ABŞ prezidenti Trampın təklif etdiyi Qəzzada sülhda sülh planı İsrail və HƏMAS tərəfindən qəbul edildikdən sonra Misirdə başlayan atəşkəs danışıqlarında müsbət nəticə əldə edilib. HƏMAS və İsrail Qəzza zolağında daimi atəşkəs və girov mübadiləsi ilə bağlı atəşkəs sazişi imzalayıb.
HƏMAS-ın Qəzza lideri Xəlil əl-Həyya İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşması ilə müharibənin bitdiyini və daimi atəşkəsin başladığını elan edib. Danışıqlarda HƏMAS nümayəndə heyətinə başçılıq edən Hayya müharibənin bitəcəyinə dair təminat aldıqlarını bildirib: “Bu gün biz müharibənin bitdiyini və daimi atəşkəsin başladığını elan edirik. Vasitəçi qardaş ölkələr və ABŞ rəhbərliyi müharibənin tam başa çatdığını təsdiqləyərək, bizə zəmanət veriblər”.
HƏMAS lideri bəyan edib ki, saziş humanitar yardımın ölkəyə girişini, Rəfah sərhəd keçid məntəqəsinin yenidən açılmasını və əsir mübadiləsini əhatə edir. Onun sözlərinə görə, 250 ömürlük məhbus və oktyabrın 7-dən sonra saxlanan 1700 qəzzalı sərbəst buraxılacaq, bütün qadınlar və uşaqlar da azad ediləcək.
TAHİR