Bazar günü günü, 14 dekabr 2025
     

İran ABŞ-Rusiya raket ritorikasında yeni problem yaratdı

Image

Rusiya və ABŞ-ın əlində Avropa müharibə meydanına çevrilə bilər

Dünya üçün böyük təhdid hesab edilən Rusiya və ABŞ arasında raket çəkişməsi ilə bağlı ortaya yeni maraqlı məqamlar çıxıb. Söhbət Rusiyanın ABŞ raketlərini öz ərazisində yerləşdirməyə icazə verən Şərqi Avropa dövlətlərinə zərbə endirəcəyini açıq şəkildə bəyan etməsindən gedir. Moskva bildirir ki, İranla əldə olunan son razılıqdan sonra Amerika raketlərinin Şərqi Avropaya gətirilməsinə ehtiyac yoxdur.
Çünki ABŞ bildirirdi ki, bu raketlər İrandan gələn təhlükənin qarşısını almaq üçün Avropada yerləşdirilir. İndi isə İranla razılıqdan sonra Rusiya ABŞ-ı planlarından imtina etməyə dəvət edir.
Amma ABŞ Dövlət Departamentindəki mənbə "Reuters" agentliyinə bildirib ki, İranla nüvə razılaşmasının əldə olunmasına baxmayaraq, ABŞ Avropada raketdən müdafiə sisteminin yaradılmasından imtina etməyəcək. Adının çəkilməsini istəməyən mənbə qeyd edib ki, Vyanada İran və "altılıq" ölkələri olan ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin və Almaniya arasında imzalanan saziş İranın nüvə təhlükəsini aradan qaldırmayıb. Bu səbəbdən də BMT Təhlükəsizlik Şurasının qətnaməsində BMT-nin İranın ballistik raket proqramı ilə bağlı sanksiyaları qüvvədə qalacaq. Onun sözlərinə görə, İran Yaxın Şərqdə ballistik raketlərin ən böyük ehtiyatına malikdir: "Bu raketlər ABŞ və beynəlxalq ictimaiyyətin narahatlıq mənbəyi olaraq qalır. Bu səbəbdən Avropada raketdən müdafiə sisteminin yaradılmasına ehtiyac var. Vaşinqton, əvvəlki kimi, müttəfiq və partnyorlarını ballistik raketlərin mümkün təhlükəsindən müdafiə etmə öhdəliyi daşıyır. Biz partnyorlarımızla birlikdə İranın raket proqramını sanksiyalar, ixracata nəzarət və raket texnologiyalarına nəzarət yolu ilə diqqətdə saxlayacağıq". Halbuki, ABŞ prezidenti Barak Obama 2009-cu ildə bildirib ki, İranın nüvə proqramı ətrafındakı problem həll olunsa, Avropada raketdən müdafiə sisteminin yaradılması məsələsi aradan qalxacaq. Bu fonda nüvə sazişini şərh edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Obamanın həmin bəyanatını xatırladıb. Rusiyalı nazir bildirib ki, Moskva Vaşinqtondan verilən sözün yerinə yetiriləcəyinə ümid edir". Amma ABŞ fərqli hərəkət edir və Rumıniyada Amerika raketlərinin yerləşdirilməsi istiqamətində fəal iş aparılır.
Bu fonda Rusiya Strateji Raket Qüvvələrinin keçmiş komandanı və hərbi müşavir Viktor Yesin Rusiyaya qarşı hər hansı hücum vəziyyətində ABŞ-ın Ruminiyadakı raket əleyhinə müdafiə sisteminin hədəfə alınacağını deyib. Yesin bildirib ki, indiyə qədər İranın nüvə proqramını təhdid hesab edən ABŞ Avropada raket qalxanı qurmağı planlaşdırırdı. Amma İranla razılaşmadan sonra Avropada quraşdırılacaq raket qalxanı hazırda ABŞ-Rusiya münasibətlərində ən böyük problemə çevrilib. İki dövlət arasında müharibə risqindən danışan mütəxəssis bunun üçün Rusiyanın hərbi planının artıq hazır olduğunu bildirib: "ABŞ müdafiə sistemlərinin Rumıniya hissəsi Vaşinqtonun Moskvaya hücumu vəziyyətində ilk hədəf olacaq".
Bu günlərdə isə Rusiya Strateji Raket Qüvvələri komandanlarından biri İqor Denisov ABŞ-ın yaratdığı təhdidlə bağlı dəmir yollarında hərəkətli nüvə raketlərindən müdafiə sisteminin quraşdırılması istiqamətində işlərin davam etdiyini deyib. Denisov layihənin 5 mərhələdə həyata keçiriləcəyini, hazırda ilk mərhələnin işlərinin davam etdiyini bildirib.
Baş verənləri şərh edən polşalı ekspert Vitold Vaşçikovskinin sözlərinə görə, Rusiya qorxusu hələ də Şərqi Avropanın canından çıxmayıb: "Vyana razılaşması İran tərəfindən olan təhdidi tam ləğv etmir, sadəcə, onu müəyyən qədər uzaqlaşdırır. Çünki İran hələ də, əvvəlki kimi, ballistik raket proqramlarını davam etdirir. Üstəlik, Amerika bazası Polşaya Vaşinqtonla strateji münasibətlərində element kimi gərəklidir. Hazırda bütün Şərqi Avropa Rusiyadan özünə təhdid hiss edir. Bundan başqa, məncə, Qərbi Avropanın bu təhdiddən daha yaxşı qorunmasını düşünmək və bunu təşkil etmək doğru deyil". Belə vəziyyətdə ABŞ Rusiyanın təcavüzkar hərəkətlərinə cavab vermək üçün Avropada yaxın və orta mənzilli raketlər yerləşdirməkdə də israrlıdır. Məlumata görə, hazırda administrasiya Rusiyanın orta və yaxın mənzilli nüvə raketlərinə dair müqaviləyə əməl etməməsinə cavab tədbirlərini müzakirə edir. Xatırladaq ki, 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanmış müqaviləyə əsasən, tərəflər orta və yaxın mənzilli raketləri tamamilə ləğv etməli idi. Lakin ötən ildən başlayaraq Rusiya nüvə başlığı daşıya bilən yaxın mənzilli "İsgəndər-M" raket komplekslərini Avropa ilə sərhəddə - Kalininqrad vilayətində yerləşdirib. ABŞ bunu Rusiyanın 1987-ci il müqaviləsini pozması kimi qiymətləndirib.
Rusiya isə ABŞ-ın Avropada raketdən müdafiə sistemi yerləşdirmək planlarını bu müqavilənin pozulması kimi qiymətləndirir. Bu səbəbdən Obama administrasiyası Rusiyaya qarşı cavab addımları hazırlayır. Bura Rusiyaya preventiv zərbə endirmək üçün Avropada orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi də daxildir.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının rəisi, general Martin Dempsinin administrasiyaya təqdim etdiyi məruzədə də bu barədə göstərilib.
Bu zaman üç variant nəzərdən keçirilir. Birinci variant Rusiyada raket bazalarına preventiv zərbələrin endirilməsi, ikinci variant Rusiyanı çəkindirmək üçün Avropada raketlərin yerləşdirilməsi, nəhayət üçüncü və ən yumşaq variant Rusiyadan buraxılan raketlərin havada məhv edilməsidir.
Nahid SALAYEV





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...

Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?

Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...

SON XƏBƏRLƏR

13.12.2025 / 23:06
Elxan Nəcəfov nazir olandan İstanbuldakı naxçıvanlı uşaqların təhsil hüququ pozulur...

13.12.2025 / 19:25
Rusiyadan ABŞ-a mesaj – o sənədlər bizi məmnun etməyə bilər…

13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi - saxlananlar var... -VİDEO

13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…

13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə - Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...

13.12.2025 / 17:06
Aeroportda özünü şübhəli aparan şəxsin mobil telefonundan görün nə çıxdı...

13.12.2025 / 16:49
İrandan gələn narkotiki Salyanda satmaq istəyənlər tutuldu

13.12.2025 / 16:31
Ərdoğandan Odessada türk gəmisinin vurulmasına reaksiya - onlara zərər vurar…

13.12.2025 / 16:18
Nizamidə quldurluq edib Tərtərdə gizlənirdi... yaxalandı...

13.12.2025 / 15:17
Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

13.12.2025 / 14:49
Trampın Avropanın daxili işinə müdaxiləsi kəskin rədd edildi...

13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...

13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...

13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı - təsadüf, ya....

13.12.2025 / 13:22
Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı

13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi

13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub

13.12.2025 / 09:23
Universitet tələbələrinin dərsliklərlə bağlı ciddi problemi yaranıb...

13.12.2025 / 08:46
Tikintilərdə işçi həyatının qiyməti "3 qəpik olub" - rəqəmlər dəhşətdir...

13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı – “Lukoil”un iki neft platforması vuruldu...

13.12.2025 / 00:48
Rusiya Ərdoğan-Putin görüşündən dərhal sonra Odessada Türkiyə gəmisini vurdu - Qara dəniz müharibə meydanına çevrilir...

12.12.2025 / 22:16
Gürcüstanda aksiya qadağaları sərtləşdirildi…

12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...

12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb... Overçuk yenə danışdı...

12.12.2025 / 21:19
Venesuela neft blokadasında - Maduro Belarusdan sığınacaq istədi...

12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...

12.12.2025 / 20:52
“Terrorsuz Türkiyə” ciddi problemlə üzləşib - cinayətə batmamış PKK-çı necə təyin ediləcək...

12.12.2025 / 20:39
Tramp 907-ni ləğv etməsə, Azərbaycanda hörmətdən düşəcək...

12.12.2025 / 20:30
Naxçıvanın Kültəpə kəndində yas mərasimində qazdan kütləvi zəhərlənmə - 23 qadın xəstəxanaya yerləşdirildi

12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?

12.12.2025 / 20:15
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

12.12.2025 / 20:12
Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi marşrutu Almaniyada nəzərdən keçirildi...

12.12.2025 / 19:58
AMEA-nın akademikləri də Mehdiyevin üzündən problem yaşayacaq...

12.12.2025 / 19:45
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır

12.12.2025 / 19:42
Rusiya Putinin həbsinə orderini qərar verən BCM hakiminə 15 il iş kəsdi...

12.12.2025 / 19:33
Aşqabadda bağlı qapılar arxasında 40 dəqiqlik zirvə - Ərdoğanla Putin nəyi müzakirə etdi...

12.12.2025 / 19:27
Krımda qanunsuz iş aparan Ermitaj alimi Polşada tutuldu - Qarabağı alt-üst etmiş əcnəbi alimlər isə...

12.12.2025 / 19:14
Məhkəmə sistemində tam yeni qurum yaradılır - rəqabət gözləntisi doğrulacaqmı?...

12.12.2025 / 19:08
Türkiyənin tarixi şəhəri - İzmir

12.12.2025 / 19:00
İran "mis mədənləri" ilə Ermənistanı Qərbin asılılığından qorumaq istəyir...

12.12.2025 / 18:53
Türkiyə səfiri: Heydər Əliyev qurucu bir liderdir

12.12.2025 / 18:47
Tramp NATO-dan çıxmaq adı ilə Avropanı şantaj edir(?)...

12.12.2025 / 18:35
Rəfail Hüseynov VHP-nin hansı(sa) nizamnamə maddəsini pozub?..

12.12.2025 / 18:21
Paşinyan “ermənilərin Qarabağa qayıdışı üzrə nə xəritə” hazırlayır...

12.12.2025 / 18:14
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...

12.12.2025 / 17:55
Merz Trampın Avropa siyasətinə sərt cavab verdi...

12.12.2025 / 17:46
ABŞ Avropanı parçalayır... 4 ölkə Avropa Birliyindən çıxacaq - Gizli plan sızdırıldı…

12.12.2025 / 17:34
Rusiya Belçikanın “Euroclear” şirkətini məhkəməyə verdi…

12.12.2025 / 17:25
Ailə sevgi və sədaqət ocağıdır

12.12.2025 / 17:20
ABŞ G7-yə alternativ yaradır - Rusiya və Çinin də daxil olacağı Core-5 qrupu…

12.12.2025 / 17:15
MEDİA nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

12.12.2025 / 16:55
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək - 2026-cı ilin astroloji-siyasi təhlili

12.12.2025 / 16:31
Trampın Ukrayna planının daha bir detalı ortaya çıxdı - silahsızlaşdırılmış zona Rusiya ərazisi kimi tanınacaq...

12.12.2025 / 16:14
Ukrayna Xəzərdə Rusiyanın iki gəmisini vurdu...

12.12.2025 / 16:01
Şahin Şıxlınskiyə yekun ittiham elan olundu - işi aparan və ifadə verənlər ermənilərdir...

12.12.2025 / 15:48
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır

12.12.2025 / 15:25
Şəhid ailələri üçün daşınmaz əmlakın qeydiyyatı rüsumlardan azad edilir

12.12.2025 / 15:11
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur...

12.12.2025 / 14:26
Kiyev Donbasda bufer zonanın yaradılmasını dəstəklədi, ancaq şərtləri var…

12.12.2025 / 14:06
Türkiyənin tanınmış müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başladı

12.12.2025 / 13:50
Azərbaycan əhalisinin sayı açıqlandı

12.12.2025 / 13:37
AMEA Ramiz Mehdiyevin akadamek adını alır

12.12.2025 / 13:28
Trampdan xəbərdarlıq - Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər

12.12.2025 / 13:10
Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir

12.12.2025 / 12:52
Ramiz Mehdiyevin Dövlət Şurası və “son siyahı”

12.12.2025 / 12:44
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib

12.12.2025 / 12:40
Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət etdi - FOTO

12.12.2025 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO

12.12.2025 / 12:07
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana gəlir

12.12.2025 / 11:25
Əli Əsədov: "Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır"

12.12.2025 / 11:18
"Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin işində fəal iştiraka hazırdır" – Baş nazir

12.12.2025 / 11:13
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

12.12.2025 / 11:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

12.12.2025 / 10:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

12.12.2025 / 09:57
Zelenskidən Donbasla bağlı təəccüblü açıqlama - referendum keçirilə bilər...

12.12.2025 / 09:25
MİDA-nın mənzillərindən "kiberbarmaqlar" kəsilmir ki, kəsilmir...

12.12.2025 / 09:06
Avropa Liqası - "Fənərbağça" darmadağınla qalib gəldi

12.12.2025 / 08:42
"Əldə balta ilə odun da doğramaq olar, adam da" - məktəbdə uşağa verilən suala baxın...

12.12.2025 / 00:31
Ukrayna Xəzərdə “Lukoil”un neft platformasını vurdu - 20-dən çox quyuda əməliyyatlar dayandı…

12.12.2025 / 00:06
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır

XƏBƏR ARXİVİ