Cümə axşamı günü, 01 oktyabr 2026
     

Qəti qərar - Almatı Moskvadan imtina edir, Azərbaycan üzərindən iki marşrut açır...

Image


Qazaxıstanın “KazMunayQaz” milli şirkəti bu ölkənin neftinin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəqlinin bərpasına dair Azərbaycan tərəfi ilə danışıqlar aparır. Ölkənin energetika naziri Erlan Akkenjenov məsələ ilə bağlı qeyd edib:

“Bilirəm ki, "KazMunayQaz" hazırda bu marşrut üzrə tədarükün mümkün qədər tez bərpası ilə bağlı danışıqlar aparır. Planlara gəlincə, burada hesablamalar aparılmalıdır. Ümumiyyətlə, bu kəmərin ötürücülük qabiliyyəti çox yüksəkdir. Hazırda boru xətti ilə 25 milyon ton neft vurulur, lakin onun gücü iki dəfə artıqdır. Ona görə də planların yerinə yetirilməsi üçün həmişə imkan var, boru kəmərinin gücü kifayət qədərdir”. Amma Qazaxıstanı təkcə Bakı-Tiflis-Ceyhan boru kəməri maraqlandırmır. Erlan Akkenjenov qeyd edir ki, Qazaxıstan Azərbaycanla müvafiq razılaşmanın əldə ediləcəyi təqdirdə öz neftinin ixracı üçün Bakı-Supsa boru kəmərindən istifadə edilməsinin mümkünlüyünü də istisna etmir: “Biz Qazaxıstan neftinin ixracı üçün bütün marşrutları, o cümlədən Bakı-Supsa marşrutunu nəzərdən keçiririk. Mən onun kommersiya baxımından əlverişsiz olduğunu deməmişəm. Lakin coğrafi cəhətdən nəzərdən keçirsək, bizim neftimiz hazırda Atırau-Samara sistemi ilə nəql edilir və Rusiya Federasiyası vasitəsilə birbaşa Qara dənizə çatır. Yəni biz Qazaxıstanda onu təhvil veririk və Novorossiyskdə Qara dəniz sahilində eyni həcmdə neft alırıq". Onun sözlərinə görə, Qazaxıstan neftinin Bakı-Supsa boru kəməri vasitəsilə ixracı və Aktau və Bakı limanlarında yükləmə-boşaltma əməliyyatları Rusiya marşrutu ilə tədarükdən daha baha başa gələcək: “Bakı-Supsa limanına gəlincə, neft Aktau limanında tankerlərə yüklənəcək, Bakı limanında boşaldılacaq, sonra Bakı-Supsa sisteminə yüklənəcək və biz onu Qara dənizdə qəbul edəcəyik. Yəni bu, ikiqat yükləmə-boşaltma deməkdir. İqtisadi göstəricilərə görə bu, bizim yükgöndərənlər üçün daha çox xərc tələb edən proses olacaq. Buna görə də hazırda bu məsələ araşdırılır”. Nazir qeyd edib ki, Qazaxıstan neftinin Bakı-Supsa boru kəməri ilə ixracı üçün bu neft kəmərinin modernləşdirilməsinə əlavə investisiyalar tələb olunmayacaq: “Hazırda Bakı-Supsa texniki neft üçün istifadə olunur və Qazaxıstan Azərbaycan tərəfi ilə razılığa gələrsə, bu neft kəmərindən istifadə etmək mümkündür”. Xatırladaq ki, Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. İllik ötürmə qabiliyyəti 7,5 milyon ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib. Hazırda Bakı-Supsa neft kəməri ilə yalnız ayrı-ayrı neft partiyaları nəql olunur. Belə ki, Azərbaycan Energetika Nazirliyinin illik hesabatına görə, 2024-cü ildə bu kəmərlə 90 min ton, 2023-cü ildə isə 150 min ton neft nəql edilib. “BP-Azerbaijan” şirkətindən bildirilib ki, Bakı-Supsa neft kəməri dondurulmayıb və istənilən vaxt neftin nəqlinə başlamağa tam hazırdır. Amma hazırda Qazaxıstanı daha çox Bakı-Tiflis-Ceyhan boru kəməri maraqlandırır.

Qeyd edək ki, bu marşrutla daşınan Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xloridlərin izləri aşkar edildikdən sonra ixrac dayandırılıb. İyul ayında bir sıra media orqanları mənbələrə istinadən bildiriblər ki, “Azeri Light” Azərbaycan neftinin ayrı-ayrı partiyalarında hasilatın həcmini artırmaq üçün istifadə olunan maddələrin - üzvi xloridlərin həddindən artıq olması aşkar edilib. “BP-Azerbaijan” şirkəti iyulun 24-də bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca bütün obyektlərdə neftin keyfiyyətinin yoxlanılması xammalın spesifikasiya tələblərinə uyğunluğunu təsdiqləyib. Üzvi xloridlər Türkiyənin Ceyhan limanındakı terminalın bəzi rezervuarlarında aşkar edilib. Daha sonra “S&P Global” agentliyi bu səbəbdən Bakı-Tiflis-Ceyhan ilə Qazaxıstandan neft tədarükünün müvəqqəti dayandırıldığını bildirmişdi. Amma indi Qazaxıstan qeyd edilən kəmərlə ixracını yenidən bərpa etməyə hazırlaşır. Onu da xatırladaq ki, Qazaxıstan hazırda öz neftinin, təxminən 80%-ni təmin edən Xəzər Boru Kəməri Konsorsiumundan asılılığın azaldılmasını nəzərdə tutan bəzi layihələri canlandırmağa hazırdır. Belə ki, Astana Eskene-Kurık neft kəmərinin tikintisini və paralel olaraq Azərbaycan ərazisindən neft tədarükünün artırılmasını nəzərdə tutan Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sisteminin həyata keçirilməsi layihəsini bərpa etməyi planlaşdırır. Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sistemi üçün iki variantın - Qazaxıstan limanlarından Azərbaycan ərazisinə tankerlər vasitəsilə həyata keçirilməsi və Bakı-Tiflis-Ceyhan neft kəməri ilə xammalın sonrakı nəqli əsas planda yer alır. İkinci variant isə Qazaxıstan neftinin tankerlərlə Bakı limanına daşınması, sonra dəmiryol çənlərinə yüklənməsi və Qazaxıstanın neft yükləmə terminalının olduğu Gürcüstanın Batumi limanına göndərilməsidir. 2023-cü ildən başlayaraq Qazaxıstan Azərbaycan ərazisindən və Bakı-Tiflis-Ceyhan marşrutu ilə neft ixracı istiqamətini fəal şəkildə inkişaf etdirir. Ölkənin yeni Milli Planına əsasən, ortamüddətli perspektivdə Transxəzər marşrutu və ya Orta Dəhliz ilə neft tranzitinin ildə 7 milyon tona çatdırılması planlaşdırılır. Bundan əlavə, Qazaxıstanın yeni Milli Planında Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərində dəniz terminallarının, o cümlədən Transxəzər daşımalarını hər il 20 milyon tona çatdırmaq üçün xüsusi iri tutumlu tanker donanmasının tikintisi nəzərdə tutulur.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ