Kamal Kılıçdaroğlu Sözcü TV-nin canlı efirində jurnalistlərin suallarını cavablandırıb.
Əslində “cavablandırmayıb” demək daha doğru olar, çünki sayın Kılıçdaroğlu yayım boyu məsələnin ətrafında dönüb-dolanmaqla vəziyyətdən çıxmağa çalışıb.
Jurnalistlər Kılıçdaroğluna CHP-dəki rüşvət iddiaları və keçmişdə dilə gətirdiyi “rüşvətçi bələdiyyə başqanları” fikri ilə bağlı ard-arda suallar ünvanlayıb ondan konkret ad çəkməsini istəsələr də, Kılıçdaroğlu ümumi sözlərlə cavabdan yayınıb. Yalnız Özgür Özəl partiya rəhbərliyində ikən bəzi isimləri ona söylədiyini və partiyanın nüfuzdan düşməsini istəmədiyini deyib.
Kılıçdaroğlunun rüşvət mövzusunda təkidlə danışdığı halda ad çəkməməsi sosial mediada geniş müzakirələrə yol açıb. Verilişin aparıcısı isə Kılıçdaroğlunun bu mövzuda israrla danışıb ad çəkməməsinin bütün bələdiyyə başqanlarına həqarət olduğunu deyib.
SAMİRƏ