Cümə günü, 27 noyabr 2026
     

Sanksiyalardan qurtulan İran artıq TAP və TANAP-la maraqlanır

Image


İran və "altılıq" ölkələri arasında sazişin imzalanması hər iki tərəfin qələbəsi hesab edilir. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, tərəflər arasında İranın nüvə proqramı ilə bağlı çoxillik problemin nizamlanması haqqında sazişin imzalanması İran, "altılıq ölkələri" və bütün regionun qələbəsidir: "Bu, hamı üçün böyük və çox vacib hadisədir. Sanskiyaların ləğvi İran və region ölkələri arasında əlaqələrin inkişafına təkan verəcək".

Diplomatın sözlərinə görə, İran sübut etdi ki, heç vaxt nüvə silahı istehsal etməyə hazırlaşmayıb: "Diplomatlarımız Qərbi nüvə siyasətimizin dinc məqsədlər üçün olduğuna inandıra bildi. Tərəf müqabillərimiz bizi müharibə ilə qorxudurdular, lakin biz həmişə danışıqlara köklənmişdik. Danışıqların əsas məqsədi nüvə proqramımızın davamına nail omaq idi və biz buna nail olduq".

Tehrana qarşı iqtisadi, maliyyə və energetika sanksiyalarının ləğvinin ikitərəfli əlaqələrə təsiri ilə bağlı sualı şərh edən səfir bildirib ki, İran ticarət və energetika sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Səfirin sözlərinə görə, son illər iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir, sanksiyaların ləğvi isə iki ölkə arasında əlaqələrin daha böyük inkişafına yardım edir: "Ötən il Bakıda iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsi əlaqələrimizin inkişafının təsdiqidir. Qeyd etmək istəyirəm ki, ilin sonunadək Tehranda hökumətlərarası komissiyanın növbəti iclasının (sayca onuncu) keçirilməsi planlaşdırılır".

M.Pakayin qeyd edib ki, avqustda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İrana səfəri gözlənilir: "Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin başçılığı ilə nümayəndə heyətinin səfərini gözləyirik. Nümayəndə heyətinin tərkibində iqtisadiyyatın müxtəlif sahələri, eləcə də özəl sektorun nümayəndələri təmsil olunacaq".

O, əlavə edib ki, İran Azərbaycanla tranzit əlaqəni də genişləndirmək niyyətindədir: "Tranzit sahəsində prioritet məsələ Rəşt-Astara dəmiryol xəttinin tikintisini başa çatdırmaqdır. Ümid edirəm ki, ölkələrimiz bu dəmiryol xəttinin tikintisinin tezliklə başa çatması üçün bu məsələdə daha sıx əməkdaşlıq edəcək. Bütün bunlar iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini göstərir".

Səfir qeyd edib ki, Transadriatik (TAP) və Transanadolu (TANAP) kimi iri layihələrə qoşulmaq İran üçün cəlbedicidir. Onun sözlərinə görə, İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur və müxtəlif qaz layihələrinə qoşulmaqda maraqlıdır: "TAP və TANAP-a qoşulmaq İran üçün olduqca maraqlıdır. Bu məsələyə hazırda İranın Neft Nazirliyində və Milli Neft Şirkətində baxılır. Həmçinin SOCAR şirkəti ilə danışıqlar aparırıq. Boru kəmərlərindən birinin 2018-ci ildə istismara veriləcəyini nəzərə alsaq, yekun qərar qəbul etmək üçün kifayət qədər vaxt var".

Səfir qeyd edib ki, Azərbaycan və İran arasında neft-qaz sahəsində birgə layihələrin müzakirəsi aparılır: "Konkret layihələri vaxtı gələndə elan edəcəyik".

Səfir bildirib ki, Mübarək Ramazan ayının son günlərində ölkəmizin güclü diplomatları 5+1 ölkələri ilə nəfəs kəsən danışıqlarda diplomatiyada inqilabın bir nümunəsini göstərdilər və sübut etdilər ki, İslam İnqilabının prinsiplərini qorumaqla, siyasi iradə və beynəlxalq təcrübə ilə İran xalqının hüquqlarını qorumaq olar. M.Pakayin bildirib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılığı ilə nüvə müzakirələrini aparan nümayəndə heyəti İran xalqını təzyiq və sanksiya ilə təslim olmağa məcbur edə bilməyəcəyini böyük güclərə başa saldı: "İnqilabi bir diplomatiya yürütməklə İrana bir neçə sentrifuqanın işə salınmasını qadağan edən həmin güclər Nətənz və Fordoda minlərlə sentrifuqanın fəaliyyətini və uranın zənginləşdirmə haqqını tanımaqla yanaşı, həm də razılaşdılar ki, bütün qanunsuz sanskiyaları ləğv etsinlər”.

Səfir bildirib ki, Vyanadakı anlaşma İran xalqının milli nailiyyətidir, müqavimət və həmrəyliyinin nəticəsidir: "İranın müzakirələrdə müvəffəqiyyət qazanması dünya ölkələri, xüsusi ilə region ölkələri tərəfindən alqışlandı. Bu önəmli bir məsələdir və göstərir ki, bəzi qərb KİV-lərinin təbliğinin əksi olaraq İranın nüvə müzakirələrindəki qələbəsi qonşu ölkələrin mənafeyinə zidd deyil. Bu səbəb olacaq ki, İran region ölkələri, xüsusi ilə qonşu ölkələrlə dostluq münasibətlərini gücləndirsin. İran heç vaxt qonşu ölkələrinin maraqlarını digər ölkələrin maraqlarına qurban verməyəcək”.

M.Pakayin sonra əlavə edib ki, Prezident H.Ruhani də çıxışında qeyd etdiyi kimi, İranın gücü Fars körfəzi, Mərkəzi Asiya və Qafqazdakı qonşu ölkələrin sabitlik və təhlükəsizliyinin təminatının xidmətindədir.

Onu da qeyd edək ki, ABŞ mühafizəkarları iri dünya dövlətləri ilə İran arasında əldə edilmiş sövdələşməyə qarşı çıxırlar. Saziş sarsıdıcı beynəlxalq iqtisadi sanksiyaların ləğvi əvəzində İranın nüvə fəaliyyətini məhdudlaşdırır. ABŞ Nümayəndələr Palatasının respublikaçı spikeri Jon Boner deyib ki, bu saziş yalnız Tehranı cəsarətləndirir: "Bu sövdələşmə Yaxın Şərqdə nüvə silahının yayılmasının qarşısının alınmasının əvəzinə, bütün dünyada nüvə silahlanmasına təkan verəcək".

Prezidentliyə namizəd və Respublikaçı senator Lindsi Qraham sövdələşməni "məsələləri daha da pisləşdirəcək "dəhşətli" razılaşma" kimi dəyərləndirib.

ABŞ Konqresinin sövdələşmə baxılması üçün 60 günü var. Prezident Barak Obama bəyan edib ki, o, sövdələşmənin qəbul edilməsinə mane ola biləcək bütün qərarlara veto qoyacaq. İsrail hakimiyyəti isə razılaşmanı tənqid edib.

İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb. P5+1 adlanan bu dövlətlər qrupu İranın nüvə fəaliyyətini azaltmasını və nüvə silahı yaratmamasını istəyirlər.

Rusiya prezidenti Vladimir Putin İran nüvə razılaşmasını alqışlayıb və deyib ki, "dünya rahat nəfəs ala bilər".

İran prezidenti Həsən Ruhani də İran və dünya gücləri arasında nüvə razılaşmasını alqışlayıb. Öz Twitterində o yazıb ki, razılaşma konstruktiv yanaşmanın işlədiyini göstərib. O, xalqa tezliklə müraciət edəcəyini deyib.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ