Bunu istəyirdiniz? Humanitar donanmanın lazımi müdafiəsini qurmadan "Sumud"u avantüristcəsinə Qəzzaya göndərənlər öz məsuliyyətlərini anlayırlarmı? İsrail əsgərləri "Sumud" donanmasında olan könüllülərin, o cümlədən türk vətəndaşlarının əllərini bağlayıb təhqiramiz şəkildə Misirin 30-40 kilometrliyində Nəcəf çölündəki həbsxanaya doldurublar...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Elə etmək olardı ki, İsrail ordusu buna cəsarət edə bilməzdi... Ancaq etdi… Çünki “Sumud”un təşkilatçıları avantürist və anarxist kimi davrandılar... və dil pəhləvanlığından uzağa gedə bilmədilər… Bu da nəticə... Təbii ki, İsrail bu fədakar könüllü Qəzza təəssübkeşlərini həbsdə çox saxlaya bilməyəcək. Onları tezliklə azad buraxmağa məcburdur...
Ancaq bu böyük əməliyyatı tam düşünülməmiş həyata keçirmək xeyirdən çox ziyan vurdu...
Tahir TAĞIYEV