Bu gün - avqustun 31-də Rusiyanın deputatı K.Zatulin Ermənistanın keçmiş prezidenti R.Köçəryanı ad günü münasibətilə təbrik edib və çox təəssüflənib ki, "artıq 2 ilə yaxındır əziz dostunun Bakıda həbsxanada saxlanması səbəbindən ona zəng vura bilmir"... Zatulin dünən - avqustun 30-da da digər keçmiş prezident S.Sarkisyanın doğum gününü təbrik etmişdi…
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Zatulinin çətinlikdə olan "2 əziz dostunun şəxsində" özünün "pul kisələrini" itirdiyinə söz yoxdur.
Ancaq çox maraqlısı təbrik mətnlərində Zatulinin öz həyatı ilə bağlı ilginc faktı açmasıdır - "Mən dəfələrlə Dağlıq Qarabağda olmuşam. Səmimi şəkildə inanmışam ki, Qarabağın azadlığı tarixi ədalət işidir. Ötən əsrin 30-cu illərində mənim atam Hadrutda sərhəd dəstəsinin komandiri olub"…
Məlum oldu...
Siz deməyin "dil qəfəsə qoymadan" ermənilərin nahaqq "Qarabağ işinə" dəstək verən Zatulin ailəlikcə erməni çörəyi yeyiblərmiş...
Tahir TAĞIYEV