çərşənbə günü, 21 oktyabr 2026
     

Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

Image


Qasım Hacıyev: “Ümumdünya Kilsələr Şurasının bu bəyanatının altında başqa məqsədlər dayanır”

Ermənistan hakimiyyəti ilə Erməni Qriqoryan Kilsəsi arasında baş verən qarşıdurma getdikcə daha geniş miqyas alır.

Nikol Paşinyanla katolikos II Qaregin (Ktriç Nersisyan) qarşılıqlı olaraq bir-birinin istefasını tələb edirlər. Paşinyan katolikosu ən müxtəlif məsələlərdə - əxlaqdankənar davranışlarda, İsa Məsih yoluna xəyanətdə suçlayır və bəyan edir ki, belə bir adam dini rəhbər ola bilməz, təcili surətdə postunu tərk etməlidir. Amma katolokos da xaricdəki havadarlarına və daxildəki qüvvələrə arxayın olub Paşinyana ciddi müqavimət göstərir, istefaya getmək fikrində olmadığını sərgiləyir. Bu arada Paşinyanın erməni kilsəsinə elan etdiyi müharibəni tənqid edənlər də yox deyil. Bu günlərdə Rusiyadan Paşinyanın bu siyasətinə qarşı etirazlar gəldi. Bundan əvvəl erməni-qriqoryan kilsəsinin aparıcı simalarından olan Böyük Kilikiya Evinin katolikosu I Aram da II Qaregini və erməni kilsəsini dəstəklədiyini bəyan etdi və Paşinyanın kilsəyə qarşı addımlarını sərt tənqid etdi. İndi də Ümumdünya Kilsələr Şurası (ÜKŞ) bəyanat yayaraq Ermənistandakı Erməni Apostol (əslində Qriqoryan) Kilsəsi ilə bağlı son hadisələrdən, o cümlədən hüquq-mühafizə orqanlarının hərəkətlərindən və yüksək rütbəli ruhanilərin həbsindən dərin narahatlığını ifadə edib.

“Müqəddəs məkanlarda güc tətbiq edilməsi və ruhanilərin saxlanması ilə bağlı xəbərlər dini etiqad azadlığının qorunması, ibadətlərin müqəddəsliyi və dini qurumların muxtariyyəti ilə bağlı ciddi narahatlıq doğurur.Biz həmçinin regional gərginlik dövründə ictimai ritorikanın göstərə biləcəyi təsirləri də bilirik. Dini icmalara qarşı düşmənçilik və ya alçaldıcı kimi qəbul edilə bilən bəyanatlar birlik və anlaşmaya ən çox ehtiyac duyulduğu bir vaxtda sosial parçalanmaları daha da gücləndirmək risqi daşıyır”-deyə Ümumdünya Kilsələr Şurasının bəyanatında bildirilib.

ÜKŞ Ermənistan hökumətini dini dəyərlərə hörmət etməyə çağırıb.

Ümumdünya Kilsələr Şurasının erməni kilsəsini müdafiə etməsi nə deməkdir?

“Bu Şura erməni kilsəsini müdafiə adı altında Paşinyan hakimiyyətinə təzyiq göstərmək, onun siyasətinə təsir etmək istəyir”

Mövzu ilə əlaqədar professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ÜŞK-ın Erməni Qriqoryan kilsəsinin müdafiəsinə qalxması, ayrıca bəyanat verməsi təsadüfi deyil. Q.Hacıyev qeyd etdi ki, bu gün dünyada gedən proseslərə nəzər salsaq burda xristian həmrəyliyinin olduğunu aydın görə bilərik. “Nikol Paşinyanın erməni kilsəsinə qarşı müharibə elan etməsi Ermənistanın daxilindəki gərginlikdən xəbər verir. Artıq erməni kilsəsinə inam azalmaqdadır, Paşinyan kilsənin “ipliyini bazara çıxarıb”. II Qaregin daxildən dəstək ala bilmir, ümidi xaricdəki xristan təşkilatlara və arxasında duran məlum dövlətlərə qalıb. Erməni kilsəsi həmişə dara düşəndə və daxildən dəstək ala bilməyəndə xaricdəki havadarlarından kömək istəyir və xristan həmrəyliyinə sığınır. Erməni Qriqoryan kilsəsi Paşinyana qarşı mübarizəsinə artıq dünya xristianlıq mərkəzlərini cəlb edir. Erməni kilsəsi həmişə çalışır ki, xristian təəsssübkeşliyindən sui-istifadə etsin. Burda bir məsələ də var ki, bu, Ermənistanın və ermənilərin öz daxili işdir, amma ÜKŞ-ın Paşinyanla II Qareginin qarşıdurmasına müdaxilə etməsi, Paşinyana qarşı olması suallar doğurur. Ümumdünya Kilsələr Şurasının erməni kilsəsini müdafiə etməsi onun Ermənistanın daxili işlərinə qarışması deməkdir.

ÜKŞ unutmamalıdır ki, erməni kilsəsi öz etibarını itirmiş, revanşizimi, işğalı təbliğ edən bir qurumdur”.

Q.Hacıyevin sözlərinə görə, o təşkilat unutmamalıdır ki, xristian aləmənə təfriqə salan “xristian həmrəyliyi” bayrağı altında hərəkət edən ermənilər olub və bu baxımdan erməni kilsəsinin “başını sığallamaq” yaxşı hal deyil. “Əslində, Ümumdünya Kilsələr Şurasının bu bəyanatının altında başqa məqsədlər dayanır. Bu şura erməni kilsəsini müdafiə adı altında Paşinyan hakimiyyətinə təzyiq göstərmək, onun siyasətinə təsir etmək istəyir. Burda söhbət Qriqoryan kilsəsinin müdafiəsindən getmir. Ermənistanda kim imkan vermir ki, dindarlar gedib dini ayinləri icra etsinlər, dinlə məşğul olsunlar? Erməni kilsəsi özü dinlə məşğul olmur. Eçiməidzin, Qriqoryan kilsəsi siyasətdən əl çəkmək istəmir, yenə də əvvəlki “hakimiyyətini”, “hökmranlığını” həyata keçirmək istəyir, hakimiyyəti idarə etmək iddiasını davam etdirir. Kilsə istəyir ki, Paşinyanın komandası onun sözü ilə oturub-dursun. Bu o erməni kilsəsidir ki, müharibə dövründə xalqın qanı üzərindən milyardlar qazanıb, bir çox çirkin əməllər həyata keçirib. Ona görə də bu gün erməni kilsəsinin müdafiəsi adı altında Ümumdünya Kilsələr Şurasının erməni kilsəsinə himayədar çıxmaq niyyəti səmimi deyil”.

Q.Hacıyev qeyd etdi ki, Köçəryandan, Sarkisyandan fərqli olaraq, Paşinyan daha mütərəqqi mövqe tutur və Ermənistanı kilsənin əlindən xilas etmək, onu regionda müstəqil bir dövlətə çevirmək istəyir, amma bəzi dövlətlər bunu istəmir, bu ölkəni alət kimi, əlaltı kimi görmək istəyir və onların bu niyyətlərinin həyata keçməsinə də erməni kilsəsi kömək edir. “Ermənistanda bir az dirçəliş hiss olunan kimi kilsə ortaya düşür, həmin dövlətlər, təşkilatlar dini rıçaqları işə salır, hakimiyyətə təsir etmək istəyirlər və edirlər də. Son dövrlər gedən proseslər bunu təsdiqləyir...”

Q.Hacıyevin sözlərinə görə, bu gün Ermənistan yürütdüyü yanlış siyasət üzündən Avropa dövlətlərin, diasporun yardımı ilə özünü ayaqda saxlayır.

“Ermənistanın sosial, siyasi, iqtisadi sahələrdə heç bir ciddi göstəricisi yoxdur. Ermənistanın son illərdə “qazancı” qonşu dövlətlərə qarşı ərazi iddialarıdır, təcüvüz planlarıdır, revanşizmdir, radiklizmdir. Bu ölkənin bu təcavüzkar planları, işğalçılıq siyasəti onu başqa dövlətlərdən aslı vəziyyətə salıb. Ermənistanın daxilində dərin bir böhran var və onlar çıxılması çətin olan bataqlığa yuvarlanıblar. Əlbəttə, bütün bunların da baiskarı uzun illərdir ermənilərə rəhbərlik edən erməni kilsəsidir. Kilsə Ermənistan dövlətinin inkişafına, tərəqqisinə imkan verməyib, nəticədə də ölkədə bu qədər özbaşnalıq, anarxiya mövcuddur. Bunu göstərməməyə çalışırlar, amma gizlədə bilmirlər”-deyə professor Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu da İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ