çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Qazaxıstan Azərbaycan və Ermənistan üzərindən Türkiyəyə yeni ticarət yolu açmağa hazırlaşır...

Image


Qazaxıstan Azərbaycan və Ermənistan üzərindən Türkiyəyə yeni ticarət yolu aça bilər. Bunu Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumanqarin jurnalistlərə bildirib.

Onun sözlərinə görə, marşrut Astananın Türkiyə limanlarına birbaşa çıxışını təmin edəcək: “Hazırda biz Azərbaycan vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına gedirik. Yeni marşrut bizə Naxçıvana, oradan isə birbaşa Türkiyəyə, onun dəniz limanlarına çatmağa imkan verəcək".

Bütün bunlar bir daha Zəngəzur dəhlizinin Ermənistan üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini əyani şəkildə nümayiş etdirir. Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan bu marşrut təkcə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini bərpa etməyəcək, həm də Şərqlə Qərb arasında yeni nəqliyyat arteriyası yaradacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “NE Global” nəşrinə müsahibəsində bildirir ki, "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" Azərbaycanı Ermənistan üzərindən birbaşa Naxçıvanla, oradan isə Türkiyənin dəmir yolu sistemi ilə birləşdirəcək strateji əhəmiyyətli layihədir. Onun sözlərinə görə, Türkiyə artıq 224 kilometrlik dəhlizin öz ərazisindən keçən hissəsinin tikintisinə başlayıb: "Bu, layihəyə göstərilən güclü siyasi iradə və maliyyə dəstəyinin bariz nümunəsidir. Azərbaycanın payına düşən 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolu üzərində isə işlər davam edir. Tikinti 2021-ci ildə başlayıb və 2026-cı ilədək tamamlanması planlaşdırılır". R.Rüstəmov bildirib ki, Yuxarı Mərcanlıdan Ağbəndə qədər - Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan və Bartaz daxil olmaqla - səkkiz yeni stansiya inşa olunur: “Hazırda layihələndirmə işlərinin təxminən 85%-i, tikinti-quraşdırma işlərinin isə 68 %-i icra edilib". ADY sədri əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma artıq başa çatıb və layihə işləri davam etdirilir: "Bu mərhələ tamamlandıqdan sonra tikintiyə başlanacaq və Naxçıvanda müasir standartlara uyğun yeni dəmir yolu şəbəkəsi formalaşdırılacaq”. Onun sözlərinə görə, TRIPP dəhlizi əvvəlcədən genişləndirmə imkanı nəzərə alınmaqla layihələndirilib: “İlkin buraxılış qabiliyyəti sabit yük axınını təmin edəcək, lakin gələcəkdə artan tələbatı qarşılamaq üçün infrastruktur genişləndirilə bilər. Zamanla TRIPP buraxılış qabiliyyəti baxımından Bakı-Tiflis-Qars xətti ilə rəqabət apara biləcək səviyyəyə çata bilər. Əsas məsələ odur ki, TRIPP regional şəbəkədə dayanıqlılığı və alternativliyi artırır, Azərbaycana bir neçə paralel nəqliyyat dəhlizinin davamlı şəkildə mövcudluğunu təmin edir".

Onu da qeyd edək ki, qlobal logistika sistemində yeni marşrutların formalaşdığı bir dövrdə Zəngəzur dəhlizi ideyası Mərkəzi Asiya ölkələri üçün Avrasiya nəqliyyat xəritəsində yeni imkanlar açır. Bu dəhliz həm regional iqtisadi inteqrasiyanın güclənməsi, həm də türkdilli dövlətlərin əməkdaşlığının dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu dəhliz açılacağı təqdirdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək və Qafqaz, Anadolu və Mərkəzi Asiya arasında vahid ticarət şəbəkəsinin formalaşmasına xidmət edəcək. Mərkəzi Asiya ölkələri üçün bu dəhliz yalnız alternativ marşrut deyil, həm də dünya bazarlarına daha qısa, etibarlı və iqtisadi cəhətdən səmərəli çıxış deməkdir. Mərkəzi Asiya materik daxilində yerləşən, yəni dənizə çıxışı olmayan regiondur. Bu coğrafi xüsusiyyət onların xarici ticarətdə daha uzun və bahalı marşrutlardan istifadə etməsinə səbəb olur. Lakin geosiyasi gərginliklər, sanksiyalar, bölgəsəl qeyri-sabitlik və ticarət xərclərinin artması alternativ dəhlizlərin vacibliyini artırır. Bu kontekstdə Zəngəzur dəhlizi Mərkəzi Asiya üçün üçüncü və daha balanslı logistika xəttini təmin edə bilər. Mərkəzi Asiyadan Avropaya gedən yükün Zəngəzur dəhlizi vasitəsilə daşınması həm məsafəni, həm də daşınma vaxtını əhəmiyyətli dərəcədə azaldır. Azərbaycan, Türkiyə və Gürcüstan üzərindən keçən Orta Dəhliz artıq Transxəzər ticarətinə xidmət edir. Zəngəzur dəhlizi bu xəttin daha funksional, daha çevik və daha çevrilişi yüksək bir struktur almasına şərait yaradar. Mərkəzi Asiya dövlətləri Türkiyə limanları vasitəsilə Qara dəniz, Aralıq dənizi, Avropa və Afrika bazarlarına daha asan çıxış əldə etmiş olacaq. Zəngəzur dəhlizi Mərkəzi Asiya üçün sadəcə alternativ nəqliyyat xətti deyil; bu, regionun qlobal ticarət sisteminə daha güclü inteqrasiya yoludur. Dəhliz Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına daha asan çıxışını təmin etməklə iqtisadiyyatların diversifikasiyasına kömək edəcək, Türk dövlətləri arasında strateji bağlılığı möhkəmləndirəcək və Avrasiyanın nəqliyyat xəritəsində yeni güc mərkəzinin formalaşmasına səbəb olacaq. Bu marşrut reallaşarsa, Mərkəzi Asiya üçün həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan böyük dönüş nöqtəsi ola bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ