Ermənistanla Azərbaycan arasında dəmir yolu xəttinin inşası azı iki il davam edə bilər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu barədə Polşa TVP World kanalına müsahibəsində deyib.
“Dəmir yolu əlaqələrinə gəldikdə, ekspertlərin hesablamalarına görə, tikinti işləri azı iki il çəkə bilər. İrəvan Ermənistan və Azərbaycan arasında bu əlaqənin tezliklə qurulması, açılması və bərpasında çox maraqlıdır, çünki biz bundan əsas fayda götürən dövlətlərdən biri olacağıq. Biz, həmçinin yüklərin göndərilməsi və qəbulu üçün Azərbaycanın ərazisindən və infrastrukturundan istifadə edə bilərik,” — deyə nazir vurğulayıb.
O, Azərbaycanla sülh sazişinin mətni artıq paraflandığını xatırladıb və Ermənistan tərəfinin bu sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu vurğulayıb.
ZÜMRÜD