Polşanın prezidenti Navrotski Ukrayna lideri Zelenskini "sən bizim milli şərəf ordenimizə layiq deyilsən" deyərək "Ağ qartal" ordenindən məhrum etdi, buna cavab olaraq Ukraynanın müstəqillik dövrünün bütün prezidentləri (tək 2008-2013-cü illərdə hakimiyyətdə olmuş Yanukoviçdən başqa) - Leonid Kuçma, Yuşşenko və Poroşenko vaxtilə təltif olunduqları Polşanın "milli şərəf" hesab etdiyi həmin "Ağ qartal" ordenindən imtina etdilər...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- Məsələnin siyasi, geosiyasi izahlarını bir kənara qoyaq. Polşanın "milli şərəf" hesab etdiyi orden axı niyə başqa ölkənin başçılarına hədiyyə edilməlidir ki, dostluq pozulan anda onu "üzü qara" gəlin kimi qayrarıb üstünə atsınlar?! Ümumiyyətlə, bir ölkənin milli-mənəvi dəyəri olaraq hansısa şəxsiyyəti, hansısa hadisəni rəmzləşdirən orden-medalla əcnəbiləri təltif etmək nə deməkdir?!.. Başqa ölkələrin başçılarını mükafatlandırmaq üçün başqa üsullar düşünmək olmaz ?!...
Bu yanlış praktikanın xeyirdən çox ziyanı olduğunu anlamaq üçün daha nə lazımdır?!...
Tahir TAĞIYEV