ABŞ-ın xarici kəşfiyyat idarəsinin keçmiş rəsmilərindən biri Türkiyədə çevriliş cəhdinin baş verdiyi gün - 15 iyulda İstanbulda olub. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri və "Milliyyət” qəzetinin yazarı Cəmil Ertem bildirib.
Onun sözlərinə görə, CIA və ABŞ-ın xarici kəşfiyyat idarəsinin keçmiş əməkdaşı Graham Fuller iyulun 15-də İstanbulda olub və sonradan - 16 iyulda şübhəli yollarla qonşu ölkələrdən birinə qaçıb: "Əslində 15 iyulda olanlar yalnız çevriliş cəhdi deyildi, birbaşa Türkiyəyə hücum və bunun nəticəsində Türkiyəni neocon "Balkanlaştırma” layihəsi idi".
"İndi bunu təsdiqləyəcək məlumatlar əlimizə gəlir. Məlumat və dəlillər indi əlimizin altındadır. Məsələn Fullerin qrupunun İstanbulda keçirdiyi yığıncaqlar ortaya çıxıb. Hətta Graham Fullerin Türkiyədə olduğu və şübhəli yollarla 16 iyulda başqa bir qonşu ölkəyə qaçdığı çox ciddi kəşfiyyat məlumatlarıdır" – deyə o bildirib.
Graham Fullerin Gülənin ABŞ-da sığınacaq almasında rolu olduğu qeyd edilir. Onun yaxın adamlarından olan hizmət hərəkatına da yaxınlığı ilə tanınan Henri Barkeyin də çevriliş günü İstanbulda olması barədə xəbərlər dolaşır.