Cümə günü, 20 noyabr 2026
     

Qarabağ həlli naminə gizli Sarkisyan-Petrosyan sövdələşməsi...

Image


Aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin diplomatik müstəvidə həllinin mümkünlüyü barədə indi beynəlxalq miqyasda daha çox fikirlər səslənməkdədir. Problemin çözümündə vasitəçilik edənlər də nikbin mövqedən çıxış edirlər. Məsələn, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik problemin çözümü üçün aktiv işlərin getdiyini bildirir:
"ATƏT-in Minsk Qrupunun həmsədrləri gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinin təşviq edilməsi məqsədilə Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə prezidentlərin üzərlərinə götürdükləri öhdəliklərin həyata keçirilməsi istiqamətində fəal işləyir". O, prezidentlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun fəaliyyətinin genişləndirilməsi barədə razılığa gəldiklərini xatırladıb: "Hər iki tərəfdən yüksək vəzifəli rəsmi şəxslərin iştirakı ilə münaqişənin həlli üzrə genişmiqyaslı danışıqların davam etdirilməsi planlaşdırılır. Münaqişə tərəfləri arasında gərginliyin azaldılması üçün danışıqlarda irəliləyiş əldə olunması zəruridir".
Danışıqlarda irəliləyiş əldə olunması isə daha çox Ermənistandan, onun sərgiləyəcəyi konstuktiv mövqedən asılıdır. Hazırda Ermənistanda bu xüsusda ziddiyyətli fikirlər hökm sürür. Məsələn, erməni siyasi texnoloqu Viqen Hakopyan iddia edir ki, Serj Sarkisyan və Levon Ter-Petrosyan alyans yaratmaq və Qarabağ məsələsində vahid platforma ilə hərəkət etmək istəyirlər. Onun sözlərinə görə, Ermənistanın birinci və üçüncü prezidentləri İrəvandakı Polis Alayının ələ keçirilməsi ilə də bağlı ortaq mövqedən çıxış ediblər. Onlar inanırlar ki, həddini aşan bu cür hərəkətlər xarici siyasət sahəsində Ermənistan üçün problem yaradır. Və onun fikrincə, bu heç də sürpriz deyil. Siyasi texnoloq Serj Sarkisyan və Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı yeni alyans yaratdıqları barədə Ermənistan parlamentinin müxalif deputatı Nikol Paşinyanın qiymətləndirməsi ilə razılaşıb. Amma belə iddialar da səslənir ki, Ermənistanda son etiraz aksiyaları Sarkisyana məsələnin həllində qəti addımlar atmağa mane olur. Bu vəziyyət, erməni mediasının yazdığına görə, əslində Moskvanın da narazılığına yol açır.
"Lragir" saytı bu xüsusda iddia edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planının pozulmaması üçün Ermənistandakı hadisələrə müdaxilə edəcək.
Sayt qeyd edir ki, İrəvanda keçirilən aksiyada siyasətçilər tez-tez bu haqda danışırlar: "Baş verənlər Moskvanın Qarabağ və erməni-türk sərhədinin açılması ilə bağlı planlarını pozur. Türkiyə də bu məsələdə Rusiyanı dəstəkləyir, çünki Moskvanın planı Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutur. Məhz mümkün Rusiya müdaxiləsi ilə bağlı mitinq keçirənlər hakimiyyətə xəbərdarlıq edir və buna icazə verilməməsi tələb olunur. Görünür, bu ehtimal artıq reallığa çevrilir. Xüsusilə son günlər Rusiyanın "Alfa" xüsusi təyinatlılarının gəlişi və rus təyyarələrinin səmada görünməsi haqda söhbətlər gəzir".
Erməni ekspert Akop Badalyan da qeyd edir ki, Rusiya Ermənistandakı vəziyyətdən ciddi şəkildə narazıdır: "Çünki baş verənlər onun Qarabağ münaqişəsini "Kazan prinsipləri" ilə həll etməyinə mane olur. Bu prinsiplər Qarabağın qaytarılmasını nəzərdə tutur. Ola bilər ki, belə situasiyada Qarabağda müharibə yenidən alovlansın".
Müharibənin yenidən alovlanması isə Ermənistan üçün daha dəhşətli nəticələr deməkdir. Bunu Britaniyanın təhlükəsizlik məsələləri üzrə nüfuzlu "Janes Intelligence" analitik mərkəzi də təsdiq edir. Ermənistanda sosial vəziyyətin dəhşətli olduğunu qeyd edən mərkəz vurğulayır ki, insanlar indiyə qədər səslərini çıxarmırdı: "Aprel müharibəsindən sonra isə vəziyyət dəyişdi. İnsanlar daha mövcud rejimlə barışmaq istəmirlər. Aprel müharibəsi göstərdi ki, hakimiyyət ölkəni qoruya bilmir, əksinə, daha çox vergi yükü qoyaraq, öz şəxsi büdcələrini zənginləşdirirlər". Baş verənlərin Ermənistanın daxili vəziyyəti ilə assosiasiya olunduğunu qeyd edən analitik mərkəz rəsmi İrəvanın hazırda xarici siyasətdə də məğlub duruma düşdüyünü qeyd edib: "Aprel müharibəsi göstərdi ki, Azərbaycan ordusu qat-qat güclüdür və indiyə qədər olan erməni mifləri alt-üst edildi. Bunu ermənilər də yaxşı anlayır və onlar adətən buna görə, hakimiyyətlə yanaşı, Rusiyanı da ittiham edirlər. Eyni zamanda Ermənistan tərəfi Qarabağ danışıqlarında da məğlub oldu. Artıq Madrid və Kazan prinsiplərindən söhbət gedir. Bu isə ərazilərin boşaldılması ilə nəticələnəcək". Mərkəzin analizinə görə, Ermənistanda istənilən siyasi dəyişiklik Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan hazırkı danışıqlar prosesini tormozlayacaq: "Lakin qiyamın yatırılması özlüyündə Qarabağ münaqişəsinin "Kazan formatı"nda həllini sürətləndirəcək. Bu, yaxın dövrlərdə baş verəcək". Beləliklə, yaxın tezlikdə Qarabağ münaqişəsinin həllində mühüm irəliləyiş gözlənir. Əks halda münaqişə hərbi müstəvidə həll olunacaq ki, bundan da daha çox düşmən zərər görəcək.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ