Bazar günü günü, 18 oktyabr 2026
     

“Türk dövlətlərinin hərbi təlimi niyə Azərbaycanda, niyə 2026-da?” - İrəvan baş sındırır...

Image


Akif Nağı: “...Sülh prosesinə mane olmaq istəyirlər”

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında TDT-yə üzv ölkələrin 2026-cı ildə birgə hərbi təlimlərinin keçirilməsini təklif etməsi Ermənistandakı bəzi qüvvələri narahat edib. Türk dövlətlərinin belə bir təlim keçirməsinin Ermənistana heç bir aidiyyəti olmadığı halda onların bunu müzakirə etməsi yersiz görünür.

Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Artak Zakaryan türk dövlətləri arasında müdafiə, təhlükəsizlik və hərbi təlim sahələrində geniş əməkdaşlığın planlaşdırılmasından narahat olub. “Bu əsasda Azərbaycan prezidenti İlham Əliyev 2026-cı ildə TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edib. Niyə 2026? Niyə Azərbaycanda, yəni Cənubi Qafqazda? Bəs bu təlimlərin "şərti" hədəfi nə olacaq?!”-deyə o bildirib.

O iddia edib ki, İran İslam Respublikası ətrafında hərbi ssenarilər guya “yeni müstəviyə keçəcək”. Zakaryan “NATO Rusiya Federasiyasına qarşı hərbi əməliyyatların intensivliyinin və miqyasının artırılması imkanlarını müzakirə edir. Nikolun bərbad, uğursuz, tamamilə təhrif olunmuş siyasəti qarşısında Ermənistan nə edəcək?”-deyib.

Belə qələmə vermək istəyir ki, TDT-yə üzv dövlətlərin birgə hərbi təlimi guya bölgədə hansısa problem yarada bilər və sair.

“Onlar çox yaxşı bilirlər ki, bu təlimlər İrana, Rusiyaya, Ermənistana qarşı yönəlməyib, sadəcə yanlış rəy yaratmağa, məsələnin mahiyyətini təhrif etməyə çalışırlar”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi mübarizədə müxtəlif vasitələrdən istifadə edirlər. Zakaryanın hökumətə əks olan Sarkisyanın rəhbərlik etdiyi partiyanın təmsilçisi olduğunu deyən A.Nağı vurğuladı ki, seçkilərdə nəyəsə nail olmaq, Paşinyana mane olmaq üçün bütün vasitələrə əl atırlar və erməni cəmiyyətinin diqqətini özlərindən ayırıb Azərbaycana yönəltmək istəyirlər. “Ermənilər bununla Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə mane olmaq istəyirlər. Ermənistanın daxilindəki müxalif qüvvələr bilirlər ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, sülh olarsa, sabitlik yaranarsa onların hakimiyyətə gəlmək şansı tamamilə sıfıra enəcək. Onsuz da şansları çox aşağıdır. Ona görə də gərginlik olarsa, ölkənin daxilində müəyyən qarşıdurmalar, xaos yaranarsa ümid edirlər ki, Rusiyanın köməyi ilə yenidən hakimiyyətə gələcəklər. Yəni özlərinin revanşist niyyətlərini həyata keçirəcəklər. Erməni revanşizmindən danışırıq. Kənarda olan qüvvələr, əvvəllər Ermənistanda hakimiyyətdə olan Sarkisyan, Köçəryan və onların dəstəsi Azərbaycana qarşı revanşist mövqedən çıxış edirlər. Amma başa düşmürlər ki, Azərbaycana heç nə edə bilməzlər. Tutaq ki, hakimiyyətə gəldilər. Hansı hərbi əməliyyatdan danışa bilərlər? Onların revanşizmi həm də Paşinyan hakimiyyətinə qarşı yönəlib, onu hakimiyyətdən devirmək, hakimiyyətə gəlmək və ondan intiqam almaq istəyirlər. Onlar bunu daha real görürlər, nəinki Azərbaycana qarşı hansısa revanşist istəklərini. Ona görə də bu şəkildə Paşinyan hakimiyyətini qaralamağa çalışırlar”.

Azərbaycan Prezidentinin öz mövqeyini ortaya qoyduğunu və Paşinyanın da bunu anladığını, türk dünyasının, Turanın birləşdiyini, böyük bir gücə çevrildiyini başa düşdüyünü deyən A.Nağı hesab edir ki, hətta bəzi dövlətlər hansısa bir şəkildə, statusda bu birliyə qoşulmaq istəyirlər. Paşinyanın Turan birliyindən yararlanmağa çalışdığını bildirən A.Nağının sözlərinə görə, Paşinyan başa düşür ki, onun üçün Rusiya-Avropa-Qərb çətirindən daha sərfəlisi Azərbaycan, Türkiyə, Turan dünyasının çətiridir, bu çətirin altına girmək istəyir, bu istiqamətdə addımlar atır. “Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, TDT-nin Qəbələ Zirvəsində bu quruma üzv ölkələrin hamısının rəhbərləri öz fikirlərini dedilər və hamısı da vahid mövqedən çıxış etdilər. Bir-birinin təklifini, fikrini dəstəklədilər. Azərbaycan Prezidenti bütün istiqamətlərdə təkliflərini verdi və çağrışlarını etdi, xüsusi olaraq vurğuladı ki, vacib məsələlərdən biri birgə güclü hərbi qüvvənin formalaşdırılmasıdır. Belə deyirlər, türk NATO-su. Bunun üçün də birgə hərbi təlimlərin keçirilməsi vacibdir. Orduların bütün göstəricilərinin bir araya gətirilməsi, vahid bir sistemdə olmaları lazımdır. Bunu da təlimlər yolu ilə əldə etmək olar. Azərbaycan da təlimlər üçün seçilib. Azərbaycan Prezidenti təklif etdi ki, təlimlər Azərbaycanda keçirilsin. O başqa ölkədə də keçirilə bilər. Təklif oluna bilərdi ki, məsələn, Türkiyədə keçirilsin. Bu təlimin niyə Azərbaycanda keçirilməsinin heç kəsə dəxli yoxdur. Ermənistandakı bəzi qüvvələr bundan siyasi məqsədlər üçün istifadə edirlər. Eyni zamanda bunu qabardırlar ki, guya İrana, Rusiyaya qarşıdır, guya Azərbaycan regionda müharibəyə hazırlaşır. Azərbaycan dəfələrlə bildirib ki, biz öz ərazi bütövlüyümüzü təmin etmişik, başqa dövlətlərin ərazisində gözümüz yoxdur, amma bizə qarşı hər hansı bir cəhd olarsa ona dərhal cavab verməyə hazırıq. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, hələ müharibə təhlükəsi qalır, bu müharibə təhlükəsi bizim tərəfimizdən deyil. Ermənistanda müxalifətdə və hakimiyyətdə olanlar da başa düşməlidir ki, Azərbaycan müharibə təşəbbüsü ilə heç vaxt çıxış etməyib. Bizim torpaqlarımız Ermənistan tərəfindən Rusiyanın himayəsi ilə işğal olunmuşdu. Torpaqlarımızı işğal etməyə Ermənistan təşəbbüs etmişdi, işğal altında saxladılar. Biz dəfələrlə təşəbbüs göstərdik, amma onlar sülhə gəlmirdi. 2019-2020-ci illərdə Azərbaycan dəfələrlə təklif etdi ki, gəlin bu məsələni oturub danışıqlar stolunda beynəlxalq hüquq normalarına uyğun olaraq həll edək. Ermənistanda isə əksinə, yenidən Azərbaycanın torpaqlarını işğal etmək niyyətindən çıxış edirdilər. Azərbaycana qarşı hərbi əməliyyata onlar başladı. Azərbaycan onların təxribatlarına cavab olaraq əks-hücuma keçdi. Azərbaycan yenə də həmin mövqedədir. Siz Azərbaycanın ərazi bütövlüynə qarşı hansısa addımlar atarsınıza həddən artıq sərt cavab alacaqsınız. Ona görə həm Azərbaycan ordusu, həm də Türk dünyasının birləşmiş hərbi qüvvələri güclü olmalıdır. Bunun üçün də hərbi təlimlər keçirilməlidir. Onlar çox yaxşı bilirlər ki, bu təlimlər İrana, Rusiyaya, Ermənistana qarşı yönəlməyib, sadəcə yanlış rəy yaratmağa, məsələnin mahiyyətini təhrif etməyə çalışırlar”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ