Cümə günü, 20 noyabr 2026
     

ABŞ-ın Güləni Türkiyəyə verməyəcəyini təsdiqləyən məqamlar getdikcə çoxalır

Image


Ölkəmizin əsas stratreji müttəfiqi sayılan Türkiyədə məlum hərbi çevrilişə cəhddən sonra idarəçilik sistemində mühüm yeniliklərə start verilir. Məsələn, Türkiyədə hərbi məhkəmə sisteminin ləğvi planlaşdırılır. Bildirilir ki, hərbi sahə ilə bağlı yalnız intizam məhkəmələri saxlanılacaq. Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin idarəetmə forması dəyişdirilərək, rəhbər vəzifələrin mülki şəxslərə verilməsi nəzərdə tutulub.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı isə Milli Müdafiə Nazirliyi və Prezident Administrasiyasının tabeliyinə verilməyəcək. Ancaq onun tabeliyindəki Jandarma komandanlığının Daxili İşlər Nazirliyi, Hərbi Hava, Hərbi Dəniz və Quru Qoşunları komandanlıqlarının isə Milli Müdafiə Nazirliyinin tərkibinə verilməsi planlaşdırılır. Həmçinin, Milli Təhlükəsizlik Şurası ilə bağlı maddənin Konstitusiyadan çıxarılaraq "Texniki Şura" adı altında bir qanun şəklinə salınması, bununla da Türkiyə Silahlı Qüvvələrinə nəzarətə şərait yaradılması və Hakim və Prokurorlar Ali Şurasının (HSYK) idarəetmə formasının dəyişdirilməsi planlaşdırılır. Ümumiyyətlə, hökumət dövlət çevrilişi cəhdindən sonra Türkiyə Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı fəaliyyətə başlayıb.
Bu fonda idarəçilik sistemində Fətullah Gülənə bağlı bütün şəxslərin neytrallaşdırılması nəzərdə tutulur. Ən əsası, Türkiyə Fətullah Gülənin ölkəyə gətirilməsi ilə paralel hökuməti tam məhv etməyi nəzərdə tutur. Bu arada isə məlum olub ki, ABŞ Fətullah Gülənin ekstradisiyasına dair Ankaranın təqdim etdiyi sənədləri nəzərdən keçirməkdə davam edir. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo bununla bağlı bildirib: "Bu məsələ ilə bağlı məndə heç bir məlumat yoxdur. Bizə sənədlər təqdim olunub, biz onları nəzərdən keçiririk. Bu, ekstradisiya razılaşmasına uyğun şəkildə aparılan hüquqi bir prosesdir". Lakin belə iddialar da səslənir ki, ABŞ Güləni Türkiyəyə verməyərək onun başqa ölkəyə keçməsini təmin edəcək. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ isə artıq Fətullah Gülənin gizlənə biləcəyi ölkələrin adlarını açıqlayıb. O bildirib ki, bu, ilk növbədə Misir, Avstraliya, Kanada, Cənubi Afrika və Meksikadır. Nazirin sözlərinə görə, harada gizlənməsinə baxmayaraq, Gülən Türkiyəyə qaytarılacaq. Amma belə iddilar da səslənir ki, Fətullah Gülənin arxasında ABŞ xüsusi xidmət orqanları dayanır və bu da onun ekstradisiyasını çətinləşdirir. Hətta Türkiyə mediası ABŞ generallarının da Fətullah Gülənlə sıx təmasda olduğunu bildirir. Bu arada isə ABŞ ordusunun Birgə qərargahlar rəisi, general Co Danford Türkiyənin gündəlik "Yeni Şafak" qəzetində bu xüsusda dərc olunan məqalə ilə bağlı sərt mövqedən çıxış edib. O, məqaləni "absurd" adlandırıb. Sözügedən qəzetin adı açıqlanmayan mənbəyə istinadən yazdığına görə, NATO-nun Əfqanıstandakı qüvvələrinə başçılıq edən general Con Kempbell təqaüdə çıxdıqdan sonra Türkiyəyə səfər edərək, çevrilişi təşkil edən ordu nümayəndələrinə milyardlarla dollar ödəyib. Co Danford isə buun təkzib edib: "General Kempbellin belə bir işlə əlaqəsi olduğuna dair iddialar absurddur. Təqaüddə olan general özü də türk mətbuatının onun Türkiyədəki siyasi fəaliyyətlərə müdaxiləsinə dair yazılanları qətiyyətlə rədd edir". ABŞ ordusunun polkovniki Patrik Siber isə Kempbellə bu ayın əvvəllərində görüşdüyünü və onun Türkiyəyə ABŞ hökumətinin mövqeyini dəstəkləmək üçün səfər etdiyini bildirib. Türkiyənin Gülənin ekstradisiya tələbinə dair Ağ Evin sözçüsü Con Ernest bildirib ki, Amerika hazırda Türkiyənin ekstradisiya ilə bağlı sənədlərini nəzərdən keçirir. Belə bir vaxtda ABŞ Kəşfiyyatının keçmiş şefi, "Rand Corporation" mərkəzinin siyasi analitiki Qraham Fuller Türkiyədə dövlət çevrilişinə cəhd və Fətullah Gülənlə bağlı maraqlı açıqlamalar verib. Fuller Gülənə dəstək olduğunu etiraf edib: "2006-cı ildə Gülənin ABŞ-da "yaşıl kart" almaq istəyini mən həyata keçirmişəm. Gülənin ABŞ üçün təhdid olmadığına inandığımı dəfələrlə açıqlamışam. "Yaşıl kart" almağına dəstək verməyim "Siyasi islamın gələcəyi" kitabını yenicə bitirdiyim dövrə təsadüf edir. Lakin Buş hakimiyyəti terrorla mübarizə hərəkatında Güləni deportasiya etmək istədi. Mən kəşfiyyat rəsmisi olaraq Federal Tədqiqatlar Bürosuna (FTB) müraciət edib, ona dəstək verdim". İndiki vəziyyətdə isə aydındır ki, Gülən ekstradisiya olunmasa, bu, ABŞ-Türkiyə münasibətlərini əhəmiyyətli dərəcədə sarsıdacaq.
Bu arada xatırladaq ki, hərbi çevriliş cəhdindən sonra Türkiyəyə göndərilməsilə bağlı "New York Times" qəzetində dərc etdirdiyi məqaləsində Vaşinqtona ünvanlanan fikirlərini qələmə alan Fətullah Gülən Qərb demokratiyasının loyal müsəlmanlara ehtiyac duyduqları bir dövrdə özü və yoldaşlarının Qərbin yanında olduqlarını bildirib. Hərbi çevrilişə cəhd edənlərin etiraf və əlaqələrini inkar edən Gülən Türkiyəyə ekstradisiyası ilə əlaqədar ABŞ rəhbərliyinə səslənib":Ərdoğanın istədiyini vermə arzusu başa düşülə bilər, ancaq Amerika buna müqavimət göstərməlidir".
Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ