şənbə günü, 08 avqust 2026
     

Putin Ukrayna ilə sülh sazişi mətninə ziddiyyətli münasibət bildirdi...

Image


Abutalıb Səmədov: “Əslinə qalsa, bu sülh planı Tramp-Putin planıdır”

Rusiya prezidenti Putin ABŞ-ın hazırladığı planın Ukrayna üçün sülh müqaviləsinin "təməlini qoya" biləcəyini deyib və ilk dəfə olaraq Moskvanın ABŞ-dan planın surətini aldığını təsdiqləyib.

Vaşinqtonun 28 maddəlik planından danışan Putin, planın çoxsaylı Rusiya tələblərini ehtiva etdiyini və Kiyevdə və Avropada narahatlıq doğurduğunu bildirib.

Kiyevi, planı rədd edəcəyi təqdirdə daha çox ərazi itirəcəyi ilə hədələyən Putin, Ukraynanın Kupyansk şəhərinin ələ keçirilməsinin "digər mühüm cəbhə bölgələrində də təkrarlanacağını" bildirib: "Biz münaqişənin sülh yolu ilə həllinə hazırıq, lakin planın detalları müzakirə olunmalıdır".

Putin deyib: " Alyaskadakı danışıqlar zamanı bəzi çətin məsələlərə və çətinliklərə baxmayaraq, irəli sürülən təklifləri qəbul etdiyimizi və çeviklik göstərməyə hazır olduğumuzu təsdiqlədik".

Çin, Hindistan, Şimali Koreya, Cənubi Afrika, Braziliya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri də daxil olmaqla Qlobal Cənubdakı tərəfdaşlarına bu məsələ ilə bağlı məlumat verdiklərini deyən Putin, hər kəsin potensial razılaşmaları dəstəklədiyini bildirib: "Lakin Alyaskadakı danışıqlardan sonra ABŞ tərəfində fasilə görürük. Bu fasilənin Ukraynanın Prezident Tramp tərəfindən təklif olunan sülh planını rədd etməsindən qaynaqlandığını bilirik".

Planın 28 maddəlik kimi təkmilləşdirildiyini təxmin etdiklərini deyən Putin planın mətninin onlara da çatdırıldığını bildirib: "Planın mətni əlimizdədir. Bunu ABŞ administrasiyası ilə mövcud qarşılıqlı əlaqə kanallarımız vasitəsilə aldıq. İnanıram ki, bu plan yekun sülh yolu ilə həll üçün əsas yarada bilər. Lakin bu mətn bizimlə ətraflı müzakirə olunmayıb. Bunun səbəbi də ABŞ administrasiyasının Ukrayna tərəfini inandıra bilməməsindən qaynaqlanır. Ukrayna buna qarşıdır. Görünür ki, Ukrayna və onun Avropa müttəfiqləri hələ də döyüş meydanında Rusiyaya strateji məğlubiyyət yaşatmaq xəyalı qurur".

Rusiya ordusunun Xarkov vilayətindəki Kupyansk şəhərini ələ keçirdiyini deyən Putin, Kiyevin cəbhə xəttindəki vəziyyətdən xəbərsiz olduğunu iddia edib:

"Əgər Kiyev Prezident Trampın təkliflərini müzakirə etmək istəmirsə və onları rədd edirsə, həm onların özləri, həm də avropalı müharibə tərəfdarları Kupyanskda baş verənlərin cəbhənin digər əsas bölgələrində də qaçılmaz olaraq baş verəcəyini anlamalıdırlar. Bu, bəlkə istədiyimiz qədər tez baş verməyə bilər, amma qaçılmaz olaraq yenidən baş verəcək. Bu vəziyyət yenə də bizim üçün əlverişlidir, çünki bu, xüsusi hərbi əməliyyatın məqsədlərinə (Ukraynada) silahlarla nail olmağa imkan verir". Bu barədə baki-xeber.com məlumat yayıb.

Putin bir tərəfdən “bizə layihəni indi göndəriblər”, bir tərəfdən də “o layihənin hazırlanmasında, müzakirəsində biz iştirak etməmişik, bizimlə müzakirə edilməyib”-deyib, onu da bildirib ki, biz o layihəni tam şəkildə qəbul etmişik. Maraqlıdır. Bu layihənin müzakirəsində Rusiya iştirak etməyib, amma layihəni tam şəkildə qəbul edib. Bu nə deməkdir? Ekspertlərə görə, bu o deməkdir ki, bunun hansısa yalandır, demək, Rusiya əvvəldən bu prosesdə tam şəkildə iştirak edib.

Rusiya hazırlanmasında iştirak etmədiyini dediyi saziş mətnini qəbul edir. Niyə belə edir?

“Bu plan Putin üçün qətiyyən yeni deyil, uzun müddət müzakirə olunan və Rusiya ilə birgə hazırlanan plandır”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə bildirdi ki, Trampın sülh planı Alyaska görüşü ərəfəsində Putinlə müzakirələr zamanı ortaya qoyulan təkliflərin əksəriyyətini əhatə edir. “Yəni əslinə qalsa, bu sülh planı Tramp-Putin planıdır. Biz yaxşı xatırlayırıq ki, Alyaska görüşü ərəfəsində Putin müəyyən qədər öz mövqelərindən çəkildiyini bəyan etdi. Əgər əvvəl dörd vilayəti inzibati sərhədləri ilə tələb edirdisə və özünün ərazi güzəştlərindən danışmırdısa, bu dəfə yalnız Donesk və Luqanskı inzibati sərhədləri ilə tələb etdi. Zaporojye və Xersonu isə mövcud təmas xəttindən hesablamağı təklif etdi. Yəni bu iki vilayətin ərazisinin təxminən 75 faizə qədəri Rusiyanın nəzarətindədir və əvvəllər əgər qalan fazini də boşaltmağı tələb edirdisə, indi elə 75 faizlə kifayətlənməyə hazır olduğunu bildirdi. Eyni zamanda Doneskinin Ukraynanın nəzarətində olan hissəsinin qarşılığında ərazi verməyə hazır olduğunu bəyan etdi. Aydın idi ki, bu Xarkov və Sumı vilayətində Rusiyanın işğal etdiyi ərazilər ola bilər.

Sonradan Alyaskada keçirilən danışıqlarda müəyyən razılaşmalar oldu. Açıqlanmasa da, hər dəfə Rusiya “biz Alyaska razılaşmalarına sadiqik” bəyanatını verdi. Budapeşt görüşü təxirə salındıqdan sonra bir daha Alyaska razılaşmaları Trampa xatırladıldı və son nəticədə bu 28 bəndlik sülh planı ortaya çıxdı. Rusiya, təbiidir ki, dərhal bu planı qəbul etdiyini bildirdi və Təhlükəsizlik Şurasının iclasında bunu Putin açıq şəkildə bildirdi. Yəni bu plan Putin üçün yeni deyildi. Bu dəfələrlə müzakirə olunmuş bir plandır. Yəni ən azı əsas konturları müzakirə olunmuş bir plandır. Burda Rusiyanı qane etməyən məsələlər varmı? Təbii ki, var. Məsələn, Rusiyanın aktivlərinə həbs qoyulub və bu plana görə, bu aktivlərin 100 milyard dolları plan qəbul olunduqdan sonra xüsusi fonda keçirilməlidir. O alınan gəlirin 50 faizi ABŞ-a çatmalıdır. Rusiya öz aktivlərindən istifadə etməyə indiyə qədər razılıq verməyib. Yaxud ordunun sayının azaldılması məsələsində Rusiya daha ciddi azalma tələb edir. Burada söhbət 600 min rəqəmindən gedir”.

A.Səmədov hesab edir ki, Rusiyanın tələbi daha böyük azalma idi, o hardasa 200-250 min səviyyəsində Ukrayna ordusunun sayının olmasını tələb edirdi, indi 600 min rəqəmi göstərlib.

“Başqa məsələlərdə də, olsa bilsin, müəyyən korrektələrə getməyi tələb etsin. Ən azından özünün güzəştə getdiyini sonradan göstərmək üçün hansısa məsələlərdən narazı qaldığını da gələcəkdə söyləyə bilər. Yəni bu plan Putin üçün qətiyyən yeni deyil, uzun müddət müzakirə olunan və Rusiya ilə birgə hazırlanan plandır.

Nədən Tramp belə bir yol seçdi? Əvvəlcədən aydın idi ki, Tramp təcili sülhə nail olmaq istəyir və bu sülhə qısa müddətdə nail olmağın yolunu da Ukraynaya təzyiqdə görür. Rusiyaya təzyiq göstərmək müharibəni xeyli uzada bilər. Bu da Trampın istəklərinə xidmət etmir. Qısa müddətdə Ukrayna müharibəsini bitirib ən azından gələn il “Nobel” Sülh Mükafatını almaq istəyir.

Əvvəlcədən də aydın idi ki, Tramp Rusiyanın gücü ilə hesablaşır. Ən azından onun nüvə potensialından ciddi şəkildə çəkinir. Ukraynadan isə qətiyyən çəkinmir. Dəfələrlə də deyib ki, sənin əlində heç bir kartın yoxdur. Nəyi nəzərdə tutub Tramp? ABŞ Ukraynaya yardımları dayandırıb, ancaq silah satır, eyni zamanda kəşfiyyat məlumatları verir. İndi əgər plan qəbul olunmasa bunlardan da imtina edəcəyini söyləyir. O halda təbiidir ki, Avropanın Ukraynanı silahla təmin etmək imkanı olmayacaq. Ən vacib silahlar ABŞ-dan alınan silahlardır. Bu silahları Avropanın əvəzləmək imkanı yoxdur. Digər tərəfdən Avropa bütövlükdə Ukyaynaya tələb olunan yardımın hamısını da göstərmək gücündə deyil. Yəni əgər müharibənin ilk illərində ABŞ-n və Avropanın Ukraynaya birgə göstərdiyi yardım təqribən 80 milyard səviyyəsində idisə və onun yarısı hərbi yardım idisə indi bu yardımı bir az da artırmağa ehtiyac var. Çünki 2023-cü ildən başlayaraq Ukrayna irəli gedə bilmədi. O ayrılan yardım yalnız Rusiyanın hücumlarını ləngitməyə imkan vcerdi. Ancaq Rusiya ağır-ağır da olsa irəlilədi. Əgər Ukrayna Rusiyanı vurub öz ərazilərindən çıxarmaq istəyirsə Ukraynaya Avropanın göstərdiyi yardım ən azı 120 milyard dollar səviyyəsində olmalıdır. Avropanın da belə imkanı yoxdur. Bu səbəbdən Tramp öz planının qəbul ediləcəyinə inanır. Çünki vəziyyəti bilir. Onu da bilir ki, Avropa nə qədər sülhü uzatmağa çalışsa da real yardım göstərmək imkanına malik deyil. İndi Avropa özünün 24 bəndlik planını hazırlayıb. Ancaq bu planı qəbul etdirmək üçün hansı gücə malik olduğunu bəyan edə bilmir. Çünki tələb olunan gücü yoxdur. Çox təəssüf ki, reallıq bundan ibarətdir. Hadisələrin gedişi göstərir ki, Trampın qoyduğu müddətdə, yəni noyabrın 27-nə qədər Ukrayna bu planı qəbul etməyəcək, müddətin bir az uzadılmasına nail olmağa çalışacaq. Ancaq son nəticəsdə hələlik Ukrayna rəhbərliyi də, Avropa da reallığı qəbul etməyə hazır deyil. Çox təəssüf ki, reallıq da Ukraynanın xeyrinə deyil. Bu səbəbdən mümkün qədər prosesi yalnız uzatmağa çalışırlar. Ancaq son nəticədə Tramp-Putin planını xırda dəyişikliklə qəbul etmək məcburiyyətində qalacaqlar”-deyə A. Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

08.08.2026 / 15:23
Rusiya sahillərində Türkiyə gəmisi vuruldu…

08.08.2026 / 15:05
Hikmət Hacıyev: "İlham Əliyev müharibəni də, sülhü də qazandı" - VİDEO

08.08.2026 / 14:03
Britaniya səfirliyi Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı

08.08.2026 / 13:45
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri

08.08.2026 / 13:12
ABŞ-ın müvəqqəti işlər vəkili: "TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək" - VİDEO

08.08.2026 / 12:35
Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 11:08
Rusiya Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərdi

08.08.2026 / 10:49
Xocavənddə buldozer minaya düşdü

08.08.2026 / 10:16
"Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb" - Paşinyan

08.08.2026 / 09:32
Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib

08.08.2026 / 09:15
Vaşinqton sammitindən bir il ötür - Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən zirvə...

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ