ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəs ssenarilərinin müzakirəsi fonunda bütün dünyanı narahat edəcək açıqlama verib.
Son zamanlar Rusiya tərəfindən təhdid edildiklərini açıqlayan Tramp, Rusiya sahillərinə nüvə sualtı qayıqları göndərdiyini deyib: "Son vaxtlar Rusiya tərəfindən təhdid olunduq. Mən də Rusiya sahillərinə bir-iki nüvə sualtı qayığı göndərdim. Bunun harada olduğunu heç kim öyrənə bilməz. Bu, əlimizdə olan ən öldürücü silahlardan biridir. Rusiyaya yönələ bilər, ona görə də çox diqqətli olmalıdırlar.
Biz sualtı qayıq sahəsində Rusiya və Çini təxminən 25 il qabaqlayırıq. Bizim sualtı qayıqlarımız sadəcə pusqudadır, amma əminəm ki, onlardan istifadə etmək məcburiyyətində qalmayacağıq”.
Təhdidlərin ardından Rusiyaya gözdağı verən Tramp deyib: "Əgər onlardan istifadə etməli olsaq, hamıdan çox nüvə silahımız var, amma bu barədə düşünmək istəmirik. Nüvə silahlarından sonra geridə qalanları görəndə heç vaxt onlardan istifadə etmək istəmirsən. Nüvə silahlarından istifadə edilirsə, bizim hamımızdan daha çox nüvə silahımız var”.
Tramp Putini müharibəni dayandırmadığı üçün tənqid edib: “Mən düşünürdüm ki, Putini Rusiya-Ukrayna müharibəsi ilə bağlı razı sala bilərəm. O, indiyə qədər qarşılaşdığım ən son liderdir. Mən bir çox ölkədə münaqişələrə son qoyuram. Əgər bu, işə yarayarsa, bu, mənim bitirdiyim səkkizinci müharibə olacaq".
Putinin onu məyus etdiyini deyən Tramp bildirib ki, o, müharibəni bir həftəyə bitirməli idi: “Ona dedim ki, yaxşı görünmürsən. Bir həftədə bitməsi gərəkən müharibəni dörd ildir davam etdirirsən. Sən “Kağız Pələngsən?"
TAHİR