Bazar günü günü, 18 oktyabr 2026
     

Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

Image


Son illər Azərbaycanın müxtəlif bölgələrində keçirilən beynəlxalq tədbirlər təkcə ölkənin iqtisadi və siyasi nüfuzunun güclənməsinə deyil, həm də milli mədəniyyətin dünyada təbliğinə mühüm töhfə verməkdədir. Azərbaycanın zəngin tarixi, çoxəsrlik mədəni irsi, xalq yaradıcılığı, incəsənəti və adət-ənənələri bu tədbirlər vasitəsilə həm yerli, həm də beynəlxalq səviyyədə geniş auditoriyaya çatdırılır.

Bu, ölkənin “yumşaq güc” siyasətinin ən effektiv istiqamətlərindən biridir və Azərbaycanın mədəni diplomatiyasını daha da gücləndirir.

Azərbaycanın beynəlxalq miqyaslı mədəni diplomatiyası

Beynəlxalq tədbirlərin regionlarda keçirilməsi, ilk növbədə, mədəni irsin canlı təbliği baxımından mühüm platforma yaradır. Şuşa, Şəki, Qəbələ, Gəncə, Naxçıvan, Lənkəran, Quba kimi şəhərlərdə baş tutan festival, sərgi, musiqi yarışmaları, teatr günləri və folklor tədbirləri Azərbaycanın mədəni zənginliyini nümayiş etdirmək üçün ideal məkandır. Məsələn, Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalı həm Qarabağın azad olunmuş torpaqlarında həyatın bərpasını simvolizə edir, həm də milli musiqimizin, muğam sənətimizin, xalq yaradıcılığımızın beynəlxalq aləmdə təbliğinə mühüm töhfə verir.

Bu tədbirlər zamanı müxtəlif ölkələrdən gələn sənətçilər, jurnalistlər və qonaqlar Azərbaycan mədəniyyətini yaxından tanımaq imkanı qazanırlar. Onlar həm milli musiqi, rəqs, teatr sənətini, həm də milli geyimlərimizi, mətbəximizi, xalq sənətkarlığını yerindəcə görürlər. Beləliklə, Azərbaycan mədəniyyəti haqqında dünyada daha obyektiv və pozitiv təsəvvür formalaşır. Türk Dövlətləri Təşkilatının Qəbələdə XII Zirvə Görüşünə həm də bu prizmadan yanaşmaq mümkündür. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri yalnız siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsi baxımından deyil, həm də türk dünyasının ortaq mədəniyyətinin təbliği və qorunması istiqamətində mühüm əhəmiyyət daşıyır. Bu görüşlər türk xalqları arasında tarixi, dil, ədəbiyyat, musiqi, adət-ənənə və mədəni dəyərlər baxımından birliyi gücləndirən geniş platforma rolunu oynayır. Zirvə toplantıları türk mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsinə və ümumtürk kimliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu kontekstdə Azərbaycanın iştirakı və təşəbbüskarlığı xüsusilə diqqətəlayiqdir. Zirvə toplantıları həm ölkəmizin zəngin mədəni irsinin təqdim olunması, həm də türk dünyasında Azərbaycan mədəniyyətinin tanıdılması baxımından mühüm platforma rolunu oynayır. Azərbaycanın qurum çərçivəsində həyata keçirdiyi mədəni təşəbbüslər ölkənin yumşaq güc siyasətinin əsas sütunlarından biridir. Zirvə görüşlərində Azərbaycan mədəniyyətinin nümayişi, milli musiqi, incəsənət, folklor, ədəbiyyat və ənənəvi sənət növlərinin təqdimatı türk xalqları arasında mədəni inteqrasiyanı dərinləşdirməklə yanaşı, Azərbaycanın tarixi irsini də ön plana çıxarır. Məsələn, 2021-ci ildə İstanbulda keçirilən Zirvə Görüşündə Qarabağ Zəfərinin mədəni-siyasi simvolu kimi təqdim olunan Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycanın mədəni diplomatiyasının mühüm uğuru oldu. Bu qərar yalnız simvolik məna daşımırdı – Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalı, “Vaqif Poeziya Günləri”, türk ölkələrinin mədəniyyət nümayəndələrinin iştirakı ilə baş tutan sənət tədbirləri Azərbaycanın zəngin musiqi və ədəbiyyat irsinin bütün türk dünyasına, ümumən beynəlxalq ictimaiyyətə tanıdılmasına yeni şərait yaratdı. Beləliklə, Zirvə görüşlərinin siyasi gündəliyi ilə yanaşı, Azərbaycanın mədəni diplomatiyası da beynəlxalq miqyasda formalaşmış oldu. Zirvə toplantıları zamanı Azərbaycan mədəniyyətinin təbliği çoxşaxəli istiqamətlərdə aparılır. Bu, ilk növbədə incəsənət və musiqi vasitəsilə həyata keçirilir. Muğam, aşıq sənəti, xalq rəqsləri, milli geyim və dekorativ-tətbiqi sənət nümunələri zirvələr çərçivəsində keçirilən mədəni proqramlarda daim xüsusi yer tutur. Bu, Azərbaycan musiqi məktəbinin və xalq yaradıcılığının türk xalqları arasında ortaq dəyərlər sistemi daxilində tanıdılmasına imkan verir.

Azərbaycan bölgələrinin mədəni müxtəliflik və yaradıcı potensialı dünyaya təqdim olunur

Eyni zamanda, zirvə görüşləri Azərbaycan dilinin, ədəbiyyatının və klassik irsinin tanıdılması üçün də unikal fürsət yaradır. Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri həmçinin Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə qorunması və tanıdılması üçün real mexanizmə çevrilib. Zirvələrdə qəbul olunan qərarlar nəticəsində Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi qurumlarla Azərbaycan arasında əməkdaşlıq genişlənib. Bu qurumların təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Şuşada keçirilən sərgilər və konfranslar vasitəsilə Azərbaycanın xalçaçılıq, musiqi, memarlıq, ədəbiyyat və teatr sahəsindəki irsi türk dünyasında daha geniş tanınmağa başlayıb.

Mədəni təbliğin ən güclü vasitələrindən biri də mədəniyyətlərarası dialoq və mədəni paytaxt proqramlarıdır. Şuşa, Naxçıvan və Şəki kimi şəhərlərin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Azərbaycanın müxtəlif bölgələrinin mədəni müxtəlifliyini və yaradıcı potensialını göstərmək baxımından mühüm hadisədir. Bu şəhərlərdə təşkil olunan türk ölkələrinin sənət həftələri, kinofestivallar, folklor tədbirləri və ustad dərsləri Azərbaycan mədəniyyətini regionun aparıcı mədəni mərkəzlərindən birinə çevirmişdir. Zirvə görüşləri həm də Azərbaycanın multikultural dəyərlərinin təbliği baxımından mühüm rola malikdir. Azərbaycanın çoxmillətli mədəni irsi – yəhudi, rus, talış, ləzgi, avar və digər xalqların mədəniyyətinin ümumtürk kontekstində təqdimatı ölkəmizin tolerantlıq modelinin dünyaya tanıdılmasına xidmət edir. Bu, həm də Türk dünyasının ortaq dəyərləri ilə Azərbaycan multikulturalizmi arasında körpü yaradır. Ümumiyyətlə, beynəlxalq tədbirlər vasitəsilə Azərbaycanın milli dəyərləri müasir təqdimat formasında dünyaya çatdırılır. Rəqəmsal texnologiyaların, müasir incəsənət nümunələrinin tədbirlərdə tətbiqi milli irsin yeni formatda təbliğini mümkün edir. Bu, gənc auditoriyanın diqqətini cəlb edir və mədəniyyətin zamanla ayaqlaşmasına şərait yaradır. Bütün bu proseslər nəticəsində Azərbaycan mədəniyyəti yalnız qorunan deyil, həm də qlobal səviyyədə tanınan bir irsə çevrilir. Hər bir regionda keçirilən beynəlxalq tədbir həm milli qürurun təzahürü, həm də mədəni diplomatiyanın canlı nümunəsidir. Beləliklə, beynəlxalq tədbirlərin regionlarda keçirilməsi Azərbaycanın mədəniyyətinin təbliği baxımından çoxşaxəli əhəmiyyət daşıyır. Bu tədbirlər ölkənin tarixi irsini dünyaya tanıdır, gənclərin milli ruhda formalaşmasına xidmət edir, multikultural dəyərləri möhkəmləndirir və Azərbaycan mədəniyyətini beynəlxalq səviyyəyə çıxarır. Regionlarda mədəni tədbirlərin artması Azərbaycanın həm mədəni, həm də diplomatik gücünün daha da möhkəmlənməsinə səbəb olur. Azərbaycanın zəngin mədəniyyəti bu tədbirlər sayəsində təkcə regionların deyil, bütövlükdə dünyanın diqqət mərkəzinə çevrilir. Türk Dövlətləri Təşkilatının Qəbələdə XII Zirvə Görüşü bunun faktiki təsdiqidir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ