Cümə günü, 27 noyabr 2026
     

Türkiyə PKK-dan sonra İŞİD-lə müharibəyə sürüklənir

Image


Qardaş ölkə təşkilatla iki maddəlik mübarizə planına start verir

İŞİD terror qruplaşmasına qarşı Türkiyənin hərbi qüvvələrini işə salması ilə bağlı Qərb ölkələrinin niyyəti reallaşmağa başlayır. İŞİD-in artıq Türkiyə, eləcə də Qafqazda getdikcə daha böyük təhdid mənbəyinə çevrilməsi region ölkələrini hərəkətə gətirməyə başlayıb. Hesab olunur ki, İŞİD indi zərərsizləşdirilməsə, daha böyük fəaləkətlərə səbəb olacaq.
Artıq Türkiyə Suriya ilə sərhəddə İŞİD-in fəaliyyətini izləmək üçün pilotsuz təyyarələrdən istifadə edir. Belə məlumatlar da səslənir ki, Ankara Suruç hücumundan sonra İŞİD-ə qarşı iki istiqamətdə hücuma keçməyə hazırlaşır. Plana görə, ilk növbədə İŞİD-in Türkiyədəki qolu zərərsizləşdiriləcək, ikinci istiqamətdə isə bu təşkilatlanmanı quran kritik adlar deşifrə ediləcək. Bununla da onların Türkiyədə fəaliyyəti əngəllənmiş olacaq. Qeyd edək ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 32-ni, yaralıların sayı isə 100-ü keçib. "Hurriyet Daily News" isə yazır ki, Türkiyənin milli kəşfiyyat xidməti ölkədə baş verə biləcək terror aktları barədə hüquq-mühafizə orqanlarını dəfələrlə xəbərdar edib. Türk kəşfiyyatının 7 İŞİD terrorçusunun Suriyadan ölkəyə terror aktı törətmək məqsədilə keçdiyindən xəbəri olub və bununla bağlı məlumatı müvafiq orqanlara ötürüb. Terroristləri zərərsizləşdirmək üçün Türkiyənin bir neçə şəhərində xüsusi əməliyyatlar həyata keçirilib, 97 nəfər saxlanıb. Lakin terrorçuların hamısını zərərsizləşdirmək mümkün olmayıb. Terrorun baş verdiyi Suruç şəhəri Suriya ilə sərhəddə Kobani qəsəbəsinə yaxın bir ərazidə yerləşir. Kürdlərin məskunlaşdığı Kobani qəsəbəsi uzun müddət İŞİD qrupunun işğalı altında qalmışdı. İŞİD-çilər son bir neçə həftədir Kobani yaxınlığında intiharçı bomba partlayışları həyata keçirir. Bu yolla onlar döyüşlərdə irəliləməyə nail olub və militantların paytaxtı olan Raqqa qəsəbəsinə hücumlar edəcəkləri ilə təhdid edən kürd qüvvələrinin diqqətini yayındırmağa çalışırlar.
Suruçda partlayış baş verdiyi an Kobani yaxınlığında da başqa bir partlayış olub. İntiharçı üzərindəki bombanı kürdlərin yoxlama məntəqəsi yaxınlığında partladaraq yarıhərbi dəstənin iki üzvünü öldürüb. Türkiyə rəsmiləri Kobanidə baş verən partlayışın Suruçda hücumun arxasında İŞİD-in olması ilə bağlı şübhələrin artırmasına gətirib çıxardığını bildirib. Hazırda Türkiyə rəsmiləri İŞİD yaraqlılarının Suruçda hücumla kifayətlənməyəcəyini hesab edir. Onlar bunun Ankaranın Suriyaya hərbi müdaxiləsi təhdidlərinə qarşı xəbərdarlıq olduğunu və Türkiyə sərhədində daha çox hücumların baş verəcəyini düşünür.
Bununla bağlı olaraq Türkiyə sərhəd bölgələrə əlavə qüvvə yeridib və kürd qüvələri, Suriya hökuməti, İŞİD militantları arasında münaqişənin sərhəddən ölkə daxilinə keçməməsi üçün hərbi qüvvələri hazır vəziyyətə gətirib. Ankara, Türkiyənin təhlükəsizliyi islamçı ekstremistlər və ya Suriya kürdləri tərəfindən pozulduğu halda, hərbi müdaxilə ilə bağlı xəbərdarlıq verib. Rəsmi Ankara kürdlərin Suriyanın şimal-şərqində özlərinin dövlətini yarada bilməsindən narahatdır. Suruçda baş verən hücum Türkiyə rəsmilərinin İŞİD-ə qarşı mübarizədə rolunu artırmağa başlamasından sonraya təsadüf edir.
Daha bir təhlükəli məqam odur ki, ölkənin cənubunda Suriyada döyüşən cihadçılara rəğbətin artması müşahidə edilir. Yerli sakinlər arasında bəziləri kürdlərə qarşı döyüşən İŞİD-ə rəğbətlə yanaşdıqlarını gizlətməyərək, kürdlərdənsə cihadçıların qonşuluqda olmasına üstünlük verdiklərini bildirir. Bu isə perspektivdə İŞİD təhdidini daha da artıra bilər.
Bir məqamı da xatırladaq ki, hələ iki il öncə Suriyada İŞİD və digər qruplaşmaların gücləndiyi vaxtda Türkiyənin müharibəyə cəlb edilməsi gündəmə gəlmişdi. Ankara o zaman Suriyada baş verənləri inqilab adlandırır, müxalifətə dəstəyini göstərirdi. Bu dəstək bu gün də davam edir. Hələ o vaxtdan Türkiyənin müharibəyə cəlb olunması istiqamətində qızğın iş gedir. Çünki bu baş verərsə, Türkiyə gücdən düşər və bu, müəyyən Qərb ölkələrinə də sərf edir. Qərb İŞİD-in Türkiyənin əli ilə zərərsizləşdirilməsinə indi daha çox maraq göstərir. Çünki İŞİD Qərbin özü də üçün də getdikcə ciddi təhdid mənbəyinə çevrilir. Məsələn, İngiltərənin "Sunday Mirror" nəşri yazır ki, Bosniya və Herseqovinanın bir kəndi yaxınlığında ərazi alan İŞİD terror qruplaşması buradan Qərbə qarşı hücumlar üçün baza kimi istifadə edə bilər. Nəşrin iddiasına görə, geniş meşələrlə əhatə olunan Osve kəndində indiyə qədər 12 terrorçu təlim alıb və döyüşmək üçün Suriyaya gedib. Bu kəndin çoxlu sayda sakininin Suriyaya getdiyini və axının hələ də davam etdiyini söyləyən terror mütəxəssisi Dzevaz Qalijaseviç İŞİD-in seçdiyi yerin əlçatmaz bir təpədə yerləşdiyini bildirib. Adının gizli qalmasını istəyən bir kəndli ingilis jurnalistlə söhbətində meşədən nizamlı şəkildə silah səslərinin eşidildiyini söyləyib.
"Sunday Mirror" nəşri 1990-cı illərdə müharibə gedən Bosniya və Herseqovinada silah və sursat təchizatının digər Avropa ölkələri ilə müqayisədə daha asan olduğunu qeyd edib. Xatırladaq ki, Rusiya xarici işlər naziri may ayında İŞİD terror qruplaşmasının Kosovo və Bosniya və Herseqovinanın bəzi bölgələrindəki hərəkətlərindən narahatlığını ifadə edib. Bu isə o deməkdir ki, İŞİD məhv edilməsə, onun Qərb üçün də təhlükəsi artacaq.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ