20-dən çox ölkənin dövlət başçıları Qəzzada atəşkəs və sülh prosesini müzakirə etmək üçün Misirin Şarm əl-Şeyx şəhərində bir araya gəlib. Sülh Sammitində əvvəlcə iştirak edən dünya liderləri ikitərəfli danışıqların sammitdə iştirak ediblər.
Şarm Əl-Şeyxdə keçirilən və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi sammitdə Qəzza ilə bağlı sülh sazişi imzalanıb. Sazişi ABŞ, Türkiyə, Misir və Qətər liderləri imzalayıblar.
Qəzza Sammitində çıxış edən ABŞ prezidenti Donald Tramp deyib: "Bu gün bütün dünyada insanlar ümid etdikləri günə nail olurlar. Heç kim bunun mümkün olduğunu düşünmürdü. Cəsədləri geri gətirmək üçün səylər davam edir. Biz hamının qeyri-mümkün dediyi bir şeyi - Yaxın Şərqdə daimi sülhü əldə etdik.
İllərin müharibəsi başa çatdı. Qəzzaya humanitar yardım daxil olub. Mülki sakinlər evlərinə qayıdırlar. Oranı yenidən inşa edəcəyik.
Ərdoğana təşəkkür edirəm. Bizim əvvəldən yaxşı münasibətimiz var, çox güclü insandır. O, həmişə mənim yanımda olub”.
TAHİR