Mərkəzi Seçki Komissiyasının oktyabrın 15-də keçirilən iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, Vll çağırış Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən MSK-ya müraciət edərək, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi seçilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib.
İclasda məsələ səsverməyə qoyulub və qəbul edilib.
Qeyd edək ki, 2025-ci il iyunun 12-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar sessiyası keçirilib. Sessiyada Azərbaycan nümayəndəsi Ramil Həsən yekdil qərarla Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilib. O, vəzifəsinin icrasına bu gündən - 2025-ci il oktyabrın 15-dən başlayır.
Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er yerinə yetirib. Ramil Həsən isə daha əvvəl 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.
ZÜMRÜD