Türkiyədə hərbi çevrilişə cəhddə Silahlı Qüvvələrin 8651 hərbçisi iştirak edib. Trend-in Türkiyə Silahlı Qüvvələr Baş Qərargahına istinadən verdiyi məlumata görə, hərbi çevrilişə cəhddə Silahlı Qüvvələrin 1,5 faiz hərbçisi iştirak edib.
Qiyamçılar 35 təyyarə, 37 helikopter, 246 tank və 3 gəmidən istifadə ediblər.