Cümə günü, 27 noyabr 2026
     

Azərbaycan ATƏT-in 40 illik tarixinə fundamental islahat təklifləri verdi

Image


Qabil Hüseynli: "Biz bu məsələyə yalnız tənqidi aspektdən yanaşa bilərdik"

"Çünki beynəlxalq hüququn ən kobud şəkildə pozulmasını öz üzərində hiss edən ölkənin bundan artıq münasibəti ola bilməzdi"

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Helsinki Yekun Aktının 40 illiyi ilə bağlı iyulun 10-da Helsinkidə keçirilmiş ATƏT-in yüksək səviyyəli qeyri-rəsmi görüşünə dair mətbuata açıqlama verib.
İyulun 10-da Helsinki şəhərində Helsinki Yekun Aktının imzalanmasının 40 illiyi münasibətilə ATƏT-in qeyri-rəsmi yüksək səviyyəli görüşü keçirilib. Tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib.
XİN bildirir ki, tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyəti toplantı iştirakçılarının diqqətini ATƏT məkanındakı həll olunmamış münaqişələrə çəkərək, Helsinki Yekun Aktında təsbit olunmuş dövlətlərarası münasibətlərin prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunan bu münaqişələrin Avropa təhlükəsizlik sistemində müşahidə olunan böhranın kökündə dayandığını və bu münaqişələrin son 25 il ərzində həll edilməmiş qalmasının bütövlükdə ATƏT regionunda sülh və təhlükəsizlik üçün ən ciddi hədə olduğunu vurğulayıb.
Nümayəndə heyəti tərəfindən qeyd edilib ki, Helsinki Prinsiplərinin və ATƏT-in digər öhdəliklərinin iştirakçı dövlətlər tərəfindən təhrif edilməsi, onların tətbiqində selektiv yanaşmaya və ikili standartlara yol verilməsi ATƏT məkanında qeyri-sabitliyin yaranmasına səbəb olur, eləcə də mövcud münaqişələrin nizama salınması proseslərində durğunluğa gətirib çıxarmaqla onların yenidən alovlanması risqini doğurur. Xüsusilə xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etmə hüququnun bəzi ATƏT iştirakçı dövlətləri tərəfindən özlərinin qanunsuz əməllərini, o cümlədən dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə və ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətləri ört-basdır etmək məqsədilə təhrif edilməsinin münaqişələri doğurduğu və onların həlli yolunda ciddi əngəl olduğu qeyd edilib.
Bu xüsusda, bir təşkilat kimi, ATƏT-in fəaliyyətinin əsasını təşkil edən prinsiplərə hər hansı selektiv yanaşma və ikili standart olmadan əməl edilməsinin təmini istiqamətində fəaliyyətinin gücləndirilməsinin münaqişələrin həlli prosesinə töhfə verə biləcəyi vurğulanıb.
Toplantıda çıxış edən iştirakçı dövlətlərin mütləq əksəriyyəti tərəfindən Helsinki Yekun Aktının dövlətlərarası münasibətlər kontekstində öz əhəmiyyətini qoruyub saxladığı və Avropa təhlükəsizliyi sistemində mövcud böhrandan çıxış yolunun yalnız Helsinki Dekaloquna qeyd-şərtsiz əməl edilməsindən ibarət olduğu ifadə edilib. Bu müstəvidə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının xüsusi əhəmiyyət kəsb etdiyi və münaqişələrin həlli istiqamətində səylərin intensivləşdirilməsinin vacib olduğu bildirilib.
Politoloq Qabil Hüseynli Azərbaycan nümayəndə heyətinin ATƏT-lə bağlı fikirlərini normal qarşıladığını bildirdi: "Düz 40 il bundan öncə, 1975-ci ildə dünya liderləri bir araya gələrək qlobal qarşıdurma risqlərini azaltmaq məqsədilə beynəlxalq münasibətlərdə yeni prinsipləri müəyyənləşdirən və tarixə Helsinki Yekun Aktı kimi daxil olan bir sənəd imzaladılar. Bu sənəd Avropanın təhlükəsizlik arxitekturasını yenidən qurmalı və dövlətlər arasında sülh və əminamanlıq çərçivəsində əməkdaşlıq imkanlarını artırmalı idi.
Lakin keçən bu müddət ərzində dünyada kifayət qədər münaqişə və qarşıdurma baş versə də, bəzi hallarda isə beynəlxalq hüquq normaları ciddi şəkildə pozulsa da, Helsinki prinsipləri hələ də öz aktuallığını və əhəmiyyətini qorumaqdadır. Çünki bu norma və prinsiplərə alternativ yoxdur və onların dəyişdirilməsi dünyada çox ciddi fəlakətlərə və bizim təxmin edə bilməyəcəyimiz fəsadlara gətirib çıxara bilər. Buna görə də ATƏT PA-nın Helsinkidə keçirilən və Helsinki Yekun Aktının qəbul edilməsinin 40 illiyinə həsr olunan 24-cü yay sessiyası hər bir dövlət, xüsusilə də bu prinsiplərin pozulmasından əziyyət çəkən və işğala məruz qalan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Tam haqlı olaraq Azərbaycan tərəfi ATƏT-in passivliyinə irad tutub və münaqişə ilə bağlı bir addım da olsun irəliyə gedə bilməməsini diqqətə çatdırıb. Bəllidir ki, Azərbaycana münasibətdə Helsinki Aktinın əksər müddəalarının tələbləri pozulub. Biz bu məsələyə yalnız tənqidi aspektdən yanaşa bilərdik. Çünki beynəlxalq hüququn ən kobud şəkildə pozulmasını öz üzərində hiss edən ölkənin bundan artıq münasibəti ola bilməzdi".
Məhəmmədəli QƏRİBLİ






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ