"Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”. APA-nın xəbərinə görə, bu sözləri Bakıda mətbuat konfransı keçirən ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik deyib.
Ukraynanın Donbas regionundakı münaqişə ilə Azərbaycanın Dağlıq Qarabağ regionundakı münaqişənin nə ilə fərqləndiyi barədə suala C. Uorlik belə cavab verib: "Münaqişələr fərqlidir. Hər bir münaqişənin özünün mənbəyi, tarixi var. Ukrayna böhranı, Dağlıq Qarabağ və digər münaqişələr biri-birləri ilə müqayisə edilə bilməz. Hər bir münaqişəyə bilavasitə münaqişənin zəminindən asılı olaraq müxtəlif yanaşmalar olmalıdır. Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”.