Dünya ictimaiyyəti dərhal bütün diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməlidir. Bunu Trend-ə siyasi analitik, Markette Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti Piter Teys deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 25 ildən çoxdur ki, öz həllini tapmır, Ermənistan silahlı qüvvələri daim atəşkəs rejimini pozur.
Ekspertin sözlərinə görə, 2005-ci ildən Dağlıq Qarabağ əhalisinin sayında əhəmiyyətli artım müşahidə edilmir: "İnfrastrukturun zəif inkişaf etdiyi, cüzi iqtisadi fəallıq və müxtəlif xidmətlərə məhdud çıxışı olan bu ərazidə ermənilər çətin şərtlər daxilində yaşayırlar”.