Cümə axşamı günü, 01 oktyabr 2026
     

İsraillə Türkiyə arasında Azərbaycanın vasitəçiliyi bir şərtdən asılıdır...

Image


Abutalıb Səmədov: “Aydındır ki, yaxın aylarda belə bir şəraitin yaranacağı mümkün deyil”

Prezident İlham Əliyev Əl-Ərəbiyyə kanalına müsahibəsində Türkiyə ilə İsrail arasındakı gərginliyə də toxunub:

“Biz normallaşma üçün imkan yarandığını görəndə yardımçı olmağa çalışırıq. Türkiyə ilə İsrail arasında normallaşmanın birinci mərhələsində Azərbaycanın rolu hər iki ölkə tərəfindən qiymətləndirilib. Bilirsiniz ki, İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər etdi. Biz şad olduq ki, iki ölkə arasında ümumi dil tapılır. Hazırda isə Türkiyə ilə İsrail arasında münasibətlər hər zaman olduğundan daha gərgindir. Ona görə də əgər bizdən kömək etmək xahiş olunsa, biz bunu edərik. Əgər edilməsə, ola bilsin ki, biz, sadəcə olaraq, ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq...”

Yəni Prezident dedi ki, əgər rəsmi müraciət olsa biz İsrail-Türkiyə normalaşmasına yardım edə bilırik. Belə müraciət nə vaxt yetişə bilər?

“Münasibətlərin normallaşması üçün yəqin ki, ilk növbədə Qəzzada və Suriyada baş verən hərəkətlərə son qoyulmalıdır”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son 20 ildə Türkiyə ilə İsrail arasında münasibətlər həmişə gərgin olub. A.Səmədovun sözlərinə görə, ilk böyük qarşıdurma 2008-ci ildə Türkiyənin “Mavi Mərmərə” gəmisinin İsrail hərbiçiləri tərəfindən tutulmasından sonra başlayıb. “Münasibətlər son dərəcə gərginləşdi və uzun müddət bu gərginlik davam etdi. 44 günlük müharibədə, məlumdur ki, həm Türkiyə, həm də İsrail Azərbaycana ən yaxın olan və ordumuza, dövlətimizə böyük kömək göstərən dövlətlər oldular. Türkiyə bizə qardaş dövlətdir, bizim müttəfiqimizdir, Şuşa bəyannaməsi imzalamışıq. İsrail də bizə dost dövlətdir. Təbiidir ki, biz bu iki dövlət arasında münasibətlərin dostluq münasibətləri olmasını arzulayırıq. Azərbaycan Prezidenti Əl-Ərəbiyyə kanalına müsahibəsində bu münasibətlərin normallaşması üçün gördüyü işlərdən danışdı və onu da qeyd etdi ki, onun göstərdiyi səylər nəticəsində 2022-ci ildə Türkiyə-İsrail münasibətləri xeyli yaxşılaşdı, İsrailin prezidenti Türkiyəyə iki günlük rəsmi səfərə gəldi, sonra 2023-cü ildə Nyu-Yorkda Türkiyə Prezidenti ilə İsrailin Baş naziri görüşdülər, söhbət etdilər. Güman etmək olardı ki, artıq bütün gərginlik arxada qalıb. Ancaq çox təəssüf ki, 2023-cü ilin oktyabrında HƏMAS və İsrail arasında baş verən qarşıdurma münasibətləri yenidən pozdu. HƏMAS İsrailə hücum etdi, dinc insanları girov götürdü və ilk dövrdən Türkiyə Prezidenti öz vasitəçilik missiyasını təklif etdi, girovların azad edilməsi istəyini dilə gətirdi. Ancaq təəssüf ki, sonrakı addımlar münasibətləri tamamilə pozdu və son nəticədə İsrail səfirini Türkiyədən çağırdı, Türkiyə də öz səfirini geri çağırdı. Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Türkiyə ilə İsrail arasında heç bir münasibət yoxdur. Doğrudur, bunu rəsmiləşdirmədilər, ancaq bu bəyanat Türkiyə ilə İsrail arasındakı münasibətlərin nə qədər pis olduğunu bir daha göstərdi”.

A.Səmədovun sözlərinə görə, Suriyadakı hadisələrdən, hakimiyyət dəyişikliklərindən sonra Türkiyə-İsrail münasibətləri daha da pisləşdi və Azərbaycan Prezidenti də qeyd etdi ki, bu gün bu münasibətlər ən pis dövrünü yaşayır: “Baxmayaraq ki, 2025-ci ildə də münasibətlərin düzəlməsi üçün Azərbaycan tərəfindən cəhdlər edildi, bu ilin aprel ayında Türkiyə və İsrailin hərbi nümayəndə heyətləri Bakıda görüşdülər, müəyyən danışıqlar apardılar. Ancaq bu görüş son nəticədə mövcud probelmləri aradan qaldırmağa, təbiidir ki, kifayət etmədi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan son dərəcə mötəbər konfransı təşkil edərkən İsrail prezidentinin Türkiyə üzərindən uçaraq Azərbaycana gəlməsinə Türkiyə rəhbərliyi icazə vermədi və bu səbəbdən İshaq Hersoq Azərbaycanda keçirilən COP29-da iştirak etmədi. Baxmayaraq ki, biz daha çox dövlət rəhbərinin bu nüfuzlu tədbirdə iştirak etməsini istəyərdik. Azərbaycanın konfransı təşkil etməsi üçün çəkdiyi o əziyyətləri, eyni zamanda Azərbaycana qarşı olan təxribatları nəzərə alaraq, mümkün qədər daha çox dövlət rəhbərinin bu tədbirdə iştirak etməsində maraqlı idik. Çox təəssüf ki, bir sıra rəhbərlərin iştirak etməməsi üçün Avropa dövlətləri, ilk növbədə Fransa çox səylər göstərdi. İsrailin prezideninin iştirakına isə qardaş Türkiyə icazə vermədi.

Əl-Ərəbiyyə telekanalına müsahibəsində Azərbaycan Prezidenti bu vəziyyətdən narahat olduğunu söyləyib, vəziyyəti düzəltmək üçün cəhdlər göstərməyə hazır olduğunu deyib. Bunun üçün müraciətin olması, belə bir istəyin dilə gətirilməsi vacibdir. Türkiyə və İsrail dünyanın çox nüfuzlu dövlətlərindəndir, onların rəhbərlərinin istəyi olmadan Azərbaycan Prezidentinin bu prosesə girişməsi, vasitəçilik cəhdləri göstərməsi, aydındır ki, heç bir nəticə verə bilməz. Bunun üçün rəsmi müraciətə də ehtiyac yoxdur. Sadəcə olaraq istəyin dilə gətirilməsi, istəyin hansısa formada ifadə olunması kifayətdir ki, Azərbaycan Prezidenti tərəfindən Türkiyə və İsrail rəhbərləri arasında münasibətlərin düzəlməsi, onların qarşılıqlı səfərləri, yaxud görüşləri üçün zəruri addımlar atılsın. Ancaq aydındır ki, yaxın aylarda belə bir şəraitin yaranacağı mümkün deyil. İsrail Qəzzada əməliyyatları davam etdirir, dinc insanlar ölür, eyni zamanda HƏMAS girovların hələ də hamısını qartarmayıb. Bu da, təbiidir ki, münasibətlərin gərginləşməsinə səbəb olur. Digər tərəfdən, Suriya ilə bağlı İsrailin atdığı addımlar Türkiyəni qətiyyən razı salmır və qarşılıqlı hədələr çox təəssüf ki, davam edir. Münasibətlərin normallaşması üçün, yəqin ki, ilk növbədə Qəzzada və Suriyada baş verən hərəkətlərə son qoyulmalıdır. Hər iki dövlət münasibətlərin düzəlməsinin zəruri olduğu qənaətinə gəlməlidir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, təəssüf ki, bu gün belə şərait yoxdur. Yaxın aylarda, hətta ola bilər ki, bir neçə ildə belə münasibətin yaranma ehtimalı da da, hələ ki, görünmür. Təbii ki, bu bizi çox narahat edir. Çünki Türkiyə bizim müttəfiqimiz, İsrail isə bizə dost olan bir dövlətdir, dünyanın çox nüfuzlu dövlətlərindəndir. İsrail diasporunun böyük imkanları var ki, Azərbaycan həmişə bu imkanlardan istifadə etməyə çalışıb. Türkiyə də Azərbaycan-İsrail münasibətlərinin bizim üçün nə qədər vacib olduğunu çox yaxşı anlayır və bu münasibətlərə anlayışla yanaşır. Düzdür, bəzi xoşagəlməz çıxışlar da olur. Ancaq onlar qeyri-rəsmi şəxslərin, müəyyən jurnalistlərin etdiyi çıxışlardır. Ancaq rəsmi səviyyədə Azərbaycan-İsrail münasibətlərinin bugünkü səviyyəsi anlayışla qarşılanır və bundan yeri gələndə faydalanmaq cəhdləri göstərilir. Ümid edək ki, növbəti belə cəhd, yaxın vaxtlarda olmasa da, hər halda 2026-cı ilin əvvəllərində zəruri sayılacaq və Azərbaycan yenə də Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması üçün vasitəçilik addımları atacaq”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ