Cümə günü, 27 noyabr 2026
     

Bakı-Supsa Rusiya-Qərb münasibətlərini kəskinləşdirir

Image


Şimal qonşumuzla Qərb ölkələri arasında Ukraynaya görə kəskinləşən münasibət getdikcə daha da pisləşə bilər. Buna əsas səbəb Rusiyanın Gürcüstanda həyata keçirdiyi yeni işğal siyasətidir. Artıq bəlli olduğu kimi, Rusiyanın himayəsində olan Cənubi Osetiya sərhədlərini Gürcüstanın içərilərinə doğru genişləndirir və Bakı-Supsa boru kəmərinin bir hissəsi də işğal altına düşüb. Qeyd edək ki, bir müddət öncə Gürcüstanın bir neçə kəndi Cənubi Osetiyanın tərkibinə qatılıb.
Nəticədə Bakı-Supsa kəmərinin bir hissəsi də separat zonanın sərhədlərinə düşüb. Belə hesab olunur ki, Moskva bununla dayanmayacaq və işğal siyasətini daha da genişləndirəcək. Ukraynadan sonra atılan bu addımlar isə Qərbin Rusiyaya qarşı daha aqressiv mövqe sərgiləməsinə gətirib çıxarır.
İndiyə qədər Gürcüstan hökuməti Rusiyanın təcavüzlərini dayandırmaq məqsədilə Moskva ilə danışıqlar aparsa da, bu fayda verməyib. Gürcüstan xalqı hökuməti danışıqları dayandırmağa çağırıb. Amerikalı ekspert, Makkeyn İnstitutunun baş direktoru Devid Kremer qeyd edir ki, Tiflis Bakı-Supsa kəməri üçün əlavə marşrutlar axtarmamalı, cəbhədə işğala qarşı sərt mövqedə dayanmalıdır. Onun sözlərinə görə, ruslar hər zaman öz fəaliyyətlərinin haraya qədər gedə biləcəyini yoxlamaq üçün belə addımlar atır":Onlar indiki vəziyyətdə qəsdən elə ediblər ki, Bakı-Supsa neft kəməri onların tərəfinə düşsün. Gürcüstan və beynəlxalq ictimaiyyət bunu qəbul etməməli və daim həmin əraziləri geri qaytarmaq haqda bəyanatlar səsləndirməlidir. Gürcüstandakı işğal xəbəri bütün regiona təsir edir. Bununla da Kreml Avropa, Ukrayna, Moldovaya göstərir ki, istənilən zaman istənilən şeyi edə bilər. Bu hadisələr dünyanın başı Yunanıstan böhranı və İranın nüvə məsələsinə qarışdığı zaman baş verdi. Bu bizim üçün artıq xəbərdarlıq zəngidir. Ruslar göstərməyə çalışırlar ki, konflikt dondurulmayıb".
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvili isə xatırladır ki, Bakı-Supsa boru kəməri artıq uzun müddətdir Gürcüstanın işğal olunan ərazilərindən keçir: "Bakı-Supsa boru kəmərinə gəlincə, biz keçmiş Cənubi Osetiya ərazisinin də daxil olduğu "İşğal olunan ərazilər haqqında" qanuna nəzər salsaq görərik ki, bu boru kəməri artıq uzun müddətdir işğal altında olan ərazilərdən keçir. Bu gün işğal olunmuş ərazidə plakatların və bannerlərin yerləşdirilməsi baş verir, onlar irəli çəkilir və məsələ aktuallaşır". Nazirin sözlərinə görə, Rusiya təxribatlar törətməklə Gürcüstan ərazisindən enerji resurslarının daşınmasında ölkənin etibarlı tərəfdaş kimi nüfuzunu zərbə altında qoyur.
Artıq Avropa Şurası Parlament Assambleyası (AŞ PA) da sərhədin birtərəfli qaydada Rusiya sərhədçiləri tərəfindən dəyişdirilməsindən dərin narahatlığını bildirib.
AŞ PA prezidenti Ann Brassör bildirib ki, inzibati sərhədlərdə dəyişiklik etmək beynəlxalq hüquqa ziddir və yalnız gərginliyi artırır. O qeyd edir ki, əsas narahatlıq doğuran məsələ iqtisadi cəhətdən region üçün çox önəmli olan Bakı-Supsa neft kəmərinin həmin ərazidən keçməsidir. Ann Brassör bir daha Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və Rusiyanın hərəkətini ittiham edib. O qeyd edib ki, bu hərəkət hər iki tərəfdə yaşayan insanları bir-birindən daha da uzaq salır. Qeyd edildiyi kimi, belə vəziyyət Rusiya ilə Qərb arasında münasibətləri də kəskinləşdirir. Belə iddialar səsləndirilir ki, əslində, Moskva özü bu proseslərdə maraqlıdır.
Rusiyalı siyasətçi Konstantin Borovoy bu xüsusda maraqlı fikirlər səsləndirir. Onun sözlərinə görə, Rusiyanın qərb sərhədlərində Rusiya silahlı qüvvələrinin konsentrasiyası və prezident Vladimir Putinin militarist təbliğatı ölkənin böyük müharibəyə hazırlandığını göstərir: "Bir çox ekspertlərin qiymətləndirməsinə görə, Putin artıq yalnız Ukrayna və Baltikyanı ölkələrə qarşı deyil, həm də NATO-ya qarşı böyük təcavüzə hazırlaşır. Putin bundan əvvəl də təcavüzkar müharibələr aparıb. Gürcüstanın, daha sonra isə Ukraynanın müstəqilliyini pozub. İnsanların beyninə yeridirlər ki, Donbas hövzəsində müharibə yalnız Ukrayna ilə deyil, həm də Birləşmiş Ştatlarla gedir, bütün dünya Rusiyaya nifrət edir və onu tutmaq istəyirlər. Bildirilir ki, sanksiyalar Qərbin Rusiya Federasiyasına qarşı təcavüzkar siyasətinin nəticəsidir". Qərb isə hələlik Rusiyaya gərəyincə müqavimət göstərə bilmir. Lakin Ukraynanın "Qordon" nəşrinə açıqlamasında rusiyalı ekspert Slava Rabinoviç bildirir ki, əslində, ABŞ SSRİ-ni boğduğu kimi Putin Rusiyasını da boğur. Onun sözlərinə görə, ABŞ Rusiya ilə münasibətlərdə müəyyən taktiki güzəştlər edə bilər, amma Vaşinqton Rusiyanın hazırkı iqtidarının devrilməsində maraqlıdır":ABŞ-ın strategiyası əsla dəyişməyib. Vaşinqton üçün Putin rejimi qəbuledilməzdir və Amerika Avropanı tərk etməyəcək. ABŞ Putin rejiminin tədricən boğulması strategiyasını seçib. Eyni strategiya ilə Sovet İttifaqı da boğulmuşdu. ABŞ, həmçinin, Ukraynanın Avropa Birliyinin orbitinə cəlb edilməsi strategiyası aparır. Vaxtilə bu strategiya sayəsində Polşa, Çexiya, Slovakiya və Macarıstanı Avropa Birliyinin orbitinə cəlb etmək mümkün olub".
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ