Cümə axşamı günü, 01 oktyabr 2026
     

Pezeşkian qan qardaşımızdır - Əliyevin İran toplumuna böyük mesajı...

Image


Məhərrəm Zülfüqarlı: “Prezident Əliyev bir daha İran cəmiyyətinə mesaj verdi ki, Azərbaycan qardaşlığa, dostluğa sadiqdir”

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İran Prezidenti ilə eyni dildə danışdıqlarını, tərcüməçiyə ehtiyaclarının olmadığını bildirib.

Prezident Əliyev İran Prezidentini çox istedadlı insan kimi xarakterizə edib: “İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.

Bəli, siz tamamilə haqlısınız, o azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”.

Əliyevin bu sözləri İran-Azərbaycan cəmiyyəti arasında münasibətlərə necə təsir edəcək?

“İranın daxilindəki bəzi qüvvələr bu müsahibədən nəticə çıxarmalı və cəmiyyətə zəhərli toxumlar səpməyi dayandırmalıdır”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Prezidentinin “Əl Ərəbiyyə” kanalına verdiyi müsahibənu səmimi müsahibə kimi qiymətləndirmək olar: “Bunu eyni zamanda özünü diplomatik incəlikləri ilə göstərən bir müsahibə də adlandıra bilərik. Ona həm də milli hissləri oyadan, milli hisslərə müsbət istiqamət verən müsahibə də demək olar. Birincisi, Azərbaycan-İran münasibətləri haqqında Azərbaycan Prezidentinin hələ 2007-ci ildə söylədiyi fikri vurğulamaq istəyirəm. O zaman ABŞ İranı müharibə ilə təhdid edirdi və bu məsələdə Azərbaycan ərazisindən istifadə etmək məqsədi güdürdü. O zaman Prezident İlham Əliyev açıq şəkildə, konkret bəyan etdi ki, Azərbaycan hansısa ölkənin hansısa ölkə ilə probleminin həlli yeri deyil, Azərbaycan ancaq əməkdaşlıq üçün hazırdır. Bununla da Amerikaya mesaj verdi ki, siz qardaş ölkə olan İrana hücum etsən, biz imkan verməyəcəyik ki, bizim ərazimizdən keçib qardaşlarımızı bombalayasınız. Bu, Azərbaycanın əvvəldən mövqeyidir. Hətta dövlət müstəqilliyini elan etdikdən sonra balanslaşma siyasətinin də əsasını təşkil edirdi. Keçən əsrin 90-cı illərində bu münasibətlər tədricən inkişaf etməyə başladı. İranın Azərbaycandakı səfirləri də milliyyətcə azərbaycanlı olurdular. Bunlar da müsahibələrini Azərbaycan dilində verirdilər. Azərbaycan-İran münasibətlərinə də bu isti münasibətlər müsbət təsir edirdi.

Lakin sonradan həm o tərəfdən şovinist fars ünsürləri, həm də bu tərəfdən ruspərəst qüvvələr bu münasibətləri nisbətən korladılar və soyuqluq əmələ gəldi. Ondan sonra bura fars millətindən olan səfirlər göndərildi. Onlar da bütün müsahibələrini fars dilində verdilər. Bundan başqa, əvvəllər viza rejimi aradan götürülmüsdü, sadələşmiş bir prosesur vardı. Məsələn, avtobusa 20 manat verib avtovağzaldan Təbrizə getmək olurdusa, bu münasibətlər korlandıqdan sonra gediş-gəliş də səngidi”.

M.Zülfüqarlının fikrincə, Prezident Əliyevin müsahibədə söylədiyi fikirlər qeyd olunan problemlərin həllinə müsbət təsir edən fikirlərdir. “Əvvəla, İranın hazırkı Prezidenti heç kimdən gizlətmədən, mərdi-mərdanə Azərbaycan türkü olduğunu hər yerdə bəyan edir. Milli hissləri olan şəxsiyyətdir. Hamımızın fəxr etdiyi Şəhriyarın şeirlərini əzbər deyir. Pezeşkian çalışır ki, İran-Azərbaycan münasibətlərinin korlanmasına xidmət edən çıxışlar, yaxud ordakı insanlar ki var, bu münasibətləri qəsdən gərginləşdirməyə çalışırlar, onların qarşısını alsın. Azərbaycan səfərində İran Prezidentinin Azərbaycan Prezidenti ilə səmimi şəkildə qardaşcasına görüşməsi, ana dilimizdə danışması müsahibədə deyilən fikirlər üçün əsas oldu. Bəli, o taylı, bu taylı Azərbaycanda olan insanlar qanı qanımızdan, canı canımızdan olan insanlardır. Onların hardasa hansı vəzifə tutmasından asılı olmayaraq, biz qardaşıq. Bu qardaşlığı da hazırda İlham Əliyev və Məsud Pezeşkian nümayiş etdirir. Bu da dünyaya bir nümunədir. Dünyanın əksər ölkələrinin vətəndaşlarının uzun illər əvvəl Azərbaycanın ikiyə parçalanmasından xəbəri yoxdu. Bu mesaj bir daha onu göstərir ki, Azərbaycan iki yerə parçalanıb və bunun bütövləşməsi uğrunda mübarizə gedir.

Hər iki tərəfdən də bu münasibətlərin formalaşmasına, inkişafına ximət edən səlahiyyətli insanlar, Prezidentlər var. Bu fəxr etməli bir məsələdir. Azərbaycan Prezidentinin söylədiyi o fikirlər insanlarımızda qürur hissini daha da gücləndirə bilər. Azərbaycan Prezidentinin mesajı həm də Azərbaycan və İran cəmiyyətinə müsbət təsir göstərə bilər. Yəni biz qardaşıq və heç bir qüvvə, hansısa şovinist qüvvələr bizim qan bağlarımızı, tarixi əlaqələrimizi, birgə sahib olduğumuz dəyərləri sarsıda bilməz. Prezident Əliyev bir daha İran cəmiyyətinə mesaj verdi ki, Azərbaycan qardaşlığa, dostluğa sadiqdir. Hesab edirəm ki, İranın daxilindəki bəzi qüvvələr bu müsahibədən nəticə çıxarmalı və cəmiyyətə zəhərli toxumlar səpməyi dayandırmalıdır”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ