Cümə günü, 27 noyabr 2026
     

Rusiyanın Bakı-Tiflis-Ceyhan niyyəti barədə sensasiyalı iddia...

Image


"Sürünən işğal"...

Tranzit əhəmiyyətinə görə Cənubi Qafqazın mühüm ölkələrindən biri hesab edilən Gürcüstanın Rusiya ilə münasibətləri yenidən kəskinləşməyə doğru gedir. Xüsusən də Rusiyanın nəzarətində olan separatçı bölgələrin öz ərazilərini genişləndirməyə başlaması olduqca kəskin vəziyyət yaradıb. Bu durumda sabiq prezident Mixeil Saakaşvilinin lideri olduğu "Milli Hərəkat" partiyası və bir neçə QHT-nin yüzlərlə üzvü Tiflisdə hökumətin Rusiya ilə bağlı apardığı siyasətə qarşı etiraz aksiyası keçirib.
Etirazçılar Gürcüstan hökumətini fəaliyyətsizlikdə ittiham edərək, Rusiya tərəfindən həyata keçirilən "sürünən işğal"a reaksiya verməyi və zərərli Abaşidze-Karasin danışıq formatının ləğvini tələb ediblər. Gürcüstan parlamentinin üzvü İrma Nadiraşvili bildirib: "Rusiya hər gün Gürcüstan ərazisini işğal edir. Buna baxmayaraq, hökumət bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Düşünürəm ki, xalq buna etiraz etməlidir. Hansı partiya tərəfdarı olmamızdan asılı olmayaraq, biz birlikdə Rusiya və Gürcüstan hökumətinin siyasətinə qarşı çıxmalıyıq". Birləşmiş Milli Hərəkatın üzvü Qiqa Bokeriya deyib: "Rusiyanın bu hərəkəti bizim dövlətçiliyimizə, azadlığımıza təhlükədir. Lakin əsas problem bu təhlükəyə qarşı çıxa biləcək qabiliyyəti olan hökumətin mövcud olmamasıdır. Ona görə də məqsədimiz bu hökuməti demokratik yolla devirmək və ölkəni müdafiə etmək üçün ordunu lazımı hazırlıq səviyyəsinə gətirməkdir". Xatırladaq ki, Rusiya hərbçiləri Gürcüstanın Tsxinvali bölgəsində işğal xəttini daha 1 kilometr qabağa çəkərək, bilavasitə Bakı-Supsa boru xəttinə yaxınlaşdırıblar. Hazırda işğal xətti strateji Bakı-Supsa kəmərinin cəmi 50 metrliyindən keçir. Cənubi Osetiyadakı Rusiya qüvvələri işğal xəttində qoyulmuş banerin 100 metrlik radiusunu "neytral zona" elan ediblər. Bu isə o deməkdir ki, strateji kəmərin bir hissəsi artıq işğal edilib. Qeyd edək ki, Tsxinvali bölgəsində Cənubi Osetiyanın "sərhədlərini" müəyyənləşdirən yeni məlumat lövhələrinin quraşdırılmasına münasibət bildirən Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan itirilmiş ərazilərin konstitusion üsullarla qaytarılmasına nail olmağa çalışacaq. Gürcüstan XİN bundan əvvəl məsələ ilə bağlı İsveçrə səfirliyi vasitəsilə Rusiyaya etiraz notası göndərib. Gürcüstan tərəfinin iddiasına əsasən, yeni məlumat lövhələrinin irəli çəkilməsi nəticəsində Bakı-Supsa neft borusu işğal olunmuş ərazidə qalıb.
Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin, öz növbəsində, məlumat lövhələrinin əvvəlki yerlərində olduğunu qeyd edib: "Sadəcə, onlar kimlərinsə tərəfindən yığışdırıldıqdan sonra yenidən bərpa edilib". Onun sözlərinə görə, məlumat lövhələrinin bərpası ilə bağlı qərar Rusiya hakimiyyəti tərəfindən yox, yerli Tsxinvali "hakimiyyəti" tərəfindən verilib.
Baş verənlər Qərbdə ciddi narahatlıq doğurub. Artıq BMT baş katibi və AŞ PA prezidenti də bu məsələyə dair narahatlıq bəyanatları ilə çıxış edib. BMT-nin baş katibi Ban Ki Mun qeyd edib ki, Cənubi Osetiyadakı bütün tərəflər provokativ addımlardan qaçmalıdır. Onun sözlərinə görə, tərəflər mövcud olan mexanizmlərdən istifadə edərək, gərginliyi aşağı salmalıdır. Fransanın "Le Blog Finance" nəşrinin yazdığına görə, bəlkə də gürcülər Cənubi Osetiyanın inzibati sərhədlərinə nəzarət edən Rusiya hərbçilərinin sərhəd xəttini göstərən lövhələri bir neçə yüz metr irəli çəkməsinə göz yumardı: "Çünki rusların sərhəd lövhələrinin yerini dəyişməsi nəticəsində Gürcüstanın Qori rayonunun onsuz da Tiflisin nəzarətində olmayan iki kəndi Cənubi Osetiyanın nəzarətinə keçib. Lakin məsələ ərazidə deyil, neftdədir. Cənubi Osetiyanın nəzarətinə keçən ərazidən strateji əhəmiyyətli Bakı-Supsa ixrac neft kəməri keçməsəydi, gürcülər buna o qədər də əhəmiyyət verməzdi. Rusiya hər gün öz piyadalarını bir az qabağa itələyir və havadan güclü neft qoxusu gəlir. Rusiya bununla Qərbə nümayiş etdirmək istəyir ki, onun Qafqazdakı strateji layihələrinin təhlükəsizliyinə təminat yoxdur. Kəmərin cəmi 1600 metrlik hissəsi Cənubi Osetiyadan keçsə də, bu kifayətdir ki, istəyəndə bütün kəmərin işini dayandırasan. Rusiya isə Qərbə onun Cənubi Qafqazdakı layihələrinin təhlükəsizliyinin təminat altında olmadığını sübut etmək üçün buna gedə bilər". Gürcü ekspert Vaxtanq Maisaya deyir ki, Rusiya Cənubi Osetiya ilə Gürcüstan arasında yeni sərhəd banerləri yerləşdirməklə kifayətlənməyəcək: "Ruslar daha da irəli gedə və Tiflis-Qori avtomobil yoluna da sərhəd banerləri qoya bilər". Qeyd edək ki, Tiflis-Qori magistralı Azərbaycanı Türkiyə ilə birləşdirən strateji əhəmiyyətli quru dəhlizidir. Hazırda sərhəd banerləri magistralın cəmi 350 metrliyindədir. Gürcü ekspertə görə, Rusiya Bakı-Tiflis-Ceyhan kəmərinə də əl uzada və onu nəzarət altına ala, daha sonra partlada bilər. Polşalı sovetoloq Anjey Lomanovski baş verənləri belə şərh edir ki, rusların məqsədi Gürcüstan ərazisindən keçən neft-qaz kəmərlərini, yəni Azərbaycan və Orta Asiyanın enerjidaşıyıcılarını Rusiyadan yan keçməklə Aralıq dənizi sahilinə çatdıran dəhlizi ələ keçirməkdir: "Gürcüstan ərazilərindən Türkiyəyə gedən boru kəmərləri Xəzər regionundan enerji resurslarını Moskvanın nəzarəti olmadan bazarlara çıxarmağa imkan verir. Bu, Azərbaycana və nisbətən az miqyasda Türkmənistana aiddir. Həmin kəmərlərin sayəsində Orta Asiya Rusiyanın nəzarətindən yayınmır: Moskva ilə razılaşmamaq olar, "Qazprom"dan və ya "Rosneft"dən , Kremlin kefinin necə olmasından asılılıq hiss etməmək olar və Aralıq dənizi istiqamətində xammalın nəqli üçün normal kontraktlar bağlamaq mümkündür".
Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Sesiaşvili isə bildirir ki, Gürcüstan kəndlərini Cənubi Osetiyaya qatmaq Rusiyanın təşkil etdiyi kəşfiyyat əməliyyatı idi. Onun sözlərinə görə, bu əməliyyatın keçirilməsi Rusiya tərəfindən dəqiqliklə planlaşdırılıb: "Bunun hamısının gələcəyə hesablanmış hədəfləri var. Siz xəritəyə nəzər salsanız görərsiniz ki, məhz irəliləmənin əsas məqsədi boru kəməridir. Mən deyərdim ki, bu, hazırkı dövrdə Rusiya tərəfindən həyata keçirilən kəşfiyyat əməliyyatıdır".
Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ