"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz facebook hesabında maraqlı paylaşım edib.
A.Quliyev yazır:
"Türkiyə TV- ləri dəhşətli xəbər yaydı - Qəzzada soyqırım əməliyyatları aparan İsrail ordusunda könüllü Türkiyə vətəndaşları da iştirak ediblər. Hətta bir qadın türk könüllüsünün sosial şəbəkə hesabında yazdığı status da paylaşılıb.Könüllü türk qadın Qəzzada öz düşüncələrinə uyğun " qırmızı xətt çəkdiklərini və həmin xətti bilmədən keçən Qəzzalı sivilləri bir- bir qətl etdiklərini bildirir...Dəhşət....Bu nədir?
Həqiqətdirsə, Türkiyə dövlətinin "soyqırım ittihamı" ilə etiraz etdiyi Qəzza müharibəsinə Türk vətəndaşları hansı məntiqlə və hansı maraqla qoşulublar???? Yakandırsa, Türkiyəyə qarşı çox dərin düşünülmüş bir kompramat ssenarisi ortadadır.
Həm də bu olayın Trampın 20 maddəlik hələ mübahisəli qarşılanan Qəzza həll planı ilə eyni vaxtda açıqlanması təsadüfdürmü?????
Qardaş ölkənin xüsusi xidmət və hüquq mühafizə orqanları üçün çox gərgin bir araşdırma sırası gəlib...
Görək, ortaya daha nələr çıxacaq..."
Mətləb