Cümə axşamı günü, 01 oktyabr 2026
     

Paşinyan Azərbaycanla sülh prosesində son siyasi maneəni göstərdi - "Kikosun ölümü"...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifəsini tərk etməsinin vacibliyini bir daha bəyan edib: “Erməni Apostol Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz.

Ktriç Nersisyan (II Qareginin dünyəvi adı) vəzifəsini tərk etməlidir. Bəli, mənim müəyyən planlarım var idi və mənim indi də planlarım var. Amma onlar Ermənistan Respublikasında çoxlarının təsəvvür etdiyi çərçivəyə sığmır”. O, bu məqsədə çatmaq üçün hərəkata rəhbərlik edəcəyini vurğulayıb: “Mənim problemim heç də Ktriç Nersisyanı kilsədən azad etmək və Ktriç Nersisyana bənzər başqa bir adamı ora təyin etmək deyil. Xeyr, bu, mənəvi yenilənmə məsələsidir. Üstəlik, Erməni Apostol Kilsəsinin mənəvi yenilənməsi barədədir, amma ümumilikdə hamımızın məsələsidir, çünki Erməni Apostol Kilsəsi bizim bütün mənəvi dəyərlərimizin episentridir və əgər o episentr zədələnibsə, dəyərlərə söykənən cəmiyyət yaratmaq gündəliyindən danışmaq ən azından ciddi deyil. Biz dəyərlərə söykənən cəmiyyət qurmaq prosesinə mütləq olaraq Eçmiədzin kilsəsindən başlamalıyıq”.

Onun sözlərinə görə, əfsanələr toxunur ki, guya hansısa zorakılıqlar hazırlanır, zorakı metodlar qəbul edilir: “Hörmətli həmkarlar, bizim siyasi prosesimizdə zorakılıq olmayıb, qaldı ki, Erməni Apostol Kilsəsinin prosesləri ilə bağlı zorakılığa müraciət edək. Əminəm ki, mənəvi gücdən böyük qüvvə yoxdur və mənəvi gücün kulminasiyası baş verəndə qalan hər şey saniyələr ərzində baş verəcək. Və bu kulminasiyanın baş verəcəyinə mənim heç bir şübhəm yoxdur. O kulminasiya artıq baş verib”. Ermənistan baş naziri bildirib ki, əslində Ktriç Nersisyanın ailəsinin olması barədə xəbəri hamı bilir və bu xəbəri ictimaiyyət Paşinyandan eşitməyib. Paşinyan vurğulayıb ki, “Kikosun ölümü”nün yeni-yeni işləmələri görünür, müxalifət isə “vay Kikos can” deyir: “Avqustun 8-dən əvvəl də, amma xüsusilə avqustun 8-dən sonra daha aydın görünür ki, “Kikosun ölümü”nün bizim sosial psixologiyamızın və düşüncəmizin formalaşmasında böyük rolu var. Məsələn, indi televizoru açanda və müsahibələri izləyəndə görürük ki, “Kikosun ölümü”nün ən müxtəlif versiyaları, yeni-yeni işləmələri var: “Mərcə getdim, oğlum oldu, adını Kikos qoydum, papağı “popoz” oldu, ağaca çıxdı, daşa düşdü, vay Kikos can, vay oğul can”. Əsasən bu son hissəni deyirlər, hətta əvvəlki hissəni qısa kəsirlər. Əsasən televizoru açanda, bizim müxalifətin və ona yaxın qüvvələrin başlıca dediyi budur: “vay Kikos can”. Beləliklə, Paşinyan kilsəni sıradan çıxarmaqda qərarlıdır. Ermənistan Konstitusiyasına görə, dövlət və kilsə ayrıdır, buna görə də artıq bir çox hüquqşünas və siyasətçi Paşinyanı konstitusiya quruluşunu devirməyə cəhddə ittiham edib. Amma Paşinyan geri çəkilmək niyyətində deyil.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra bütün ermənilərin katolikosu II Qaregin Paşinyanın istefasına çağırdı və münasibətlər tamamilə pozuldu. Amma dünyəvi və dini hakimiyyət birgə yaşamağı öyrəndi və müəyyən dərəcədə yola gedirdi. Lakin bu, uzun sürmədi. Paşinyanla katolikos arasındakı münaqişə Ermənistan cəmiyyətini daha da parçalamaq, gələn il keçiriləcək seçkilərin nəticələrinə təsir göstərmək və Azərbaycanla aparılan sülh danışıqlarına mənfi təsir etmək riski daşıyır. Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək və erməni politoloqları kilsəyə qarşı ritorikanın kəskinləşməsini səsvermənin yaxınlaşması ilə əlaqələndirir, bunu konservativ müxalifətin son dayağına qarşı qabaqlayıcı zərbə kimi qiymətləndirirlər. Hakimiyyəti narahat edən başqa bir məqam da kilsənin xarici siyasət məsələlərinə müdaxiləsidir. İyun ayının əvvəlində II Qaregin Qarabağ ermənilərinin öz evlərinə geri dönməsini tələb etdi ki, bu da rəsmi İrəvanın Azərbaycanla danışıqlardakı mövqeyinə ziddir. Paşinyanın məqsədi mümkün qədər tez sülh müqaviləsi imzalamaq və bir-birinə qarşı bütün iddialardan imtina etməkdir.

Kilsə ilə yanaşı, Paşinyan digər rəqiblərini də sıradan çıxarmaqda israrlı görünür. Bunu Paşinyanın etirafları da təsdiq edir: “Məni tez-tez ittiham edirlər ki, keçmiş prezidentlər hələ də siyasi həyatımızda mövcuddurlar. İnanıram ki, qarşıdan gələn seçkidə xalqımız həm Serj Sarkisyanın, həm də Robert Köçəryanın siyasi dillərini birdəfəlik kəsmək və kökündən silmək imkanı əldə edəcək”. Erməni politoloq Alen Gevondyan bütün bunların təsadüfi olmadığını bildirir: “Regionda Azərbaycanın statusu artır, Azərbaycanın artıq Ermənistanla münaqişə olmayacağı barədə bəyanatı ən azı bir neçə məqamı təsdiqləyir ki, Ermənistan tamamilə və bütövlükdə kapitulyasiya edib, Ermənistan açıq və gizli şəkildə İlham Əliyevin bütün şərtləri ilə razılaşıb, bunlara azərbaycanlıların qayıdışı, anklavlar məsələsi daxildir”.

O qeyd edib ki, bəli, ola bilər, azərbaycanlılar Ermənistana gələcək və burada yaşayacaqlar: “Bütün hakimiyyətpərəst populist qüvvələr sənəddə belə müddəalar olmadığını deyir, əmin edirəm ki, həmin razılaşmalar çoxdan mövcuddur. Burada amerikalıların monitorinq və ya müşayiətçi, mühafizəçi xidmətinin nümayəndələri olacaq, ya onların yanında türklər, ya da üçüncü, dördüncü Avropa və ya başqa ölkələrin nümayəndələri olacaq, fərqi yoxdur, toqquşma hər zaman baş verə bilər. Bu, texniki məsələdir”. Gevondyan bildirib ki, Paşinyan cəmiyyəti, müxalifəti çox yaxşı tanıyır və yaxşı idarə edə bilir: “O, müxalifəti də çox yaxşı tanıyır. O çox yaxşı anlayır ki, kim nə edə bilər. Digər tərəfdən isə hakimiyyət çox güclüdür, o, repressiv, güc, legitim, leqal sistemə – polis, Milli Təhlükəsizlik Xidməti və güc strukturlarına malikdir, onların vasitəsilə müəyyən addımlar ata bilir, öz kreslosunun təhlükəsizliyini təmin etmək üçün hücumkarlıq göstərə bilir”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ