Rusiya Xarici Kəşfiyyat Xidməti Ukraynanın Polşada Moskvaya qarşı təxribat planlaşdırdığını iddia edib və Polşanə hədələyib.
"Kiyev yeni, səs-küylü təxribat hazırlayır. Əldə edilən məlumatlara görə, Kiyev rəhbərliyi Polşa və Rumıniyada pilotsuz təyyarələrlə həyata keçirdiyi təxribatlardan sonra NATO ölkələrini Moskva ilə silahlı münaqişəyə cəlb etmək cəhdlərini davam etdirir.
Bu dəfə Rusiya və Belarus əsgərlərindən ibarət təxribat-kəşfiyyat qrupunun Polşaya göndərilməsi planlaşdırılır. Kiyev bu təxribatla Avropa ölkələrini Rusiyaya güclə sərt cavab verməyə sövq etməyi hədəfləyir” - deyə Rusiya kəşfiyyatının açıqlamasında bildirilir.
Təxribat ssenarisinin Ukrayna və Polşa kəşfiyyatı tərəfindən hazırlandığını iddia edən açıqlamada, Varşava açıq aşkar müharibə ilə təhdid edilir. Qeyd edilir ki, Rusiya tərəfindən Polşanın kritik infrastruktur obyektlərinə zərbələr endirilə bilər.
TAHİR