ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə HƏMAS və İsrail Misirdə Qəzza zolağında daimi atəşkəs sazişi imzalayıb. Son hadisələrdən sonra gələn həftə Misirə rəsmi səfər edəcək ABŞ prezidenti Donald Trampın səfəri zamanı Liderlər Zirvəsi keçirməyi planlaşdırdığı bildirilir.
Trampın təşkil etməyi planlaşdırdığı Qəzza üzrə Liderlər Zirvəsinə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin dəvət ediləcəyi iddia edilir.
ABŞ mətbuatının yazdığına görə, artıq Misir prezidenti Sisi Türkiyə də daxil olmaqla, on ölkəyə dəvət göndərib. İsrailin baş naziri Binyamin Netanyahunun bazar ertəsi və ya çərşənbə axşamı keçirilməsi gözlənilən Şarm əl-Şeyx sammitinə qatılacağı və ya dəvət ediləcəyi gözlənilmir.
TAHİR