Bazar ertəsi günü, 17 avqust 2026
     

“Qəzza qırğınlarında Türkiyə vətəndaşları iştirak edib” - dəhşətli iddia...

Image


Türkiyənin Haber Global televiziya kanalında gedən verilişlərdən birində məlumat verilib ki, İsrail ordusunda qəzzalılara qarşı vuruşan Türkiyə vətəndaşları var və olub. Yəni Qəzzada soyqırım əməliyyatları aparan İsrail ordusunda könüllü Türkiyə vətəndaşları da iştirak ediblər.

Sözügedən kanala görə, hətta bir qadın türk könüllüsünün sosial şəbəkə hesabında bununla bağlı status da paylaşılıb. Könüllü türk əsgər qadın sosial şəbəkə hesabında yazıb ki, Qəzzada biz özümüz üçün "qırmızı xətt" çəkdikmişdik və həmin xətti bilmədən keçən qəzzalı sivilləri bir-bir vururduq. “O sivil qəzzalı hardan biləydi ki, orda "qırmızı xətt" var, o xətti keçmək olmaz, bu xətti biz bilirdik, onlar bilmirdilər”-deyə paylaşımda bildirilib. Bu məsələ böyük qalmaqal yaradıb və bununla əlaqədar Türkiyədə dövlət səviyyəsində bir araşdırma gedir ki, Qəzzada qəzzalılara qarşı İsrailin tərəfində könüllü muzdlu kimi döyüşən türk vətəndaşları kimlər olub. Onların kimliyi araşdırılır.

Aydın Quliyev: “Türkiyəyə qarşı çox dərin düşünülmüş bir kompromat ssenarisi ortadadır”

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz facebook hesabında bu məsələ barədə “Qəzzadakı soyqırımlarda Türkiyə vətəndaşlarının da könüllü iştirak iddiası çıxdı...” başlıqlı maraqlı paylaşım edib.

A.Quliyev yazır:“Türkiyə TV-ləri dəhşətli xəbər yaydı - Qəzzada soyqırım əməliyyatları aparan İsrail ordusunda könüllü Türkiyə vətəndaşları da iştirak ediblər. Hətta bir qadın türk könüllüsünün sosial şəbəkə hesabında yazdığı status da paylaşılıb. Könüllü türk qadın Qəzzada öz düşüncələrinə uyğun "qırmızı xətt çəkdiklərini və həmin xətti bilmədən keçən qəzzalı sivilləri bir-bir qətl etdiklərini bildirir...Dəhşət....Bu nədir?

Həqiqətdirsə, Türkiyə dövlətinin “soyqırım ittihamı” ilə etiraz etdiyi Qəzza müharibəsinə Türk vətəndaşları hansı məntiqlə və hansı maraqla qoşulublar??? Yalandırsa, Türkiyəyə qarşı çox dərin düşünülmüş bir kompromat ssenarisi ortadadır.

Həm də bu olayın Trampın 20 maddəlik hələ mübahisəli qarşılanan Qəzza həll planı ilə eyni vaxtda açıqlanması təsadüfdürmü???

Qardaş ölkənin xüsusi xidmət və hüquq-mühafizə orqanları üçün çox gərgin bir araşdırma sırası gəlib...

Görək, ortaya daha nələr çıxacaq...”

Azər Həsrət: “...Bu məsələyə bir aydınlıq gətirilməlidir”

Siyasi şərhçi Azər Həsrət yayılan məlumatla bağlı “Bakı-Xəbər”ə bildirdi ki, bu müharibədir və əlbəttə, müharibədə yazılan və yazılmayan qanunlar var. “Müharibəni dövlətlər aparır, dövlətlərin əsgərləri bu müharibədə iştirak edir, eyni zamanda belə vəziyyətlərdən sui-istifadə edən qüvvələr də öz əməllərindən qalımırlar. Qardaş Türkiyənin Qəzza müharibəsinə münasibəti hamımıza bəllidir. Yəni Türkiyə birmənalı şəkildə Qəzza ərəblərinin yanındadır, İsrailə qarşıdır. Bu, dövlətin mövqeyidir. Amma əlbəttə ki, 85 milyon insanın, yəni Türkiyə xalqının hamısı birmənalı şəkildə bu mövqeyi dəstəkləmir. Dəstəkləməsi də mümkün deyil. Çünki Türkiyə daxildə siyasi cəhətdən çox rəngarəngdir, fərqli mövqelər həddən artıq çoxdur. İsrailə müsbət yanaşanlar da az deyil. Baxmayaraq ki, hakimiyyət İsrailə qarşı sərt münasibət sərgiləyir, hətta deyərdim, vəzifə başında olan, yaxud da bu və digər şəkildə səlahiyyət sahibi olan adamların arasında da yəqin ki, İsrailə rəğbət bəsləyən az deyil. Yəni insanların fərqli düşünmə haqqı var və heç kim də onları fərqli düşünməkdən çəkindirə bilməz. Hətta görünür iş o həddə qədər gedib çata bilib ki, insanların bəziləri gedib könüllü şəkildə İsrail tərəfindən döyüşən orduya yazılıblar və Qəzzaya, daha dəqiq desək, HƏMAS-a qarşı müharibədə iştirak ediblər, bəlkə də edirlər. Biz onların sayı barədə heç nə deyə bilmərik. Amma ən azından mümkündür ki, bir neçə nəfər, hətta onlarla, yüzlərlə şəxs gedib orda HƏMAS-a qarşı vuruşsun. HƏMAS bir terror təşkilatıdır. Bunu biz Azərbaycanda çox gözəl bilirik, dünya da bunu belə qəbul edir. Yəqin ki, Türkiyə vətəndaşları arasında da bu gerçəyi bilənlər az deyil. Yəni onlar da haqqın-ədalətin yanında olduqlarını düşünərək İsrail ordusuna qoşulub HƏMAS-a qarşı müharibədə iştirak ediblər. Yəni belə şeylər mümkündür. Ona görə də düşünürəm ki, qardaş ölkədə bəzən Azərbaycanı İsrailə münasibətinə görə ittiham edənlər indi məsələlərə bu istiqamətdən baxsınlar”.

A.Həsrət qeyd etdi ki, Türkiyənin özü İsrailə qarşıdır, amma vətəndaşı gedib İsrail ordusunun tərkibində HƏMAS-a qarşı vuruşur. “Yəni Türkiyədə bu məsələyə bir aydınlıq gətirilməlidir. Sual verilməlidir ki, necə olur bizim dövlətimiz İsrailə qarşıdır, amma vətəndaşımız gedib İsrailin tərəfində HƏMAS-a qarşı vuruşur? Bəlkə nəsə yerində deyil? Bəlkə də Türkiyə o məsələyə münasibətdə ümumiyyətlə ən doğru strategiyanı seçməyib və vətəndaş da düşünür ki, dövlətim düz etmir, doğru olanı özüm edəcəyəm? Yəni belə şeylər var. Ona görə də istərdik ki, Türkiyədə yatıb-qalxıb Azərbaycana hücum edənlər bir də məsələlərin bu yönünü diqqətə alsınlar. Yəni Azərbaycan şükürlər olsun, gedib İsrailin tərəfində Qəzzaya, HƏMAS-a qarşı vuruşmur. Bir nəfər azərbaycanlı belə orda yoxdur. Buna şübhə yaradacaq heç bir informasiyaya rast gəlməmişik”-deyə A.Həsrət bildirdi.

Leyla QARAXANLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ