Bazar günü günü, 18 oktyabr 2026
     

Paşinyanın BMT-də "azadlıqdan məhrum edilmiş şəxslər" adlı söz oyunu...

Image


Akif Nağı: “Səsləndirdiyi bu fikirlər əsasən daxili auditoriyaya hesablanıb, belə rəy yaratmaq istəyir ki, guya o, Bakıda məhkəməsi gedən separatçılarla da maraqlanır”

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı qeyri-müəyyən fikirlər də səsləndirib. Paşinyan deyib ki, sülh gündəmini saxlamaq münaqişəyə əsaslanan gündəmdən qat-qat çətindir:

“Bu kontekstdə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək və uzun müddətdir davam edən münaqişə nəticəsində azadlıqdan məhrum edilmiş şəxslərin probleminin həlli həlledici əhəmiyyət kəsb edir ki, bu da bizim gündəmimizdədir”.

Bununla o nə demək istəyir? Paşinyan azadlıqdan məhrum edilmiş şəxslər deyəndə Bakıda hazırda ittiham olunan şəxslərimi nəzərdə tutur? Əgər onları nəzərdə tutursa, bunun Azərbaycan-Ermənistan normallaşmasına nə dəxli var?

“Seçkilərdə ona qarşı səsləndirilə biləcək sərt sualları indidən neytrallaşdırmağa çalışır”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, hər iki məsələ Ermənistanda müxalifət tərəfindən gündəmdə saxlanılır və Paşinyan hakimiyyətinə qarşı bir təzyiq vasitəsi kimi istifadə olunur: “Bu günlərdə İrəvanda Müdafiə Nazirliyinin binası qarşısında itkin düşənlərin yaxınlarının etiraz aksiyası keçirildi, hakimiyyətə qarşı çox sərt fikirlər səsləndirildi, nazirliyin girişini və çıxışını bağlayıb, rəsmilərin çıxıb onların övladlarının taleyi ilə bağlı məlumat verməsini tələb edirdilər. Polislə qarşıdurma yarandı, bu məsələ orda gündəmdədir, geri çəkilmək istəmirlər. Ermənistanda bu məsələdən vaxtaşırı istifadə edirlər. Bu həm də Paşinyan hakimiyyətinin incə yeridir. Onlar bu cür sualların qarşısında acizdilər. Çoxlu sayda suallar var. Müharibə istəməyənlər itkin düşənlərlə bağlı məsələni vaxtaşırı qaldırırlar. Paşinyan da buna cavab verə bilmir.

Azərbaycan tərəfində itkin düşən ermənilərin meyitləri saxlanılmır. Böyük ehtimalla, onlar Ermənistanın İkinci Qarabağ müharibəsində uduzmasından sonra Paşinyan o itkilərin yarısını gizlədir və açıqlaya bilmir. Ola bilsin ki, onların meyitləri Ermənistanda morqlarda saxlanılır, yaxud hardasa kütləvi məzarlıqlarda basdırıblar. Ona görə də hakimiyyət tərəfindən suallara cavab verilmir. Azərbaycan tərəfi dəfələrlə mövqe bildirib ki, bizdə erməni əsirləri və meyitləri yoxdur, hamısı təhvil verilib. Bu, Paşinyanın cavab verməkdə çətinlik çəkdiyi ən böyük suallardan biridir. Çox böyük ehtimalla, Paşinyan hakimiyyəti onları gizlətməklə o vaxt elə addım atıb. İndi vaxtaşırı bu məsələ ortaya çıxdığı üçün Paşinyan da daxili auditoriyaya hesablanmış açıqlamalar verir. BMT-də də dedi ki, bu məsələ gündəmdədir, danışıqlar prosesində guya bu məsələyə də baxılır. Azərbaycan tərəf isə hər hansı bir formada bu məsələ ilə bağlı müzakirə aparmaq fikrində deyil. Yəni məsələ müzakirə olunmur. Digər tərəfdən, onlar Bakıda həbsdə olanlarla bağlı da deyirlər. Halbuki, onlar cinayətkarlardır. Ermənistan daxilindəki müxalif qüvvələr dəfələrlə hərbi canilərlə bağlı məsələni qabardıb gündəmə gətirirlər və onunla da siyasi dividend qazanmağa çalışırlar. Erməni mərkəzləri də bu məsələ ilə beynəlxalq müstəvidə məşğul olurlar və bundan Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Ona görə də Paşinyan bu məsələni arxa plana keçirmir və həqiqəti açıq şəkildə, bu cür qeyri-müəyyən şəkildə danışır. Hətta Paşinyan daxildən ona ünvanlanan suallara cavab olaraq deyib ki, əgər biz onları açıq şəkildə müdafiə etməyə başlasaq, bu, sülh prosesinə mənfi təsir göstərər, Azərbaycanı qıcıqlandırar. Yəni bu cür açıqlamalarla belə rəy yaratmaq istəyir ki, guya bu məsələni gündəmdə saxlayır. Əslində bu, suallardan qaçmaqdır. Paşinyan reallığı da qiymətləndirir ki, onlar hərbi canilərdir, onların Bakıya gətirilməsi, üzərlərində məhkəmə qurulması tam obyektiv şəkildə həyata keçirilir, məhkəmə işləri aparılır, faktlar ortaya qoyulur. O insanlar törətdikləri cinayətlərə görə cəzalarını almalıdırlar”.

A.Nağının sözlərinə görə, bu cür danışmaqla Paşinyan sadəcə daxili suallardan yayınmağa çalışır. Bakı məhkəməsində R.Vardanyanın Paşinyanın da, Minsk Qrupunun həmsədrlərinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin üzvlərinin də məhkəməyə gətirilməli olduğunu deməsini xatırladan A.Nağı bildirdi ki, onlar məhkəməyə qarşı heç nə edə bilmirlər, o üzdən artıq başqalarını da bu işə cəlb etmək istəyirlər. “Paşinyanın BMT-də səsləndirdiyi bu fikirlər əsasən daxili auditoriyaya hesablanıb, belə rəy yaratmaq istəyir ki, guya o, Bakıda məhkəməsi gedən separatçılarla da maraqlanır. O yaxşı başa düşür ki, Sarkisyan, Köçəryan və digər caniləri də həbs edib Bakıya təhvil verməlidir. Bu beynəlxalq öhdəlikdir və bu məsələ beynəlxalq səviyyədə açıq şəkildə ortaya qoyulur. Nə qədər vaxt keçsə də, hərbi canilər məsuliyyətə cəlb olunur. Caninin məsuliyyətə cəlb edilməsinin müddəti yoxdur. Ermənistanda əgər normal dövlət qurmaq istəyirlərsə, birinci növbədə o hərbi canilərin üzərində məhkəmə prosesi qurmalıdırlar. Məncə quracaqlar. Ermənistanın bizə qarşı deməyə sözləri yoxdur. Sadəcə, Ermənistanın baş naziri hər iki məsələdən istifadə etməklə müəyyən qüvvələri özünə cəlb etmək istəyir. Gələn il də seçkilərdir. Seçkilərdə ona qarşı səsləndirilə biləcək sərt sualları indidən neytrallaşdırmağa çalışır”-deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ