Cümə günü, 27 noyabr 2026
     

Bakı-Supsa kəməri ətrafında gərginlik davam edir

Image


Azərbaycan neftinin əsas ixrac marşrutlarından biri hesab edilən Bakı-Supsa kəməri ətrafında yaranan qalmaqallar hələ də səngimir. Proseslər isə göstərir ki, Gürcüstanın separatçı rejimləri tərəfindən kəmərə yaranan təhdid artmaqda davam edərsə, Azərbaycan bu istiqamətdə neft daşınmaları üçün alternativ marşrutlardan istifadə edəcək. Yaxud kəmərin nəql istiqaməti ilə bağlı dəyişikliklərin olması mümkündür.
Artıq qeyd olunan məqamlarla bağlı ilkin anonslar verilib. Xatırladaq ki, Rusiya hərbçiləri Gürcüstanın Tsxinvali bölgəsində işğal xəttini daha 1 kilometr qabağa çəkərək bilavasitə Bakı-Supsa boru xəttinə yaxınlaşdırıblar. Hazırda işğal xətti strateji Bakı-Supsa kəmərinin cəmi 50 metrliyindən keçir. Cənubi Osetiyadakı Rusiya qüvvələri işğal xəttində qoyulmuş banerin 100 metrlik radiusunu "neytral zona" elan ediblər. Bu isə o deməkdir ki, strateji kəmərin bir hissəsi artıq işğal edilib. Son məlumatlara görə, Rusiya hərbçiləri Cənubi Osetiya ilə Gürcüstan arasında sərhəd xəttini göstərən lövhələri hazırda tikintisi davam edən, Azərbaycanla Türkiyəni birləşdirəcək Tiflis-Qori şosse yoluna olduqca yaxın məsafədə yerləşdirib. Bununla da yolda hərəkət faktiki olaraq Rusiya ordusunun nəzarəti altına keçmiş olur.
Hələlik isə kəmərlə bağlı yaranan problemin diplomatik müstəvidə həlli üçün cəhdlər edilir. Artıq Gürcüstanın Xarici İşlər Nazirliyi İsveçrə səfirliyi vasitəsilə Rusiyaya etiraz notası göndərib. Bildirilir ki, Gürcüstan tərəfinin təşəbbüsü ilə İsveçrənin bu ölkədəki səfiri Günter Bexler arasında görüş olub. Görüşdə tanınmayan Cənubi Osetiya ərazisində çəkilən tikanlı tellərin və hasarın Gürcüstanın içərilərinə doğru girdiyi vurğulanıb. Günter Bexler qeyd edib ki, Rusiyanın bu hərəkəti adi hal deyil və ona uyğun münasibət bildirilməlidir.
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvili də məsələ ilə bağlı maraqlı məqamlar açıqlayıb. O bildirib ki, Bakı-Supsa boru kəməri artıq uzun müddətdir ki, Gürcüstanın işğal olunan ərazilərindən keçir: "Bakı-Supsa boru kəmərinə gəlincə, biz keçmiş Cənubi Osetiya ərazisinin də daxil olduğu "İşğal olunan ərazilər haqqında" qanuna nəzər salsaq görərik ki, bu boru kəməri artıq uzun müddətdir işğal altında olan ərazilərdən keçir. Bu gün işğal olunmuş ərazidə plakatların və banerlərin yerləşdirilməsi baş verir, onlar irəli çəkilir və məsələ aktuallaşır". Nazirin sözlərinə görə, Rusiya təxribatlar törətməklə Gürcüstan ərazisindən enerji resurslarının daşınmasında ölkənin etibarlı tərəfdaş kimi nüfuzunu zərbə altında qoyur.
Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze isə bundan əvvəl bildirib ki, Bakı-Supsa boru kəmərinin işində problemlər yaranarsa, hökumət alternativ layihə üzərində işləyəcək: "Mən baş nazirlə də boru kəməri üçün yaranan təhlükə barədə çoxdan danışmışam. Boru kəməri üçün təhlükə yaranacağı halda alternativ layihə mövcuddur və onun həyata keçirilməsi problem olmayacaq. Biz boru kəməri üçün problem görsək, dərhal yeni boru kəməri işə sala bilərik. Burada 1500-1600 metrlik yeni xəttin tikintisindən söhbət gedir. Layihə artıq mövcuddur".
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov da məsələ ilə bağlı mövqeyini açıqlayıb: "Hesab edirəm ki, Bakı-Supsa neft kəmərinin marşrutu dəyişdirilməsə belə, bu, kəmər üçün hansısa problem yaratmayacaq". E.Nəsirovun sözlərinə görə, Azərbaycanın həmin nefti digər yollarla Supsa limanına çatdırmaq imkanları mövcuddur: "Düşünürəm ki, Bakı-Supsa kəmərinin Cənubi Osetiya ərazisindən keçən bir neçə kilometrlik hissəsinin marşrutu dəyişdirilməsə belə, çətinlik olmaz. Çünki 2008-ci ildəki münaqişədən sonra Gürcüstan və Cənubi Osetiya arasında razılıq əldə edilib. Digər tərəfdən də hansısa problem yaransa, bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq". Beləliklə, əsas ehtiyat variant Supsaya neftin digər yollarla çatdırılmasıdır. Hesab olunur ki, Cənubi Osetiyada Bakı-Supsa boru kəmərinə təhdid davam edərsə, ehtiyat variant işə salınacaq.
Xatırladaq ki, "sərhəd xəttinin" 2008-ci ilin avqustunda bağlanmış atəşkəs sazişində müəyyən edilmiş təmas xəttindən irəli çəkilməsi nəticəsində Bakı-Supsa neft kəmərinin 1,5 kilometrlik hissəsi Rusiya hərbçilərinin nəzarət etdiyi ərazilərdə qalıb. Kəmərin operatoru olan BP şirkəti də bildirib ki, Bakı-Supsanın marşrutunu dəyişməyə hazırdır. Məsələyə Qərb dövlətləri tərəfindən də sərt reaksiya verilməsi gözlənir.
Nahid SALAYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ