"Terrora qarşı mübarizədə sözlə kifayətlənməyib, artıq hərəkətə keçərək iş görmək vaxtıdır”. Türkiyə informasiya agentliklərinin məlumatına görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan Sürucdakı terror aktı ilə bağlı çıxışında deyib.
Ərdoğan bildirib ki, terrorun dini, vətəni və milləti yoxdur, terrorçuluğa qarşı beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparılmalıdır.