Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikası prezidenti Ramzan Kadırov İŞİD-in Şimali Qafqazda heç bir baza və ya şöbə qurmasına imkan verməyəcəklərini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Çeçenistanda təhlükəsizlik qüvvələrinin manevrlərindən danışan Kadırov bölgədə IŞİD-in fəaliyyət göstərmədiyini bildirib. Kadırov "Bu" İblis dövləti"ndən eşidirik ki onlar Şimali Qafqazda şöbə açıblar. Bu şeytanlara inanmayın. Çeçenistan Respublikasında onların baza, şöbə və hətta qoxusu belə olmadı və olmayacaq da" – deyə bildirib.
Çeçenistanda İŞİD-in hərəkət etməsinə fürsət verməyəcəklərini ifadə edən çeçen lider, bölgədə əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib.