Cümə günü, 27 noyabr 2026
     

“Sərkisyan dəli deyilsə, o Gürcüstana hücuma hazırlaşır”

Image


"BRİKS, ŞƏT və AİB-in birgə sammitində Ermənistan prezidenti Serj Sərkisyanın çıxışı Ermənistanın müasir vəziyyətinin üstünə işıq saldı. Blef ustası olan Serj Sərkisyan Qərbi çıxmaq şərti ilə dünyanın ən güclü dövlətlərini birləşdirən qurumların sammitində Ermənistanı mühüm əhəmiyyətli ölkə kimi təqdim etdi. Sanki Çində və Rusiyada siyasi analitikanın mövcud olmaması barədə prezident S.Sərkisyanın dəqiq məlumat var". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, S.Sərkisyan vaxtilə Qərbdə istifadə etdiyi blef mexanizmlərini ŞƏT və AİB müstəvisinə ekstrapolyasiya etdi: "Təxminən 15-20 il bundan qabaq ermənilər Qərbdə özlərini belə təqdim edirdilər. Guya ən vacib tranzit ölkə Ermənistandır, Ermənistanın geosiyasi resursları hədsiz çoxdur. Hətta Polşa prezidentlərindən biri Əfqanıstana gedən yolun Ermənistan üzərindən keçdiyini təsəvvür edirdi və yolüstü tranzit kimi Ermənistan ərazisindən istifadə etdi".

M.Əhmədoğlu qeyd edib ki, hər halda Ermənistanda ümid edirlər ki, vaxtı ilə Qərbi aldada bildikləri kimi indi də "Şərqi” aldada biləcəklər: "Serj Sərkisyanın "İran-Ermənistan Dəmir Yolu” və "İpək Yolu” barədə dediklərindən 3 etirafı aydın görünür:

* Ermənistanın indiki vəziyyətdən çıxması üçün özünün resursu yoxdur.

* Ermənistan bütün müttəfiqlərinin resurslarını xərcləyib, onlardan yeni resurs gözləmir.

* Ermənistanın ümidi yalnız nüvə danışıqlarını uğurla başa vuran İranadır. Ermənistanın inkişafı üçün onun Türkiyə və Azərbaycanla münasibətini dəyişəcəyinə ümid etməyə əsas yoxdur".

Mərkəz rəhbəri hesab edir ki, Rusiyanın Abxaziya ilə son imzaladığı müqavilələr Gürcüstanla Abxaziyanın birgə əməkdaşlıq etmək imkanını sıfıra endirdi: "Rusiya Abxaziyanın müstəqilliyini tanıyıb, müxtəlif addımlarla o Abxaziya siyasətini daim gücləndirir və Abxaziyanın müstəqilliyinin tanınmasından imtina edilməyəcəyini dəfələrlə bəyan edib. Gürcüstan özünü müvəqqəti uduzmuş hesab edir. Rəsmi Tbilisinin bütün hesablamaları Qərblə əməkdaşlıq edərək Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq üzərində qurulub. Bəzi rusiyapərəstlər isə dərin əməkdaşlığa gedərək Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyirlər. Gürcüstanda Abxaziyanın müstəqilliyini tanımağa hazır olan qüvvə yoxdur və yaxın zamanlarda da görünmür. Abxaziya isə dəmir yolu ilə danışıqlarda yalnız müstəqil tərəf kimi görünmək niyyətindədir".

Politoloq sonra vurğulayıb ki, Rusiyanın Ermənistandan ötrü Abxaziyanı sındırmaq niyyəti yoxdur: "Rusiya hazırda Ermənistanla dəmir yolu əlaqəsi üçün Mehri dəmir yolunun açılması barədə düşünə bilər. Rusiyanın bəzi hərəkətlərindən bunu sezmək olur. Rəsmi Gürcüstan Gürcü-abxaz dəmir yolunun fəaliyyətə başlamayacağı ilə bağlı dəfələrlə bəyanat verib. Bütün gürcü ekspertləri yaxın zamanlarda gürcü-abxaz dəmir yolunun açılmasının qeyri-mümkünlüyünü bildiriblər. Hətta erməni siyasətçilərinin də bu mövzuda entuziazmı azalıb. Belə vaxtda S.Sərkisyan dünyanın yeni qütbünün rəhbərləri qarşısında yalan danışdı".

M.Əhmədoğlu deyib ki, S.Sərkisyan dünyanın yeni qütbünün başçılarına hörmətsizlik nümayiş etdirdi: "Bu artıq S.Sərkisyanın ağlını itirdiyini və dəli olduğunu göstərir. Yox əgər dəli deyilsə, Gürcü-abxaz dəmir yolunun açılmasına inanırsa, deməli yaxın vaxtlarda Gürcüstanda təlatümlü hadisələr proqnozlaşdırılır. S.Sərkisyan prezidentdir, deməli məlumatlı şəxsdir. Belə inamı məlumata söykənirsə mümkündür ki, Gürcüstanda müharibənin başlamağından xəbəri var. Amma Rusiya Gürcüstana qarşı indi müharibəni özü başlamayacaq. Abxaziyanı da Gürcüstana qarşı müharibəyə qızışdırmayacaq. Gürcü-abxaz dəmir yolunun açılması üçün Gürcüstanın mövqeyinin dəyişməsi Ermənistana lazımdır. Ermənistan özü Rusiyanın imkanlarından istifadə edərək Gürcüstan üzərinə hücuma keçsin".

Mərkəz rəhbəri sonra əlavə edib ki, ermənilər dəfələrlə sübut ediblər ki, özlərinin cüzi maraqlarının təmin olunması üçün qonşularında böyük faciənin olmasının tərəfdarıdırlar: "Amma müharibənin olması da İran-Ermənistan dəmir yolunun fəaliyyətə başlaması anlamında deyil. Çünki müharibənin nəticələrinin aradan qaldırılması, işğalçı müharibədən sonra investorların tapılması müşkül məsələdir. Prezident S.Sərkisyanın İran Ermənistan dəmir yolunun texniki iqtisadi əsaslandırılmasının hazır olması barədə dedikləri isə blefin ikinci serialıdır. Bu texniki əsaslandırmanı hazırlayan "Rasia” şirkətinin prezidenti Cozef Borkovski blef yaratmaq qabiliyyətinə görə, təxminən S.Sərkisyanla eyni səviyyədədir. Amma o texniki əsaslanmanı hazırladıqdan sonra layihənin reallaşması üçün bir sıra şərtlər irəli sürdü. O şərtlərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, digəri isə gürcü-abxaz münaqişəsinin tənzimlənməsinə aiddir. Heç bir münaqişənin tənzimlənməsində hələlik irəliləyiş yoxdur. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş isə yalnız Ermənistandan asılıdır. Özündən asılı olan işi etmədən Gürcüstandan bunu tələb etmək S.Sərkisyanın tərbiyəsinin yol verdiyi məsələdir. Amma gürcülər də Qafqaz xalqıdır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ