Rusiya və ABŞ arasında yeni gərginlik yaranər... İki ölkə arasında son vaxtlar diplomatiyadan daha çox "hərbi təhdidlərin"ın önə çıxması vəziyyətin daha da gərgin olmasından xəbər verir.
Baki-xeber.com xəbər verir ki, dünən ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya daha güclü radar sistemləri yerləşdirməyə hazır olduğunu bəyan edib.
"Wall Street Journal” qəzeti yazır ki, Obamadan icazə gözləyən layihə ilə Ukraynada Kiyevə qarşı döyüşən separatçıların hərbi hərəkətlərinin daha yaxından izlənilməsi hədəflənir.
Qəzet ABŞ-ın Ukraynaya mənzili 10 kmdən çox olmayan 10 radarı yolladığını, əlavə 10 radarın da il sonuna qədər təslim ediləcəyini yazır. Ancaq indi sözügedən radarların Rusiyanı da hədəf alması barədə xəbərlər gündəmdən düşmür.
Belə bir vaxtda Rusiyanın ABŞ-ın Rumıniyaya raketdən müdafiə sistemləri yerləşdirməsinə cavab olaraq Krıma Tu-22M3 tipli bombardmançı təyyarələr göndərəcəyi bildirilir. Rusiya Amerika raket sistemini bombardmançı təyyarələrlə zərərsizləşdirməyi planlaşdırır.
Mənbənin sözlərinə görə, Rusiyanın səsdən sürətli döyüş təyyarələri – 4202-lər də ABŞ-ın raket müdafiə sistemlərinin təsirsiz vəziyyətə gətirilməsində mühüm rol oynayacaq: "Əgər Rusiyanın 4202 səsdən sürətli təyyarələri müvəffəqiyyətli olsa, ABŞ-ın raketdən müdafiə layihəsi təsirsiz vəziyyətə gələcək...".
"Interfax” da Müdafiə Nazirliyindəki mənbəyə istinadən yaxın vaxtlarda Krıma bombardmançı təyyarələr göndərməyi planladıqlarını yazır. Mənbə bunu ABŞ-ın Rumıniyaya raketdən müdafiə sistemləri yerləşdirməsinə cavab kimi dəyərləndirib.
Tu-22M3 tipli bombardmançı təyyarələrinin mənzilinin Qara dəniz sərhədlərini aşa biləcəyini deyən mənbə, bu təyyarələrin Krıma gəndərilməsilə Qara dəniz və ətrafında hava təhlükəsizliyinin gücləndiriləcəyini bildirib.
Digər tərəfdən Rusiya Strateji təyinatlı Raket Qoşunlarının komandanının müşaviri Viktor Yesin Rusiyaya hücum ediləcəyi halda, ABŞ-ın qlobal havadan müdafiə sisteminin harada olursa-olsun bütün hərbi obyektlərinin cavab hücumunun hədəfi olacağını bildirib.