Cənubi Afrika (CAR) İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrailə qarşı soyqırım iddiasını geri götürməyəcək.
Bu barədə açıqlama verən CAR Prezidenti Prezident Siril Ramafosa atəşkəsə baxmayaraq, Qəzza zolağına hücumlarına görə İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdıqları soyqırım iddiasını geri çəkməyəcəklərini bildirib.
Ramafosa bildirib ki, razılaşmanın işə heç bir təsiri olmayaca: "İş davam edir və indi biz İsrailin məhkəməyə təqdim etdiyimiz ərizələrə cavab verməli olduğu mərhələyə gəldik. Beynəlxalq Ədalət Məhkəməsinin sübutların təqdim edilməsi və araşdırılması üçün bir tarix təyin etdikdən sonra gələn ilin yanvarına qədər bunu etməlidirlər".
Xatırladaq ki, Türkiyə, Misir, Kolumbiya, İrlandiya və İspaniya da daxil olmaqla bir çox ölkə Cənubi Afrikanın 29 dekabr 2023-cü ildə BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırım iddiasına qoşulub.
TAHİR