Cümə axşamı günü, 01 oktyabr 2026
     

Netanyahunun “genosid sözlərinə” Türkiyə də, Ermənistan da kəskin etiraz etdi...

Image


Azər Həsrət: “İsrailin baş nazirinə izah edildi ki, belə məsələlərlə manipulyasiya etmək olmaz, bu məqbul deyil, Türkiyə də, Ermənistan da bunu qəbul etməyəcək”

İsrailin baş naziri Benyamin Netanyahunun son addımları, yəni bir neçə gün əvvəl ilk dəfə olaraq saxta “erməni soyqrımını” tanıdığını bəyan etməsi Türkiyə ilə yanaşı Ermənistanda da etirazlar doğurub.

Düzdür, bu, erməni lobbisinin, diaspor qurumlarının və radikal, revanşist qüvvələrin xoşuna gəlsə də, Paşinyan hökumətinin narazılığına səbəb olub.

Məsələ burasındadır ki, ilk dəfə Türkiyə və Ermənistan bu məsələdə üst-üstə düşən mövqe nümayiş etdirib, tərəflər Netanyahunun bu bəyanatına sərt reaksiya veriblər.

Ermənistanın baş naziri Nikol Paşinyan Netanyahunun "erməni soyqırımı"nı tanımasına etiraz edərək bildirib ki, bunun Ermənistan Respublikasının və erməni xalqının maraqları ilə heç bir əlaqəsi olmadığı açıq-aydın görünür: “Və ümumiyyətlə başa düşməliyik ki, bununla biz erməni soyqırımının tanınması və ya tanınmamasının başqalarının əlində geosiyasi sikkə olmasını istəyirik. Bunun dövlətimizin və xalqın maraqları ilə heç bir əlaqəsi yoxdur”.

Bildirək ki, Türkiyə İsrail baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələrinə dair qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir: “Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişin ağrılı səhifələrindən siyasi məqsədlər üçün istifadə cəhdidir. Fələstin xalqına qarşı törədilən cinayətlərdə roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin əməllərini ört-basdır etməyə çalışır. Biz tarixi və hüquqi faktlara uyğun olmayan bu bəyanatı qətiyyətlə qınayır və rədd edirik”.

Netanyahunun qondarma erməni soyqırımı ilə bağlı bəyanatı həm türk, həm də erməni dövlətləri tərəfindən niyə belə süngü ilə qarşılandı?

“Uzun illərdən sonra həm Türkiyənin, həm də Ermənistanın bu məsələ ilə bağlı mövqeyi faktiki olaraq üst-üstə düşdü”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan uzun illərdən sonra nəhayət ki, sakitlik və sabitlik zolağına qədəm basmaq istəyir: “Təbiidir ki, onun bu yolda qarşısını kəsən faktorlardan qurtarmağın vacib olduğunu anlayır. O cümlədən də bu qondarma soyqırımın ermənilərin başına onillərdir açdığı oyunlardan onların xəbəri var. Yəni Ermənistan dəxli olmadan süni şəkildə uydurulmuş bir soyqırımın əsiri halındadır. Həmin o uydurma soyqırım Ermənistanın bir dövlət kimi, özəlliklə də regionda inteqrasiyasına ciddi əngəl törədir. Qonşu dövlətlər - Azərbaycan Respublikası və qardaş Türkiyə ilə münasibətlərin qurulmasında bu uydurulmuş yalan Ermənistana ciddi maneələr törədir. Belə bir şəraitdə Ermənistanın baş naziri Nikol Paşinyan artıq dəfələrlə bəyan edib ki, bu məsələyə yenidən baxılmalıdır, qonşu dövlətlərlə münasibətlərdə bu yalan bizim əl-ayağımıza dolaşmamalıdır. Yəni Ermənistanın özünün bu yalan soyqırım iddiasından imtina etməyə hazırlaşdığı bir vaxtda İsrailin baş nazirinin durub belə bir məsələyə münasibət bildirməsi, onu gündəmdə tutmağa çalışması, əlbəttə ki, məqbul sayıla bilməz. Ona görə də həm qardaş Türkiyə kimi bir dövlətə “erməni soyqırımı” ilə bağlı böhtan atılır, həm də böhtanı atan tərəf kimi qəbul edilən Ermənistan indiki mərhələdə belə bir qondarma məsələnin gündəmdə tutulmasından narahat olmalı idi və narahatdır. Yəni həm Ermənistan, həm də Türkiyə İsrailin baş nazirinin bu yalanı diri tutmağa çalışmasından təbii şəkildə narahatdır. Müsbət haldır ki, uzun illərdən sonra həm Türkiyənin, həm də Ermənistanın bu məsələ ilə bağlı mövqeyi faktiki olaraq üst-üstə düşdü. Yəni İsrailin baş nazirinə izah edildi ki, belə məsələlərlə manipulyasiya etmək olmaz, bu məqbul deyil, Türkiyə də, Ermənistan da bunu qəbul etməyəcək”.

A.Həsrətin sözlərinə görə, əslinə qalanda İsrailin baş naziri Benyamin Netanyahu dəxli olmadan bu məsələni gündəmə gətirməklə (iddia edə bilər ki, mənə sual vermişdilər cavab vermişəm-A.H) özünü pis vəziyyətə qoyub: “Onun kimi təcrübəli siyasət və dövlət adamı bu səhvi etməməli idi, amma edib. Əlbəttə ki, yükünü də çəkməli olacaq. Həm Ermənistana, həm də Türkiyəyə, Türkiyə ilə bərabər də Azərbaycana, eləcə də bütövlükdə türk dünyasına cavab verməli olacaq. Biz Netanyahunun bu davranışını qınamışıq və qınamağa da davam edəcəyik. Azərbaycan-İsrail münasibətləri nə qədər yaxşı olsa da, İsrail rəsmiləri qardaş Türkiyəyə dil uzatmamalıdır. Uzatdıqları və uzadacaqları təqdirdə, əlbəttə, bizi də, yəni azərbaycanlıları da qarşılarına almış olurlar”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ