Bazar günü günü, 18 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Vüqar Rəhimzadə: Kopenhagen görüşləri Azərbaycanın qlobal siyasətdə artan rolunun və ölkə Prezidentinin böyük nüfuzunun göstəricisidir
Tarix: 04.10.2025 / 17:59
Bölmə: Siyasət
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Təkcə son aylarda qarşılıqlı səfərlərin dinamikliyinə, dövlət başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibinə diqqət yetirsək, ölkəmizin dünyada nüfuzunun daha da artdığını aydın şəkildə görərik. Açıq və çoxşaxəli xarici siyasət kursu həyata keçirən Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirməklə yanaşı, yeni dostlar qazanır, əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Bütün bunlar düşünülmüş və gələcəyə hesablanmış siyasətimizin uğurlarıdır. Azərbaycan hər zaman sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışları ilə diqqətdədir. Prezident İlham Əliyevin oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması olan "Avropa Siyasi Birliyi"nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bu çağırışların hər biri Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Hazırkı dövrdə yeni dünya nizamının formalaşdığını da nəzərə alsaq ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin, hadisələrə praqmatik yanaşmasının həm region, həm də dünya üçün nə qədər önəmli olduğunu görə bilərik. Dövlət başçısı İlham Əliyevin Zirvə toplantısı çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərdə də əsas diqqət göstərilən məsələ Azərbaycanın sülh gündəliyinin müəllifi kimi atdığı real addımlar, Vaşinqton razılaşmalarının əldə edilməsinə gedən yol, ən əsası dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi ilə regionda, dünya siyasətində yeniliklər oldu. Ədalətli dünyanın formalaşması bütün dövrlər üçün Azərbaycanın əsas çağırışı olub. Bu gün ölkəmizin qlobal problemlərin həllinə davamlı töhfələri də özündə mühüm məqamları ehtiva edir. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan daim ölkələr, xalqlar arasında dostluq körpüsü yaratmağını şərtləndirir. Dövlətimizin xarici siyasətində Avropa təşkilatları, dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. 2022-ci ildən başlayaraq keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə toplantılarının hər birinə dövlətimizin başçısı İlham Əliyevin dəvət edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerinin, qlobal siyasi proseslərdə artan rolunun və ölkə Prezidentinin böyük nüfuzunun, Ona olan hörmət və ehtiramın göstəricisidir. Prezident İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış mərasimində, həmçinin plenar sessiyada iştirak etdi. "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının iştirakçılarının say tərkibi tədbirin əhəmiyyətini, burada müzakirə olunan məsələlərin aktuallığını təsdiqlədi. Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak etdilər. Plenar iclaslarda və ondan sonra keçirilən dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olundu. Dövlətimizin başçısı Zirvə toplantısı çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında Moldova Respublikasının Prezidenti Maya Sandu, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər. Vüqar Rəhimzadə vurğulayıb ki, görüşlərdə diqqət göstərilən məsələrdən biri də dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın verdiyi töhfələr oldu. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini dəyişdiyi, həm iştirakçı, həm də digər ölkələrin dayanıqlı iqtisadi inkişafına geniş imkanlar yaratdığı diqqətə çatdırıldı. Hazırda Azərbaycanın 14 ölkəyə qaz ixrac etməsi əməkdaşlığın coğrafiyasının genişlənməsində nə qədər maraqlı olduğunun göstəricisi kimi önə çəkildi. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazını alır. Bu, Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfədir. Dövlətimizin başçısı keçirilən görüşlərdə Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən də danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirdi. Azərbaycan- Avropa İttifaqı əlaqələrinin inkişafı üçün geniş imkanların mövcudluğu qeyd edildi. Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin dünyada yüksək nüfuzu, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti, tam iqtisadi və siyasi müstəqilliyi, təkmil inkişaf modeli beynəlxalq aləmdə mövqeyinin günbəgün möhəmlənməsini şərtləndirir. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycanın dünyada söz sahibliyinin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin istər BMT Baş Assambleyasının 80-cı sessiyası, istərsə də "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində ABŞ-da və Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirdiyi çoxsaylı görüşlərdə səsləndirdiyi çağırışlar yeni dünya nizamı üçün böyük əhəmiyyət kəsb edir. Bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında qurulan əlaqələrin böyük gələcəyə malik olduğu həmin görüşlərin əsas hədəfi oldu.
DİGƏR XƏBƏRLƏR
Tarix: 17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
Tarix: 17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub
- VİDEO
Tarix: 17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı
- FOTO/VİDEO
Tarix: 17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı
Tarix: 17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…
Tarix: 16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı:
Fransanın insan haqları siyasəti ifşa olundu...
Tarix: 16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...
Tarix: 16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...
Tarix: 16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...
Tarix: 16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...
Tarix: 16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik
- Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...
Tarix: 16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə
- Azərbaycanın yeni düsturu...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...
Tarix: 15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır
Tarix: 15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...
SON XƏBƏRLƏR
17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə
- MDU rektoru Anar Eminov yazır...
17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi
– bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…
17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…
17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi
17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…
17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi
- ölü kimi görünmək istəmirəm…
17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası
- iki nəfər ölüb, üç nəfər xəsarət alıb...
17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub
- VİDEO
17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…
17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı
- FOTO/VİDEO
17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr
- siyahı açıqlandı...
17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı
17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı
17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh
17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…
17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı -
Keti ilk çıxışında “özünü yandırdı”…
16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı:
Fransanın insan haqları siyasəti ifşa olundu...
16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...
16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...
16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...
16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...
16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik
- Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...
16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə
- Azərbaycanın yeni düsturu...
16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...
16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib!
- VİDEO
16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb
16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...
16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...
16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...
16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi
16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...
16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi
16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı
16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür -
Ukrayna nə bədəl ödəyə bilər?..
16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır -
Vüqar Rəhimzadə
16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...
16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir...
9.5 ton...
16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı
16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü -
lisenziyası yoxmuş…
16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər -
diqqət mərkəzində Fidan və Kalın...
16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır
16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
- FOTO
16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü –
ermənilər hicabı sevir?..
16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə -
niyə?..
16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir -
dron və raketlər yarıyolda düşə bilər...
16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib
16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya:
Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs
16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib
- FOTO
16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib
16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
- FOTO
16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi
16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir
16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"
16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi
– rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…
16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"
16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi
16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı
16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı
16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu
16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı -
meymunçiçəyi…
16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı
15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı
- ABŞ və İranın bir neçə həftə vaxtı var…
15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı
– Putinə də belə çağırış edibsinizmi…
15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)
15.10.2026 / 22:11
Təsadüf - zərurət
15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb
15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...
15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb
- Regional təhlükə...
15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir
15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir
15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...
15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...
15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
XƏBƏR ARXİVİ