Cümə günü, 27 noyabr 2026
     

Mübariz Əhmədoğlu: "Ailəsinin mühafizəçisi olduğu üçün R.Köçəryan S.Sarkisyanı prezident təyin etdi"

Image


Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyanın kimliyi barədə diqqətçəkən açıqlamalar verdi. D.Tusk Ermənistanda olarkən prezident S.Sarkisyanla da birlikdə mətbuat konfransı keçirmişdi.
O zaman S.Sarkisyan Azərbaycan və onun Prezidentinin ünvanına hədyanlar səsləndirmişdi. S.Sarkisyan D.Tuskdan Azərbaycan haqqında səsləndirdiyi fikirlərə dəstək istəsə də, Avropa rəsmisi Ermənistan prezidentinə dəstək vermədi. Bunu "Trend"ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, S.Sarkisyan özü də etiraf etdi ki, D.Tusk onun Azərbaycan əleyhinə fikirlərinə dəstək vermədi: "Prezident İlham Əliyev D.Tuskla birlikdə keçirdiyi mətbuat konfransında S.Sarkisyanın özündən əvvəlki prezident tərəfindən təyin olunduğunu bildirdi. Bu həqiqətən belədir. S.Sarkisyan və R.Koçaryan hər ikisi Qarabağ klanının rəhbərləridir. İş elə gətirib ki, həmişə S.Sarkisyan R.Köçəryanın dalınca sürünüb. S.Sarkisyan R.Köçaryanın xidmətçisi rolunda çıxış edib. R.Köçəryana S.Sarkisyanın nəslinin kimliyi də çox yaxşı bəllidir. Ona görə S.Sarkisyan həqiqətən sədaqətli xidmətçi və mühafizəçi rolunda çıxış edə bilib. Nəticədə Dağlıq Qarabağdakı vəzifələri bir yana, S.Sarkisyan Ermənistanın daxili işlər və təhlükəsizlik naziri, sonra isə uzun müddət Ermənistanın müdafiə naziri işlədi. R.Köçəryan S.Sarkisyanı Ermənistanın Baş naziri təyin etdi".
M.Əhmədoğlu bildirib ki, Ermənistanın o zamankı prezidenti R.Köçəryanın 2008-ci ilin fevral ayında Ermənistan mətbuatına verdiyi müsahibələrin təhlili göstərir ki, Qarabağ klanının başçısı R.Köçəryan S.Sarkisyanı prezidentliyə hazırlayırdı: "Az keçmiş R.Köçəryan özü bunu açıq şəkildə elan etdi. 2008-ci il fevralın 17-də erməni jurnalistinə müsahibəsində etiraf etdi ki, son 6-7 ayda S.Sarkisyanla birlikdə onun prezidentliyə namizədliyini müzakirə ediblər. Eləcə də R.Köçəryan indiki prizmadan baxanda çox kəskin diqqətçəkən açıqlama vermişdi: "Mən öz ailəmi ancaq S.Sarkisyana etibar edə bilərəm". R.Köçəryan o zaman da bilirdi ki, cinayətkardır, özü və ailəsi gec-tez Ermənistanın daxilində müəyyən qrupların qarşısında cavab verməli olacaq. Bununla yanaşı, həm də bilirdi ki, beynəlxalq hüquq nə zamansa erməni cinayətkarlığına qarşı işə düşə bilər. Çünki Xocalı soyqırımı R.Köçəryanla S.Sarkisyanın fəaliyyətinin nəticəsidir. Ona görə ailəsini, özünü mühafizə etməkdən ötrü məhz S.Sarkisyanı prezident etdi".
Mərkəz rəhbəri sonra əlavə edib ki, S.Sarkisyan və R.Köçəryan həm də cinayətlər üzrə müttəfiq idilər: "S.Sarkisyan R.Köçəryan ağasına sədaqətlə xidmət etdi. Çünki 2008-ci il 1 mart hadisələri əslində S.Sarkisyanla R.Köçəryanın birgə cinayəti idi. S.Sarkisyan o zaman istəsə idi, ikinci tura getməklə qandan qaça bilərdi. Amma o ikinci tura razılıq vermədi və Köçəryanın martın 1-də dinc nümayişçilərə qarşı tətbiq etdiyi zorakılığı dəstəklədi. S.Sarkisyan R.Köçəryanın hansı şəraitdə əmr verdiyinin üstünü açmadı. Çünki bu məsələ açılsaydı, R.Köçəryana cinayət işi qaldırıla bilərdi. Sonradan bəlli oldu ki, məhz o zaman "antirusiya" layihələrin hamısının müəllifi R.Köçəryandır".
Politoloq vurğulayıb ki, o zaman R.Köçəryan bilirdi ki, Rusiya tərəfdən müəyyən cəzalar ala bilər: "İndi baş verənlər göstərir ki, R.Köçəryanın Rusiya ilə ciddi problemləri var. Hətta Rusiya ərazisinə qədəm qoya bilmir. Bütün bunlara baxmayaraq, S.Sarkisyan onu möhkəmcə müdafiə edir. R.Köçəryan və S.Sarkisyanın birgə antirusiya fəaliyyəti ilə bağlı digər bir misal. S.Sarkisyan müdafiə naziri işləyərkən Moskva ətrafında (Podmoskovye) xeyli mülkləri, zavodları var idi. O zavodlardan əldə olunan gəlir hesabına Ermənistanın Müdafiə Nazirliyi büdcədən kənar maliyyə əldə edirdi. R.Köçəryanla məsləhətləşdikdən sonra S.Sarkisyan Rusiya ərazisindəki mülklərini satıb tədricən ABŞ ərazisində mülk aldı. ABŞ-da S.Sarkisyanın külli miqdarda mülkü var. Mülk ABŞ-ın mənzil fondundadır və bu mülkləri S.Sarkisyanın qardaşı Saşik Sarkisyan idarə edir".
M.Əhmədoğlunun qənaətincə, S.Sarkisyanın demokratiyası da özünəməxsus demokratiyadır: "Evinin qarşısında nümayişçiləri yanına çağırır və təhqir edir ki, mən sizin prezidentinizəm. Bu o deməkdir ki, mən yatmamalıyam, siz kimsiniz və s. 1 mart hadisələri Ermənistanda demokratiyanın keyfiyyətinin ən bariz nümunəsidir. S.Sarkisyan, eləcə də R.Köçəryan dövründə də heç bir seçki qansız ötüşməyib. Demokratik görüntü S.Sarkisyana iki məsələyə görə lazımdır: 1. Azərbaycana qarşı mübarizə aparmaq üçün Avropadakı, ABŞ-dakı müəyyən dairələri cəlb etməkdən ötrü hökmən demokratik görünməlidir. 2. Demokratiya kasıb Ermənistanın pul mənbələrindən biridir. Aİ demokratiya adı ilə hər il Ermənistana 50-60 milyon avro qrant ayırır".




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ