Ərdoğanın PKK ilə birlikdə Suriyadakı PYD/YPG qruplaşmasının terrorçu təşkilat olaraq tərksilah olunmasını tələb etdiyi bir vaxtda ABŞ gələn ilin büdcəsindən PYD/YPG silahlılarına 130 milyon dollar yardım ayırdı. Onun təxminən yarısı maaş kimi veriləcək, qalan hissə silah-sursat, paltar və avtomobil alınmasına sərf olunacaq.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Beləliklə, Suriyanın cənubunda silahlı druz ordusu, şimalında isə ABŞ maliyyəsinə söykənən PYD/YPG ordusu - hər ikisi də Əhməd Şəraanın Mərkəzi hakimiyyətinə tabe deyil. Demək, Türkiyənin də əleyhinə olan qruplaşmalardır.
Şəraanın hakimiyyəti nə qədər davam edəcək, Şəraa Türkiyəni, ya İsrail-ABŞ tandemini seçəcək?... Hələ məlum deyil.
Uzağı yarım ilə Suriyada vəziyyət yenidən qarışacaq.
Onu da deyim ki, Suriyanın 3 bölgəsi - Süveydə, Rakka və Hasake son parlament seçkilərində təmsil olunmayıblar... Özləri istəmədilər...
Niyəsi Suriyada sülhün olmasını istəməyənlərlə bağlıdır...”
Tahir TAĞIYEV