Türkiyədə 15 iyul çevriliş cəhdilə bağlı ortaya yeni faktlar çıxıb. Baki-xeber.com xəbər verir ki, "Karar”ın kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, Türkiyəyə çevriliş cəhdindən təxminən bir həftə əvvəl Pensilvaniyadan göndərilən 200 təşkilat imamı çevrilişdə aktiv rol oynayıb.
İstanbul, Ankara, İzmir, Konya, Trabzon, Diyarbəkirin də aralarında olduğu kritik şəhərlərdə vəzifələndirilən bu imamlar, Türkiyə Silahlı Qüvvələrindəki (TSK) fətullahçılara çevriliş cəhdilə bağlı təlimatlar verib, və onları idarə edib.
Məlumata görə, 8 ay əvvəl ABŞ-ın Maryland əyalətində keçirilən çevriliş konfransında verilən qərarları tətbiq etmək üçün Türkiyəyə göndərilən imam və köməkçiləri çevriliş cəhdində mühüm rol oynayıblar. Yüksək rütbəli hərbçilərin də aralarında olduğu hərbi birlikləri koordinasiya edən, TSK-dakı fətullahçılara hədəflərini və nə edəcəkləri mövzusunda təlimatlar verən imamlar, çevrilişdən əvvəl və 15 iyul gecəsi hadisələr barədə təşkilat rəhbərləri və Pensilvanyadakı Fəthullah Gülənə anbaan məlumatlar verib. Güləndən gələn təlimatlarla da çevrilişçiləri koordinasiya edib. Xalqın küçəyə çıxmasından sonra isə Gülənin çevriliş konfransında verdiyi "Müqavimət göstərən hər kəsi öldürün" təlimatının tətbiqinə bağlayıblar.
Bundan başqa Gülənin çevriliş cəhdi təlimatları arasında prezident Ərdoğanın ilk hədəf olduğu da bildirilir. Ancaq Ərdoğanın əvvəlcə sağ ələ keçirilməsi bu mümkün olmazsa onun olduğu yerə təyyarə çırpılması, yəni kamikaze hücumu edilməsi təlimatı verdiyi də kəşfiyyat qurumlarının əldə etdiyi məlumatlar arasındadır. Çevriliş cəhdindən sonra, Ərdoğanın mühafizəsinin gücləndirilməsinin də kamikaze hücumunu önləmə üçün edildiyi qeyd edilir.
Qeyd edilir ki, "Yurdda Sülh Şurası” adı verilən təşkilatın sxemi üzərində də iş gedir. İlk olaraq yayılan siyahıda şuranı formalaşdıranların əslində o adamlar olmadığı da bildirilir, çevriliş baş tutsaydı siyahının sonradan imamlarla müzakirə olunacaqmış.
Çevrilişi koordinasiya edən 200 imamdan 2-i saxlanıb, digərlərinin isə xaricə qaçmağa çalışdığı bildirilir.
Onlardan biri Sakarya imamı Adil Öksüz 16 iyulda Ankara Akıncı 4-cü hərbi hava bazasında saxlanıb. Ancaq sonradan paralelçi hakimlər tərəfindən sərbəst buraxılan Öksüz qaçıb. Onun istintaq verdiyi adreslərdə də uzun meddətdir yaşayışın olmadığı ortaya çıxıb.