Bazar günü günü, 18 oktyabr 2026
     

Azərbaycan və İtaliya Qafqazı Avropa ilə bağlayan əsas halqalar olduqlarını bir daha göstərir...

Image


Cənubi Qafqazın ən güclü dövləti, siyasi, iqtisadi və güc mərkəzi olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. İtaliya ilə münasibətlərin inkişaf dinamikası olduqca yüksəkdir və ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Bunlar founda İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycanda rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır.

Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı5 və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir. Qeyd edək ki, Azərbaycan–İtaliya diplomatik münasibətləri 1992-ci ildə qurulub. İlk illərdən etibarən tərəflər qarşılıqlı etimad və hörmət əsasında əlaqələr formalaşdırıblar. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biridir. Ötən müddət ərzində ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı səfərlər həyata keçirilmiş, siyasi dialoq dərinləşib. Siyasi əlaqələrdə ən mühüm hadisələrdən biri 2020-ci ildə Azərbaycan və İtaliya arasında imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” olub. Bu sənəd iki ölkənin münasibətlərini daha da möhkəmləndirib və əməkdaşlıq üçün yeni istiqamətlər açıb. İtaliya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq hüquqa əsaslanan mövqe sərgiləyib. Azərbaycan prezidenti və İtaliya rəhbərlərinin qarşılıqlı səfərləri də münasibətlərin inkişafına güclü təkan verib. Azərbaycan–İtaliya münasibətlərində enerji sektoru xüsusi əhəmiyyət daşıyır. İtaliya uzun illərdir ki, Azərbaycanın əsas neft ixracatçılarından biridir. Bakı–Tiflis–Ceyhan kəməri vasitəsilə Azərbaycan nefti Aralıq dənizi limanlarına, oradan isə İtaliya bazarına çıxarılır. Bununla yanaşı, “Transadriatik” qaz kəməri (TAP) layihəsi iki ölkənin strateji əməkdaşlığının parlaq nümunəsidir. 2020-ci ildən etibarən TAP vasitəsilə Azərbaycan qazı İtaliya bazarına daxil olur və bu, İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Beləliklə, Azərbaycan İtaliyanın enerji şaxələndirməsində strateji tərəfdaş mövqeyi qazanıb. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Statistik göstəricilərə əsasən, Azərbaycan–İtaliya ticarət dövriyyəsi ümumi xarici ticarət dövriyyəsinin böyük hissəsini təşkil edir. İtaliya şirkətləri Azərbaycanda, xüsusilə energetika və infrastruktur sahələrində fəal iştirak edirlər. SOCAR ilə İtaliyanın enerji şirkətləri arasında əməkdaşlıq layihələri bu əlaqələrin iqtisadi mahiyyətini daha da gücləndirir. 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpasında İtaliya xüsusi fəallıq göstərən ölkələrdən biridir. Bir sıra İtaliya şirkətləri Qarabağda infrastruktur layihələrinə cəlb olunub. Bu, yalnız iqtisadi deyil, həm də siyasi baxımdan iki ölkənin yaxınlığını nümayiş etdirir. Azərbaycanın yeni reallıqları fonunda İtaliya şirkətlərinin iştirakı həm də Avropanın Cənubi Qafqazda maraqlarının təmin olunmasına xidmət edir.

Azərbaycan–İtaliya münasibətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Təhsil və mədəniyyət mübadiləsi də mühüm yer tutur. 2012-ci ildə Romada fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırır. Müxtəlif mədəniyyət günləri, sərgilər və musiqi festivalları keçirilir. İtaliyanın musiqi və incəsənət ənənələri Azərbaycanda böyük maraqla qarşılanır. Eyni zamanda, Azərbaycan mədəniyyəti də İtaliyada geniş şəkildə təbliğ olunur. Təhsil sahəsində isə İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı artır, ikitərəfli təqaüd proqramları həyata keçirilir. Azərbaycan və İtaliya beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına dəstək göstərir. Azərbaycan isə Aralıq dənizi regionunda İtaliyanın təşəbbüslərini dəstəkləyir. Hər iki dövlət beynəlxalq təhlükəsizlik, terrorizmlə mübarizə, iqlim dəyişikliyi və digər qlobal məsələlərdə oxşar mövqedən çıxış edir. İki ölkə arasında humanitar sahədə də səmərəli əməkdaşlıq mövcuddur. İtaliyada keçirilən beynəlxalq sərgilərdə Azərbaycan mədəniyyəti təqdim edilir, incəsənət nümunələri nümayiş olunur. Eyni zamanda, Azərbaycan müxtəlif beynəlxalq humanitar forumlarda İtaliyanın fəallığını dəstəkləyir. Bu sahədə əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir.Azərbaycan–İtaliya münasibətlərinin inkişaf perspektivləri olduqca genişdir. Enerji əməkdaşlığının davamı ilə yanaşı, qeyri-neft sektorunda da birgə layihələrin həyata keçirilməsi vacibdir. Xüsusilə kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, Avropa İttifaqı–Azərbaycan əlaqələrinin dərinləşməsi prosesində İtaliyanın körpü rolunu oynaması gələcəkdə daha da aktuallaşacaq. Çağırışlar isə əsasən qlobal enerji bazarındakı qeyri-sabitlik və geosiyasi gərginliklərlə bağlıdır. Lakin möhkəm təməl üzərində qurulan strateji tərəfdaşlıq münasibətləri bu çətinliklərin öhdəsindən gəlmək üçün geniş imkanlar yaradır. Hazırda Azərbaycan regionun lider dövləti, əsas söz sahibi kimi böyük bir tarixi vəzifəni – Şərqlə Qərbi, Şimalla Cənubu siyasi-iqtisadi, logistik və humanitar sahələrdə yaxınlaşdırmaq, qlobal əməkdaşlığı hamı üçün faydalı məcraya yönləndirmək missiyasını üzərinə götürüb. Bu fonda Azərbaycanın İtaliya ilə əməkdaşlığı isə qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasi¬bətlərin necə qurulmalı olduğunun nümunəsi kimi diqqət çəkir. Beləliklə, Azərbaycan–İtaliya tərəfdaşlığı həm ikitərəfli, həm də regional və qlobal miqyasda əhəmiyyətli dəyər daşıyır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ