəqliyyatın bütün növlərindən - avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatından istifadə oluna bilər. Yüklərin bir nəqliyyat vasitəsindən digərinə yüklənməsi və boşaldılması isə tranzit ölkəyə böyük gəlir gətirir. Üstəlik, keyfiyyətli yollar əhəmiyyətli dərəcədə yüksək mənfəət təmin edəcək".
Ekspert məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycan qarşılıqlı münasibətlərin təmas nöqtəsi ola bilər":Hesab edirəm ki, əməkdaşlığın uzunmüddətli perspektivlərini, dünya arenasında üç paytaxtın qarşılıqlı münasibətini müzakirə etməyin vaxtı yetişib. Bu gün Azərbaycan qarşılıqlı münasibətlərin məkanı, belə desək, iki sivilizasiyanın təmas nöqtəsi ola bilər. Prezidentlərin yeni görüşünün Bakıda keçiriləcəyi təsadüfi deyil. Bu görüşdə iqtisadi əməkdaşlıq və qarşılıqlı siyasi münasibətlərin imkanlarına prinsipial aydınlıq gəlməlidir". Onun sözlərinə görə, Azərbaycan, Rusiya və İran arasında siyasi əlaqələr son 15 ildə ən yaxşı səviyyəyə çatıb. Xüsusən də İran və Rusiya Suriya problemini həll etmək üçün fəal əməkdaşlıq edir: "Bununla yanaşı, indi Rusiya-Azərbaycan münasibətlərində son dərəcə uğurlu dövrdür. Bütün müşahidəçilər üç ölkənin mövqelərinin yaxınlaşmasını proqnozlaşdırır. Üstəlik, Türkiyəni də bura aid edirlər. Türkiyə Qərblə münasibətlərini birdəfəlik qırsa, Moskva-Ankara-Tehran ittifaqının yaranacağı yüksək ehtimallı olacaq. Azərbaycanın üzərinə isə strateji əlaqələndirici bənd rolu düşəcək. Hər şey dediyim məcrada baş versə, bu, Yaxın Şərqdə uzun müddətə qüvvələr nisbətini dəyişməyə qadir güclü regional ittifaq olacaq". Ölkələr arasında iqtisadi əməkdaşlıq məsələsinə toxunan A.Karavayev diqqətə çatdırıb ki, burada əsas məsələ nəqliyyat sferasında əlaqələrin qurulmasıdır":Əvvəllər olduğu kimi, Avrasiya məkanında malların əsas axını Çindən gəlir. İqtisadiyyatının zəifləməsi həm Çində istehsalçılara, həm də Avropa ölkələrində istehlakçılara təsir edir. Ona görə də "Şimal-Cənub" nəqliyyat dəhlizinin perspektivli istiqaməti Hindistandır. Hindistanın və İranın dəniz limanlarının sıx əlaqələri var və Hindistandan gələcək mal axını nəqliyyat dəhlizini əks istiqamətdə - cənubdan şimala doldura, perspektivdə isə Çin malları ilə rəqabət apara bilər. Şimaldan Cənuba isə sənaye məhsullarının göndərilməsi planlaşdırılır". Onun sözlərinə görə, Rusiya, İran və Azərbaycan layihəyə böyük qlobal logistik şirkətləri cəlb edə bilsə, "Şimal-Cənub" layihəsinin reallaşma şansı əhəmiyyətli dərəcədə artacaq: "Yük axınının böyük hissəsi müəyyən böyük dövlətlərarası müqavilələr üzrə də həyata keçirilə bilər".
Digər rusiyalı ekspertlər də "Şimal-Cənub" nəqliyyat dəhlizini rəqabətə dözümlü marşrut hesab edir. O da açıq vurğulanır ki, Azərbaycan "Şimal-Cənub" dəhlizində xüsusi rolu olan dövlətdir. Elə indinin özündə də İrandan Rusiyaya yük gətirilməsində Azərbaycan ərazisindən fəal şəkildə istifadə olunur. Çünki bu yol ən qısa yollardan biri sayılır. Eyni zamanda Azərbaycan və Rusiya dəmir yollarının bu dəhlizlə yükdaşımalara tətbiq etdiyi aşağı tarif də yüksək qiymətləndirilir.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ