ABŞ prezidenti Donald Tramp kəşfiyyat xidmətləri və Pentaqona Rusiya ərazisinin dərinliklərinə hücumlar təşkil etmək üçün Ukraynanı lazımi məlumatlarla təmin etməyə icazə verib.
“Wall Street Journal”ın məlumatına görə, Vaşinqton həmçinin NATO-dakı müttəfiqlərindən də analoji addımı atmasını tələb edir. Bildirilir ki, ABŞ hazırda Kiyevi 800 kilometrlik “Tomahawk” və “Barakuda” kimi Amerika raketləri ilə təchiz etməyi nəzərdən keçirir.
Bildirilir ki, əsas potensial hədəflər isə Rusiyanın enerji infrastrukturu ola bilər. Lakin Zelenski ABŞ uzaqmənzilli silahlar verəcəyi təqdirdə onlardan Kreml rəsmilərinə qarşı istifadə oluna biləcəyini deyir. Kremlin sözçüsü Dmitri Peskov isə, bu cür icazələrin siyasi problemin həlli səylərinə zidd olduğunu və Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə etibarlı şəkildə qorunduğunu vurğulayıb.
TAHİR